Xəyalə Sevil - Biz cütləşə bilmədik...
30.01.14
Kim çəkibdi yolları ayağımın altından?
Bir cüt göz yaşı Düşdü gözümüzdən. Biz cütləşə bilmədik, Göz yaşımız cüt oldu. Tanrı qoyduq Əhdimizin adını, Tanrımıza dönük çıxdıq, Büt oldu.
Yuxu imiş o səadət, Oyanıb suya danışdıq, Su apardı. Dedik işığa danışaq, Ulduza, aya danışdıq, O apardı. Su da, o da günahkardı...
Kim çəkibdi yolları Ayağımın altından? Nə yaman pis yıxılmışam. O qədər atmışam ki, Göz yaşımı içimə. Mən insan yox, Daxılmışam. Boğazacan yığılmışam, Boğazacan yığılmışam.
Avanqard.net
|