Orxan Pamukun "Səssiz ev" kitabı çap olundu
05.02.14

"Qanun" nəşriyyatında Orxan Pamukun "Səssiz ev" kitabı çap olunub.

«Səssiz ev» – Orhan Pamukun «Cövdət bəy və oğulları»ndan sonra ikinci romanıdır. Üstündən illər keçəndən sonra yazıçı bu romana təzədən qayıtdı, əsərin üzərində yenidən işlədi, romanı fəsillərə ayırdı.

«Səssiz ev» – bəzilərinə dünya ədəbiyyatındakı ailə romanlarının davamı kimi görünə bilər. Ancaq «Səssiz ev» öz bədii keyfiyyətlərinə görə başqalarından köklü surətdə seçilir.

Əsərin üslubu çox mürəkkəbdir. Burada reallıqla postmodernizm, absurdla primitivizm bir-birinə qovuşur, daha dəqiq desək, bir-birini qəribə tərzdə tamamlayır.

Nəslin ixtiyarı, 90 yaşlı qarınınsa fikirləri açıq-aydın «dü­şün­cə axını» tərzində qələmə alınıb; burada keçmiş gələcəyə, gə­lə­cəksə indiki zamana möhkəm tellərlə bağlanır.

Ailə üzvlərinin hər biri isə ovaxtkı, elə indinin özündəki türk cəmiyyətinin müxtəlif yönlü, müxtəlif əqidəli bir təmsilçisidir.

Orhan Pamukun bu əsərinin də oxucular tə­rə­findən maraqla qarşılanacağına əminik.

Böyük türk yazıçısı, Nobel mükafatı laureatı Orhan Pamukun adı çağdaş dünya ədəbiyyatının ən məşhur romançıları sırasında birincilərdən sayılır. Əvvəlcə rəssamlıqla çox ciddi məşğul olan, daha sonra isə memarlıq fakültəsindən yarımçıq çıxan Orhan Pamuk birdən-birə yazıçı olmaq qərarına gəlir. O, 1982-ci ildə işıq üzü görən ilk romanı – «Cövdət bəy və oğulları»ndan sonra taleyini birdəfəlik olaraq qələmə bağlayır. O vaxtdan bəri Orhan Pamuk sayca 10-dan artıq roman yazıb və bu romanların hər biri dünyanın ən nüfuzlu ədəbi ödüllərinə layiq görülüb. 60-dan çox dilə tərcümə olunan həmin romanlar müəllifinə, həqiqətən, dünya şöhrəti qazandırdı və heç təəccüblü deyil ki, bu gün dünyanın harasında olur-olsun, «türk ədəbiyyatı» deyəndə Orhan Pamukun adı haqlı olaraq həmin ədəbiyyatın klassikləri cərgəsində çəkilir.

Bakı, Qanun Nəşriyyatı, 2013, 416 səh.,

Türk dilindən tərcümə:       Vaqif Əlixanlı

Avanqard.net

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.