Salam Sarvan - Qaradərili qıza ikinci məktub
27.01.14
Uçmuş bir binanın altında qalmışam, “Qızım”, bir azdan tapacaqlar məni. Hələliksə boşam, doluyam: qəbirastanlıq kimi daşlıyam, saat kimi qumluyam, zirzəmi kimi suluyam.
Bir azdan tapacaqlar məni... Həyatımıza o qədər adam yığdıq ki, indi onların əlindən tənhalığa çəkilmək də olmur. O qədər yadda qalmaq istədik ki, ilahi rahatlıq olan unudulmaq istəyi ömürlük gözümüzdə qaldı.
Əlmizi üzdük özümüzdən, “Qızım”, adamlarin umuduna qaldıq.
Qocalmışam: otağimda tavanin suvağı sökülüb, döşəmənin boyası tökülüb, divar kağızı siqaret tüstüsündən saralıb...
Amma bu il göylərin rəngini, dənizlərin səsini, dağların örtüyünü dəyişmək istəyirəm. Sonrasa səni qonaq çağırmaq, sənnən bu yenilikdə görüşmək istəyirəm.
Məndən xeyli uzaqda aramızda bir addım məsafə saxladığını da bilirəm. Telefonun bu başında ləzzətlə gülməyimə telefonun o başında ağladığını da bilirəm.
Bu ayrılığın soyuq kimsəsizliyində isinməkçün soba, baxmaqçün televizor, danışmaqçün pəncərə, qucmaqçün qapı: əşyalarin umuduna qaldıq, “Qızım”, əşyalarin umuduna qaldıq.
Gözlərinin bir-birinə məhəbbətlə baxdığını, barmaqlarının bir-birinə ehtirasla sarıldığını, ayaqlarının bir-birinin üstündə məmnunluqla uzandığını görürəm. Yəni qəribədi dünyanın işi: hər bədənin simmetriyasında iki nəfər var - biri qadın, biri kişi.
Nə isə, “Qızım”... Dünən bərk darixirdm. bütün şəkillərimi tökmüşdüm qabağıma, o şəkillərdəki adamlara yox, fondakı ağaclara, binalara baxırdım...
/facebook.com/salam.sarvan/
|