Cavid Zeynallının yeni “Leyla” romanı çap olunub
21.01.14
Şou-biznesdən bəhs edən ROMAN
“Kulisin kitabxanası” seriyasından çap olunan romanda Azərbaycan şou biznesinin ən tanınmış dörd müğənnisinin obrazı yaradılıb. Leyla ölkənin məşhur müğənnisidir. Adı müxtəlif qalmaqallarda, cinayətlərdə hallanır. Uşaq evlərindəki yeniyetmə qızların birinci gecəsini əcnəbilərə “hədiyyə etməkdə", tələbə qızları fahişəliyə sürükləməkdə ittiham olunur. Günlərin birində yazılmayan qanunu pozduğuna görə, cəzalandırılır. Adı qara siyahıya düşür, telekanallara, restoranlara buraxılmır, dostları ondan üz döndərir. Bu, ömrü boyu məşhurluğun zirvəsində yaşayan Leylanın mənəvi ölümü deməkdir. Onun həyatının alt-üst olmağı bir sirlə bağlıdır. Leylanın intihar niyyətindən Rəcəb adlı jurnalist xəbər tutur və hər şey də burdan başlayır. Sirrin çözülməsi Rəcəbin qorxulu oyuna düşməsi deməkdir. “Hədəf” nəşriyyatında çap olunan romanın redaktoru Etimad Başkeçiddir. Kitabın qiyməti isə 5 manatdır. “Leyla” romanı yazıçının sayca ikinci romanıdır. Cavid Zeynallının ilk romanı “Günəşi gözləyənlər” 2010-cu ildə işıq üzü görüb. /kulis.az/
|