Anar: "Qurultay bu il martnın ikinci yarısında keçiriləcək"
09.01.14
"Növbəti qurultayımız 2014-cü il martın ikinci yarısında keçiriləcək." Bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib.
O bildirib ki, əvvəlki qurultaylardan fərqli olaraq, bu qurultayı 1500 adamla keçirmək mümkün olmadığı üçün nümayəndələr seçmək prinsipi ilə keçirmək istəyiriksə, əvvəla, üzvlərimizin dəqiq sayını bilməliyik. Rəhmətə gedəni, birlikdən çıxanı, ya çıxarılanı, tamam ölkədən köçəni var. Dəfələrlə «Ədəbiyyat qəzeti»ndə elan verməyimizə baxmayaraq, hələ çox adam nəinki bir dəfə də olsun üzvlük haqqını ödəməyib, hətta, qeydiyyatdan keçməyə belə təşrif buyurmayıb. Ümumiyyətlə, üzvlərin əhəmiyyətli qismi Birliyə yalnız burdan bir şey almaq istəyəndə gəlir. Özlərinin vicdan işidir.”
Onun sözlərinə görə, AYB binasının təmiri qurultayın vaxtını xeyli ləngidib. Bundan başqa, beş il əvvəl birliyin 75 illiyi çoxlu qonaqların iştirakı ilə keçirilib, arada klassiklərin və çağdaşların yubileyləri qeyd olunub.
Xalq yazıçısı AYB-nin Ali Məclisi ilə bağlı mülahizələrini belə yekunlaşdırıb: ”Qurultay günlərində xarici qonaqların iştirakı ilə təşkilatımızın 80 illiyini də qeyd etmək istəyirik.” /salamnews.az/
|