Səxavət Sahil - Edamını gözləyən İsa kimiyəm
10.02.14
Qaz sayğacının balans kartı havanın tempraturu kimi 0-a düşüb, üşüməklə məşğulam.
Cibimdə yalnız dəmir pullar qalıb, heyif ki, indi dəmir dövrü deyil. Səhər evdən çıxanda ilk eşitdiyim bu oldu: -Dəmir alıram, kilosu 1 manata. Əllərimi cibimə salmaq istədim. Küçəmizi süpürən qadın da gözlərini cibimə dikdi - hər dəfə onu görəndə utanıram.
Marketdəki kassada 3 manat 95 qəpik əvəzinə məndən 4 manat alır uzun dırnaqlı qız.
İş yerimdə maaş artımı təkcə sözdən ibarətdir – burda söz ağızdan çıxmır.
Edamını gözləyən İsa kimi olsam da, ölüm şərabından imtina etmərəm – heç olmasa acından ölməyim!
31.01.2014
|