Məmməd Oruc Beynəlxalq “Yuqra” mükafatına layiq görülüb
27.01.14
Azərbaycan yazıçısı Məmməd Oruc Beynəlxalq “Yuqra” mükafatına layiq görülüb. “Uralınformbyuro” maliyyə təşkilatı mətbuat xidmətinin məlumatına görə 2013-cü il “Yuqra” Beynəlxalq ədəbi mükafatının laureatları müəyyənləşdirilib. Onun təşkilatçıları – Xanti-Mansiyskiy bankı və “Həyatın yolları” bədii fondudur. Mükafatların ənənəvi təqdimatı 2014-cü il mart ayının axırlarında Yuqra dövlət kitabxanasında keçiriləcək. Yuqra ədəbiyyatına xidmətinə görə laureatlar sırasında yalnız Jeremey Aypin, Andrey Tarxanov, Mariya Voldina, İvan Şelekov kimi məşhur Rusiya şairləri, yazıçıları yox, həm də xarici ədəbiyyatçılar var. Məmməd Oruc (Azərbaycan) “Yuqra ədəbiyyatını xaricidə tərcümə və təbliğ etdiyinə görə” nominasiyası üzrə mükafatlandırılıb. Dünya ədəbiyyatına töhfəsinə görə şair, dramaturq, nasir Aleksis Parnis (Yunanıstan), həmçinin Venko Anlonovskiy (Makedoniya), ən yaxşı “Slavyan kitabına” görə mükafatlandırılıblar. /kulis.az/
|