Sabir Rüstəmxanlının romanı Türkiyədə nəşr olunub
03.02.14
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Difai fədailəri” sənədli ronamı Türkiyədə çap olunub.
Məlumata görə, İQ Kültür Sənət Yayıncılığında dərc olunan romanı Türkiyə türkcəsinə İmdat Avşar uyğunlaşdırıb.
Xatırladaq ki, Sabir Rüstəmxanlının “Difai fədailəri” romanı ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım və bu soyqırımın dəhşətləri, fiziki terrordan xilas olmaq üçün Əhməd bəy Ağoğlunun yaratdığı və Qafqazda kifayət qədər güclü tərəfdarları olan “Difai” hərəkatı ilə bağlı tarixi faktlar üzərində qurulub. Sənədli romanın yazılmasında Sankt-Peterburq və Tiflis arxivində saxlanılan tarixi sənədlərdən istifadə olunub. Roman 1905-ci ildən başlayaraq, Azərbaycan ziyalılarının xalqın hüquqlarını qorumaq üçün göstərdikləri fədakarlığı əks etdirir.
Romantik süjet ətrafında qurulan roman dövrün tarixi üçün mühüm əhəmiyyət kəsb edir. /modern.az/
|