Rəbiqə Nazimqızı - “Səhvlərimizin qrammatika”sını çözmək cəhdi
15.01.14

Kamal Abdullanın izi ilə Avanqard.net üçün

Yaznın başlığında özümü sığortalamışam, nə müəllif məni qınaya bilər, nə oxucular. Cəhd həmişə alınmaya da bilər, amma cəhd həmişə niyyətə doğru addımdır. Başlayaq. Ondan başlayaq ki, Kamal Abdullanın hər hansı mətnini oxuyanda sanki bir mətn oxumursan, bir əsəri eyni vaxtda paralel dünyalarda – alternativ versiyalarda oxuyursan. Bütün yozumların doğru olur və eyni zamanda heç bir yozumun mütləq şəkildə doğru olmur. Bu yozumların sayı onun oxucularının sayından dəfələrlə çoxdur, ona görə ki, hər təkrar oxuda hansısa məqamla mütləq toqquşursan və bu toqquşma zamanı tamamilə fərqli, yeni nəticələrə qapı açılır. Qapı açılır və sən yeni məkana daxil olursan. Ola bilsin və tamamilə mümkündür ki, müəllif sənə özünün də getmədiyi yolu nişan verəcək. Burada əsas olan yol və son hədəf deyil, əsas olan hansısa yola çıxmaqdır. Hansı? Bu, artıq sənin təfəkküründən, dünyagörüşündən, mütaliəndən (bu vaxtdadək nəyi yox, daha çox necə oxumağından), mətn hissiyyatından və təxəyyülündən asılı məsələdir. Təsadüfi deyil ki, Kamal Abdullanı oxuyandan sonra mütləq nəsə yazmaq istəyirsən. Bu yazı müəllif və mətn barədə olmaya da bilər, bunun elə bir əhəmiyyəti yoxdur...

Onun mətnləri sanki krossvorddur, burada verilən istənilən birinci açar sözdən – fikirdən, detaldan, cümlədən yapışıb düşünməlisən. Bu mənada etiraf edim, mən onu heç vaxt birnəfəsə oxuya bilmirəm, hər cümlədən sonra məni tamam başqa istiqamətə aparan fikir seli gəlir, alternativlərlə düşünməyə başlayıram və bir də ayılıram ki, mətndəki abzasdan uzaqlaşmışam. Yenidən növbəti abzası oxuyuram və yenə eyni şey təkrar olur. Bir sözlə, beyin üçün zövqlü təmrin... Fikrimcə, K. Abdullanı oxuyarkən cümlədən, misradan başlayıb düşünməsən, başqa müstəvilərə keçə bilməsən, mətnə aşağıdan, yuxarıdan, sağ və sol yandan, eyni zamanda onun özünün içindən baxa bilməsən, deməli, heç nə anlamamısan, deməli, bu sənin mətnin deyil. Deməli, siz heç vaxt heç bir paralel dünyada eyni dalğada olmayacaqsınız – yerləriniz dəyişsə belə. Deməli, sən bir də bu müəllifə müraciət etməli olmayacaqsan. Deyim niyə. Çünki Kamal Abdullanın yazdığı bütün mətnlər görünən deyil, sonsuzadək sandıq içindəki sandıq kimi bir-birinin içindən çıxır, bir-birinin davamıdır, vahid sözün, vahid ideyanın tərkib hissələridir. Və elə ümumiyyətlə, bütün normal müəlliflərdə belədir. Tərz dəyişə bilər, janr, hadisə, obrazlar dəyişə bilər, amma nəsə həmişə dəyişməz olaraq qalır (məsələn, “Səhvlərimizin qramatikası”ndakı Eyvazlı bütün dünyalarda qorxaqdır, ona hansı paralel dünyadan baxırsansa, bax, mahiyyət dəyişmir) - etiraf edim ki, bu “nəsə”nin adını hələ də tapa bilməmişəm, bu nə ruhdur, nə ideya, bu “nəsə” böyük ehtimalla, gözəgörünməz bir qüvvənin sənin boynuna qoyduğu missiyadır. Bundan qaçmaq mümkün deyil, yeganə yol barışmaq da deyil, yeganə yol onun barəsində düşünmədən onu icra etməkdir. Detallar barədə düşün, missiya artıq sənə ötürülüb, sənin bütün varlığında dolaşır və istənilən detalda, cümlədə, mətndə o özünə yol tapacaq...

Kamal Abdullanın özəlliyi nədir – o, bütün yozumlar üçün rahat şərait yaradır, hökm vermir, nəticə sırımır. Müsahibələrindən birində dediyi kimi: “Mövcud olmayan, sən demə, heç ağıla gələ də bilməzmiş”. Amma ağlımıza gələnlər həm də real dünyada mövcud olmayanlardır – yuxular, hallüsinasiyalar kimi. Və ya daha sadə bir misal: kiminsə barəsində yalan danışırsan. Bu danışdığın həm var, həm də yoxdu. Sənin beynində, nitqində, danışdığın adamın beynində yaratdığı assosiasiyalarda var, amma əslində yoxdu. Bu mənada sənin gəldiyin qənaət yalnız bir məqamda doğrudur: o, yalan kimi var, doğru kimi yoxdur (Elə bu əsnada Kamal Abdullanın sonuncu mühazirəsində “Biri var, biri yoxdu” koduyla bağlı danışdıqları düşür, bu barədə yazmağa ehtiyac görmürəm, düşünürəm ki, növbəti mətnlərində müəllif özü bunu mətnə gətirəcək)...

Kamal Abdulla suallar qoyur, amma bu suallara cavab vermir, nə yaxşı ki, cavab vermir, nə yaxşı ki, cavabları oxucunun öhdəsinə buraxır. Ən başlıcası ona görə ki, oxucu – hazırlıqsız oxucu müəllifin demək istədiyi barədə düşünür. Hazırlıqlı oxucunun isə buna ehtiyacı yoxdur, o daha çox müəllifin suallarını axtarır, bu suallara cavablar üzərində düşünür. Hər cavab növbəti suallar axınını yaradır...

Müqəddimə üçün uzun görünə bilər, amma yəqin buradək yazılanları heç müqəddimə kimi qəbul etmək düzgün də olmaz. Ona görə ki, bu sadaladıqlarım müəllifin bütün mətnləri üçün doğrudur, keçərlidir. Əlbəttə, mənim doğrumdur. Müəllifin özünə gəlincə... Bircə şeyi deyim, “Unutmağa kimsə yox” əsərini oxuyandan sonra K.Abdullaya belə bir sual verdim: “Çiçəkli yazı”nın sirri çözülür, amma çözülən əsl mahiyyət deyil, ilk oxunuşdur, əsl mahiyyəti, alt qatı çözmək qadağandır. Necə düşünürsünüz, sizin əsərlərin əsl qatı çözülübmü?”. Kamal Abdullanın özündən çox təbəssümü cavab verdi və məsələ mənə aydın oldu. Bəzən əsas olan heç qatı çözməkdə deyil, bu altqatın olduğunu bilməkdir və bəzən belə bir alt qat da ola bilər: bütün görünənlərin altında görünməyən gizlənib, həmişə çözülməyən alt qat olacaq...

Keçək sonuncu hekayəyə - “Səhvlərimizin qrammatikası”na – yəni, leksikaya - mahiyyətə, zahirə və morfologiyaya – görünüşə, formaya, batinə. Maraqlıdır, mahiyyət özlüyündə də çoxqatlı ola bilər. Yekcins deyil - özü də batinlə bir birbaşa bağlıdır. Yəni mahiyyətin özündə də vacib olan və olmayan var. Biri üçün mahiyyətin bir tərəfi (zahir), digəri üçün başqa tərəfi (yenə zahir) birincidərəcəlidir. Və ayrı-ayrılıqda bunlar hamısı yarımçıqdır, deməli vacib deyil. Və eyni zamanda bunların heç biri mahiyyəti (həm də bizdən, qavrayışımızdan asılı olmadan obyektiv mövcud olanı) dəyişmir. Yəni zahir özü də batindir və eyni zamanda batin deyil. Batin özü də zahirdir və eyni zamanda deyil...

Morfologiya - formadır, amma bu formanın özünün də mahiyyəti var. Məzmunsuz forma formasız məzmun yoxdur. Həm də var - ifadə edə bilmədiyimiz məzmun, mahiyyətini anlamadığımız forma məsələn. Məzmun həm də ifadə olunduğu üçün formanın özüdür, həm də deyil. Forma həm də mahiyyətin özüdüir, eyni zamanda deyil...

Səhvlərimizin forması. İsmi - adı, sifəti - yəni elə görünüşü, feli - real təsiri, əvəzliyi - bir növ sinonimikası, zərfi - sürəti və sayı...

Azmı olub, səhvlərimiz nizama düzülüb və ya nizamımız özü səhv olub, ya səhvə gətirib çıxarıb... Bəlkə elə səhv özü düzdür. Yəni əslində elə səhv düzdür. Açması çox sadədir, bir hərəkət yalnız doğrusunu, düzünü biləndən, doğru nəticəyə gələndən sonra səhv adlandırıla bilər. Eyni zamanda düz özü səhv üçün başlanğıc nöqtəsidir. Yəni düz əvvəldən bəllidir və bu bəlli olana əməl etmədiyin üçün səhv eləmisən... Kamal Abdullanın növbəti mətnindən sonra yenə beyin kanalları sürətlə açılır, işə düşür, suallar yaranır, suallar cavablar gətirir, cavablar yeni suallar, yeni cavablar və labirint ortaya çıxır... Əslində, bu labirint həmişə olub, olacaq. Düşünə bilirsənsə, olacaq. Düşünə bilmirsənsə, onun olub-olmamağının heç bir əhəmiyyəti yoxdur. Bu günlərdə bu hekayə ilə bağlı kiçik bir fikir mübadiləsi oldu, oxucular öz fikirlərini səsləndirdilər, çoxlu versiyalar eşidildi, amma bütün bu versiyaların qarşısında K.Abdulla çox sadə, açıq və bir az da məyusedici cavab verdi. Sonuncu zərfə aydınlıq gətirim, hekayəni oxuyursan, çoxlu məsələlər, kodlar, detallar üzərində düşünüb sirrə vaqif olmaq istəyirsən və sonra bəlli olur ki, heç bir sirr-filan yoxmuş. Yeri gəlmişkən, bu özü də olduqca maraqlı priyomdur. Amma və lakin bu həm də bütün versiyaların doğru olduğundan xəbər verir. Versiyalardan birinin üzərində dayanaq. Qəhrəman Eyvazlı yuxudan hövlank oyanır, o, uyqusunda Koroğlunu və Qıratı qəhrəmana yaraşmayan görkəmdə görüb. Eyvazlı narahatdır: Babək, Koroğlu, Qırat qəhrəmandır, ya yox? Oxucu düşünür ki, mətndə bu suala cavab axtarılır, ilk baxışdan elə belə görünür. İkinci versiyada birinci versiya üstqatdır, əsas məsələ yerlərin dəyişməsidir, bəzən real dünya ilə irreal dünya arasındakı əlaqələrin qarışmasıdır, Eyvazlı mutantları görür, başqa dünyadan səhvən yerüzünə gələn Vampirlə qarşılaşır, onun sirli nitqini dinləyir. Üçüncü versiyada insanın çıxılmazlıq hissi üstün gəlir – Vampir bu dünyada darıxır, hər şeyin bir-birinə bənzəməsi onu sıxır. Sual yaranır, bəlkə elə Eyvazlının qəhvə falı, mutantlarla bağlı hallüsinasiaları, mifik yuxuları da darıxmaqdan yaranır? Versiyaları artırmaq da olar. Amma daha maraqlısı müəllifin öz versiyasıdır: bütün hekayə özü yuxudur, hallüsiniyadır – yəni yuxu içində yuxu, hallüsinasiya içində hallüsinasiya… Düşünmək olar ki, məsələ elə bununla bitir. Bitirmi? Yox, nəyinsə bitdiyi yerdə mütləq nəsə başlayır. Məsələn, növbəti suallar axını: Bu yuxunun mənası nədir? Nə üçün bu yuxu, başqası yox? Nə üçün hadisələr bu cərəyan edir, başqa cür yox. Əlbəttə, məsələ “yuxudur da” deyib nöqtə qoymaq da olardı. Amma məgər həyatda biz bütün günü gördüyümüz yuxunun təsiri altında olmuruqmu? Bəlkə elə yuxular yaşadıqlarımızdan daha realdır? Və niyə, lənət şeytana (hekayədəki bütün ağıllı və dəli şeytanlar yada düşür), “Səhvlərimizin qrammatikası”?.. Və ən sonda: görəsən, paralel dünyadakı müəllif, oxucu nə düşünür, bax bu da yeni bir sual. Bəlkə orada bu mətni yazan elə bu oxucudur, o mətni oxuyan bu müəllif? Nədən olmasın?..


Avanqard.net

Yenililklər
27.01.22
"Ulduz"un 2022-ci ildə ilk sayı çap olunub
27.01.22
Ramin Allahverdi - Elm nədir? Elmin əsas meyarları hansılardır?
24.01.22
Anar Məcidzadə -  Gecələri göz yaşı, qaranlıq olur səhər
24.01.22
“Yevgeni Onegin” romanı bir milyon rubla satılıb
24.01.22
Fərid Hüseyn - Şeirə bürünmüş İstanbul - REPORTAJ
24.01.22
Azad Qaradərəli - Alpan kömürçüləri
24.01.22
Təbrizdə Qarabağı tərənnüm edən "Xarıbülbüllər" almanaxı çap olunub
18.01.22
Qurban Bayramov - Növbəti erməni məkrinə – erməniləşdirmə faktına münasibət
18.01.22
Rövşən Yerfi - Həyasızlıq kabusu bizi məhv edəcək!..
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.