Nicat Həşimzadə - Gözlərin unutsun ilk öpüşünü
13.01.14
Eşq pıçıltıları
Çəkilərsən otağına, qapılarsan tənhalığa, Dərin sükut içində xatirələrə dalarsan. Xəyalında xoşbəxt çağlar canlanar, Sönmüş alov bəlkə bir də qalanar Bəlkə dözməz ürəyin vaxtsız ayrılığa, Bəlkə ağlın duyğularını danlayar. Daş qəlbin eşq gücünü bəlkə onda anlayar. Ruhun yanar, qəlbin ağlar, ayrılıq kəsər eşqin sonsuz yollarını.
Gözlər
gözlərinə de ki sussun, söyləməsin həqiqəti. göstərməsin məhəbbəti, məhv etməsin səadəti. danışmasın sonsuz eşqin qüdrətindən.
gözlərinə de ki sussun, unutsun vida görüşünü, ilk utancaq öpüşünü.
gözlərinə de ki, sussun, görməsin xoşbəxt sevginin kədərli sonunu.
gözlərinə de ki sussun, deməsin yolumu gözlədiyini. unutsun məktəb illərini, danışmasın ilk sevgidən..
gözlərinə de ki sussun, ya da yox, qoy danışsın. eşitməyim dilindəki yalanı qəlbindəki eşqi görüm.
Avanqard.net
|