Gənc yazar Günel İmranın "Qanun" nəşriyyatında "Məni kim öldürdü?" adlı kitabı çap olunub.Müəllifin ilk kitabı maraqlı mövzuya həsr olunub.
Bəzən biz həyatda addımlayarkən qarşımıza çıxan sual işarələrini görmədən keçirik. Həyat isə Sfinks kimi hər zaman bizi sualla qarşı-qarşıya qoyur. Edip sualın cavabını tapdı. Həyatı xilas oldu. Amma qədərinə düşən faciədən, lənətdən qurtula bilmədi. Bəs əsərin baş qəhrəmanı Adəm bu sınaqdan necə çıxacaq? Törədilən kriminal hadisə qəhrəmanın dolaşıq şüur labirintinə çevrilir. Adəm düşdüyü zülmət labirintdən çıxış axtararkən rəngsiz adam onu izləyir. Bu rəngsiz adam Edipdirmi? Fantaziyalar, miflər gerçəkləşir və Adəmin keçmişilə toqquşur.
120 səhifəlik kitabın qiyməti 3 AZN-dir.