Röyanın fanatları yazıçını axtarır - EKSKLÜSİV
22.01.14
Müğənni Röyanın fanatları bərk qəzəblənib. Buna səbəb gənc və iddialı yazar Cavid Zeynallının Röya Ayxanın həyatından icazəsiz yazılan "Leyla" romanını yazmasıdır.
Fanat qrupunun rəhbəri Ruslan Bəkirovun Avanqard.net-ə verdiyi məlumata görə, icazəsiz yazılan romanla bağlı ciddi addım atmaq fikrindədilər. Fanat qrupunu rəhbərinin dediyinə görə, onlar Cavid Zeynallıdan bununla bağlı izahat tələb edəcəklər. Ruslan Bəkirov fanatlar tərəfindən "Leyla" romanını satış məntəqələrindən yığışdırmaq fikrində olduğunu da gizlətmədi. Qrup rəhbəri hesab edir ki, Cavid Zeynallı adlı yazıçı Röya Ayxanın həyatı haqqında roman yazmamışdan qabaq bunu müğənni ilə razılaşdırmalı idi.
Qey edək ki, “Kulisin kitabxanası” seriyasından çap olunan romanda Azərbaycan şou biznesinin ən tanınmış müğənnisinin obrazı yaradılıb. Leyla ölkənin məşhur müğənnisidir. Adı müxtəlif qalmaqallarda, cinayətlərdə hallanır. Uşaq evlərindəki yeniyetmə qızların birinci gecəsini əcnəbilərə “hədiyyə etməkdə", tələbə qızları fahişəliyə sürükləməkdə ittiham olunur. Günlərin birində yazılmayan qanunu pozduğuna görə, cəzalandırılır. Adı qara siyahıya düşür, telekanallara, restoranlara buraxılmır, dostları ondan üz döndərir. Bu, ömrü boyu məşhurluğun zirvəsində yaşayan Leylanın mənəvi ölümü deməkdir. Onun həyatının alt-üst olmağı bir sirlə bağlıdır. Leylanın intihar niyyətindən Rəcəb adlı jurnalist xəbər tutur və hər şey də burdan başlayır. Sirrin çözülməsi Rəcəbin qorxulu oyuna düşməsi deməkdir. “Hədəf” nəşriyyatında çap olunan romanın redaktoru Etimad Başkeçiddir. Kitabın qiyməti isə 5 manatdır. “Leyla” romanı yazıçının sayca ikinci romanıdır. Cavid Zeynallının ilk romanı “Günəşi gözləyənlər” 2010-cu ildə işıq üzü görüb.
Avanqard.net
|