Yeni media nə cür inkişaf etməlidir? - Təklif
06.02.14
Yeni medianın (İnternet saytları, portallar, dərgilər, bloqlar və s.) hazırda ənənəvi media ilə ayaqlaşdığı heç kimə gizli deyil. Bir çox saytların gündəlik giriş və oxunma sayı bəlkə də hazırda çap edilən bütün qazet, jurnalların satışından çoxdur. Bbu barədə blogger Etibar Salmanlı maraqlı təkliflə çıxış edib. Təklifə görə, İnternetə daxil olan abonentlər internetə giriş üçün provayderlərə pul ödəyirlər. Media patronları əlaqələrindən istifadə edərək abonentlərdən abunə haqqı üçün alınan puldan müəyyən faizin internet mediasına ayrılması məsələsini Milli Məclisdə qaldırılmasına nail olmalıdırlar. Bu məsələsini həll edərlərsə internet mediasında bir çox problemlərin qarşısını da almaq olar və internet mediası daha da peşəkarlaşmasına nail ola bilərik. /publika.az/
|