Kənan Hacı - Yenə səni gətirdi üzlü Bakı küləyi
10.01.14
SƏNİ GƏTİRƏN KÜLƏK
Yenə səni gətirdi üzlü Bakı küləyi. Köhnə evin dənizə söykənibdi kürəyi.
Tüstü çıxmır sobadan uzun qış gecələri. Yoxdu səni ovudan tənha qalandan bəri.
Bu cığırı ot basıb, döyən yoxdu qapını. Nə vaxtdır ki, toz basıb nimdaş ayaqqabını.
Pəncərənin şüşəsin nə vaxtdır yağış döyür. Dərdini kimə desin, Nə səs gəlir, nə səmir.
Hörümçək tor toxuyub sən gəlib çıxanacan. Kitabları “oxuyub” burda ac qalmış siçan.
Yenə də yolun düşdü meyxanələr küncünə. Yenə ağlın sürüşdü, düşdün yenə pis günə.
Köhnə evin dənizə söykənibdi kürəyi. Yenə səni gətirdi üzlü Bakı küləyi...
|