Səxavət Sahil - İsa peyğəmbərin İblisə xidmət etməsi
04.02.14

“Biz İsa kimi məşhur olacayıq”. Bu sözlərin müəllifi hələ də adı dillərdən düşməyən, bu gün də dinlənilən “Bitls” qrupudur. Dördündən üçü o dünyada olsa da, ölməz Liverpul qrupunun Amerikadan tutmuş Yaponiyaya qədər çılğın fanat ordusu olub. Bizdəki Aygün, Faiq, Nazpəri, Qaraçuxurlu fanatları kimi “kitayiski” fanatlardan fərqli olaraq, Britanya müsiqiçilərinin əsl fanatları olub. O fanatlar ki, dərdindən sino getdiyi qrupunun konsertinə, ərinmək, yorulmaq bilmədən durub uzaq Kaliforniyadan Nyu-Yorkda gəlirdi.

“Bitls” o dövrün Elvis Presli, Frank Sinatra kimi filankəs, bəhmənkəs “əjdaha” müsiqiçiləri ilə yox, məhz İsa peyğəmbərlə yarışa çıxırdılar. İddia belə olar!

Dilim-ağzım qurusun təsəvvür elə ki, hamının kliplərindən tanıdığı Türkiyənin məşhur Ayna qrupu və yaxud indi özü olmasa da adı qalan, SSR-nin populyar özbək qrupu olan “Yalla”, Məhəmməd peyğəmbər qədər tanınmaq iddiasına düşsəydi, görün müsəlman aləminə nə həngamə qopardı.

“Bitls”çılar bu iddinı şüara çevirmişdi. Şeytan göruna xəbər aparmasın (Pol Makkartini çıxmaq şərti ilə) rəhmətliklər lap ağ eləmişdilər. İsa peyğəmbər hara, dörd dənə düdük dumbulçu hara. Ay hay, nə oldu bəs?

Bu yerdə barmağını dişləməsən olmur. Britaniyalılar heç də ağılsız deyildi. İsa peyğəmbər gəlmiş-getmişlərin ən populyarıdır axı. Bizim qəbul edib, etməməyimizdən asılı olmayaraq İsa Məsih dünyanın ən çox tanınmış şəxsləri arasında birincilyi heç kimə vermir ki, vermir. 

Min ildir ki, həmən bu xaçpərəst aləminin nömrə biri olan Həzrəti İsa, İblisə xidmət edib. Bəli, təkrar yazıram, oxuyun. Xristian peyğəmbəri İsa Məsih dörd il İblisə xidmət edib. Yəni İblisin nökəri olub. Əcəba bu nə deməkdir?!

Bu o deməkdir ki, İsa peyğəmbər özünə iş tapa bilmir, İblisə çobanlıq edib, onun çörəyini yeyir.
Bunu mən demirəm. Heç “Bitls” demir. Canım sizə desin, bunu yazan müsəlman da deyil. Tər-təmiz xristiandır. Özü də katolikindən.

“İncili”də İsa həzrətlərinin hamının bildiyi obrazı ilə yanaşı, rəvayətlərdə, əfsanələrdə İsa peyğəmbərin tamam ayrı obrazları da var. Düzdür İsa Məsih haqqında çox yazıblar, mənim yazmağım sadəcə say artırır. Lakin Portuqaliyalı dostumuz Joze müəllimin yaratdığı Xilaskar İsa obrazı tamam ayrı məsələdir. Poruqaliyalı Joze müəllim deyəndə ağlınıza məşhur futbol məşqçisi Joze Mourinyo gəlməsin. Mən, Nobeli adının əvvəlinə yazdıran Joze Saramaqonu, daha doğrusu onun “İsanın İncili” romanını nəzərdə tuturam.

“İsanın İncili” cəmi xristian aləminin son on ildə ən qalmaqallı, səs-küylü kitabıdır. Düzdür Joze müəllimin buna görə başına çox oyunlar gəlib, məmləkətindən qaçmağa məcbur olub. Hətta bizim məmur-yazarlardan fərqli olaraq nazir müavini vəzifəsindən də istefa verib. Amma Saramaqo qardaş “İncil”də ki, Xilaskardan yerlə, göy qədər fərqlənən tamamən özgə bir Xilaskar İsa yaradıb. Sonra da küll-xristian aləmi qarışıb bir-birinə.

Katolik kilsəsi onu allahın əlehinə çıxmaqda, “İncil”i təhrif etməkdə günühlandırıb.
Gəlin görək, portəgiz sənətkarı öz peyğəmbəri haqqında nə yazıb. Daha doğrusu nələri yazmayıb. Yazıb ki, ...

Nazaretli İsa atasının ölümündən sonra anası, qardaşları və bacısına tanrını gördüyünü deyir. Lakin yeniyetmə İsanın sözlərinə ailə üzvləri inanmaq istəmir. Bundan ruhən sarsılan gələcək Məsih doğma Nazareti tərk edib doğulduğu Vifliyemə gedir. İşsiz, gücsüz sərgərdan gəzəndən sonra, onun dünyaya gəlməsinə yardımçı olan qadına - Salomeyaya rast gəlir, qadın da onu doğulduğu mağaraya aparır.

İsa burda yuxularında gördüyü əzablara çavab tapır. Mamaça qadın da dəhşətli yuxularının sirrini açır. Sən demə İsanın atası məbəddə usta işləyərkən eşidir ki, çar İrod bütün Vifliyem ərazsisində yeni doğulan korpələri qılıncdan keçirmək əmrini verib. Bunu eşidən İosif isə mağaraya gəlib yeni doğulan İsanı gizlədir, səhəri gün ovladını və Məryəmi Vifliyemdən gizlicə Nazaretə gətirir.

İsa da məhz buna görə əzab çəkir, əzab çəkir ki, atası onun kimi Vifliyemli yeni doğulan korpələri bilərəkdən xailas etməyib. İsa hara gedirsə qulağına həmən gecə qılınclanan 24 körpənin çığırtısı gəlir. Çarmıxa cəkilənə qədər əzablar onu tərk etmir. Hətta çarmıxdan sonra o dünyada atası ilə üz-üzə gələndə atasının cavabsız qoyduğu sualların səbəbini düşünür.

Gələcək peyğəmbər işsiz-gücsüz dolandıqdan sonra evlərinə qayıtmağa qərar verir. Nazaret gölünün sahilindəki tikanlıqlar və çınqıllı-kəsəkli yol, İsanın ayaqlarına suluq salıb yaralayır. Nazaretin yolunun üstündəki Maqdalada heydən düşən İsa, qapısında fahişəlik rəmzi asılan evi görüb, evin sahibini səsləyir. Fahişəliklə çörəkpulu qazanan Məryəm İsanı evinə gətirib yaralarını sarıyır. İsa Məryəmə  tanrını gördüyünü deyir, Məryəm də ona inandığını bildirir. Gənc İsa sağalıb evlərinə getsə də, yenə ailəsini tanrını gördüyünə inandıra bilmir. Və həmişəlik evlərini tərk edib geriyə, Maqdalaya – fahişə Məryəmin yanına qayıdıb həyatına ona bağlayır.

Joze Saramaqo ustalıqla təsvir etdiyi sujetəri, “Bibliya” mifləri kimi inandırıcı və dolğundur. Bəlkə də bu səbəbdən kilsə onu kafir adlandırıb. “İsanın İncili”ni oxuyanda  Mattanın, Markın, Lukanın, Yəhyanın “İncil”ləri kimi Saramaqonun da yazdığına inanırsan. Ama Məsih haqqında təsəvvürlərin alt-üst olur.

İsa İblisə dörd il nökərçilik edib. Məncə Joze müəllimin yazıçılıq cəsarəti burda pik noqtəyə çatır. Bəşəriyətin xilaskarının həmyaşıdlarının ölümünə görə ölənə qədər mənəvi əzab çəkməsi, onun qadınla ciddi münasibətləri, xüsusən də fahişəyə vurulması, İblisə nökərçilik eləməsinin yanında həqiqətən toya getməlidir.
Mağarada tək qalan İsanın yanına İblis çoban qiyafəsində gəlir. Onu öz yanına aparıb qoyunlarına ona tapşırır. Bu müddətdə İsa İblisin qoyunlarını otarır, südünü sağıb içir, pendirindən yeyib, başını girəliyir.

Dünyaya, dünyanı xilas etməyə gələ Məsihin, yəni Cahan Xilaskarının İblisə çoban olub, ona qoyun otarması, onun çörəyini yeməsi Xilaskar haqqında sarsıdıcı məyusluq yaradır. Peyğmbər də İblisə xidmət edərmi? Gərək bu sualı portəgiz dilinə çevirib hörmətli Joze qardaşa göndərəm.
Yazıçı iddiası bax belə olar! Min illik xristian idealogiyası, bəşəriyyətə sevgi və humanizm aşılayan kilsə, insanları əbədi zülümdən xilas edən İsa Məsih fenomeni, adi bir romanın qarşısında duruş gətirə bilmir.

Romanda diqqət çəkən nüanslardan biri də İsa peyğəmbərin adi insan kimi təsvir olunmasıdır.
Onu da deyim ki, romanda zəhləmgetmiş İblis obrazının humanist çalarlarına da rast gəlmək olur. Bunu üçün gərək romanı oxuyasan ki, bu çalarlar sənə əyan olsun.

İsanın tanrı ilə görüşü hissəsi də oxucuda maraq doğurur. Məsih sübhdən oyanıb, balıqçı qayığına minir və gölün ortasında dumana bürünür. Qəfildən qarşısında qayıq peyda olur və tanrını görür. Romanın bu sujetində tanrı ağsaçlı, nurani insan sifətində təsvir olunur. Onun əzəmətli taxtı və heyranedici səsi var (“Tövrat” da da tanrının bu cür təsvirinə rast gəlmək olur). İblis də sudan çıxıb, İsanın qayığına minir və onun tanrı ilə söhbətinə şahid olur. Peyğəmbərliyin əzabını və çətinliyini dərk edən İsa gələcək missiyasından tərəddüt esə də, çıxış yolu qalmadığnı görür.
Bütün bunlar ünlü Nobelçi yazar Joze Saramaqonun qələmindən (bəlkə də klaviaturasından) çıxıb. Məsələ “Bibliya”dı obrazları təhrif etməkdə deyil, əsas olan budur ki, təhrif ustalıqla və sənətkarlıqla təsvir olunub. Mənim üçün Sarmaqonun “İncil”i, dörd müqəddəs həvarinin “İncil”indən daha da maraqlıdır. Oxumaq məsləhətdir.  /1937.az/

Yenililklər
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.