Aliq Nağıoğlu - Təskinlik

08.01.14

Hekayə

– Aleksandr ağlaya bilmir, – sonbeşik qardaş ortancıla dedi.
– Ağlaya bilmir, yoxsa ağlamır?
– İstəyir ağlasın, gəl ki gözlərindən yaş çıxmır.
– Çadırda çox adam var?
– Beş-altı nəfər olar. Molla “Net”nən danışır.
– “Net”in də başı xarab olub eyy... Cəhənnəmə ki, qoy danışsınlar.
– Gəlin çadırda oturun da, özümüz oturmasaq, özgə oturmaz axı...
– Sovxa siqaret qoyur ki, dərd vurub içimə, yenə yaxşı bu zəhrimar varmış...
Çadırda isə kəndin mollası keçmiş sovxoz direktoru ilə mübahisə edirdi.
– Ən birinci kənddə mənim kompüterim olub, məktəbə girəndə böyük qıza almışdım. Ancaq sözün düzü, düymələrini tanımıram.
– İstəsən, öyrənərsən. Mən gör neçə yaş səndən böyüyəm. Sən dünənki uşaqsan. Orda hər şeydən öyrənmək olur. İstədiyin məlumatı bir anın içində tapa bilirsən.
– Onsuz da özümə aid olan şeyləri bilirəm. Qoy cavanlar öyrənsinlər.
– Cavanların işi fırıqdır. Müharibə başlayacaq axı...
– Deyirəm də, Balı kor eynəyini bir həftədir vurub...
– Onu niyə deyirsən, dezertir Elnur motosikleti sürmür, yenə axsayır, bu dəfə lap pis... Arada badımcanlar yanacaq... Vəziyyət yaman gərgindir. Televi-zorda demirlər ki... Bu dəfə torpaqlarımızı alacayıq, inşallah... Qəbir üstə həmin vaxtı gedəcəksiz?
–  Həə... Qal ehsana, onsuz da adam azdır.
– Yoox... Vaxtdır, dəli kimiyəm, görüm nə var, nə yox... İki saatdan sonra burdayam.
Qalxdı, çadırın ayağına çatmamış, qayıtdı, şlyapasını unutmuşdu.
Kəndin mərkəzində iri marketin qabağında sahibi Vadardan başqa kimsə yox idi. Narahat, əsəbi olduğu bilinirdi. Salam verib, keçmək istədi.
– Daha dözə bilmirəm, “Net”... – ağlamaqdan qalırdı. Oğraş utanmır, alverə bura gəlir, gədə də onun xidmətini tutur. Hamısı da gözlərimin qarşısın-da baş verir.
– Səbirli ol. Deyirdin Naftalana gedəcəkdin, çıx get də... Unudarsan.
– Nəyi? Sən nə danışırsan? Heç nə danışdığını dərk edirsən? Mütləq ölməlidir! Başqa yol yoxdur.
– Öz ömrünü puç edəcəksən. Bəlkə bu işi oğlun eləsin, hə? Cavandır...
– Suss... Gədənin bu işdən xəbəri yoxdur. İndiyə kimi toyuq başı kəsmiyib. Heç arvad bilmir.
– Bu zonada o yekəlikdə cavan var?! Neynək, erməni başı kəsər.
– Elə niyə?
– Bə bimirsən? Müharibə başlayacaq!.. Bu dəfə dığaları mütləq qovarıq, görərsən.
– Netdə yazıllar?
– Həəə....– qəfildən Vadarı gülmək tutdu; yadına düşdü ki, bu cür qeyri-adi hərəkətlərinə görə hər¬dən görünəndə “ havalanıbdı” deyə arxasınca məzələ-nirlər.
– Nəyə gülürsən? Buna da inanmırsan?
– İncimə, “Net”, başqa şey yadıma düşdü. Sən orda axtar, bax ki belə vəziyyətdə adam öldürənə neçə il iş verirlər. Al, bu da haqqın.
– Hər şeyi pulnan ölçmə, sənə xatir baxaram. Getdim.

***
Saat dördü göstərirdi, bir yarpaq da tərpənmirdi. Bu il istilər tez düşmüşdü. Hətta həyət quyularının suyu da azalmışdı. Odur ki, bağçaya su vurmaqdan vaz keçib, yas yerinə yollandı.
Çadıra girmək istəyirdi, mərhumun axırıncı oğlu qoluna girib kənara çəkdi.
– Xətrinə dəyməsəydi, bir söz soruşardım,– çəkindiyi aşkar görünürdü.
– Hardan istəyirsən soruş, xətrimə dəysə, çay içərəm.
– Bizim Aleksandr uzun illər Rusiyada olub. Kişi canını tapşıranda da onu görməyib. İndi ağlamaq istəyir, lakin bacarmır. İnanın ki qovrulur, çırpınır, ancaq gözlərindən yaş çıxmır. Bəlkə çarəsini biləsiz, bu zülümdən canı qur-tarsın.
– Keçib day, onu apar tövləyə, bir dənə taraş ver, amma bilən olmasın.
– Hə-ə?
– Hə. Bura bax, bunu mən demədim haa, – ayrılıb çadıra adladı. Molla, deməyəsən onları kənardan müşahidə edirmiş.
– Onun əlacı məndədir, ay bala... Hər şeyin qiyməti var də... Kompüter bilən iş deyil... Belə görürəm, bir azdan ölülərinizi də kompüter yerdən götü-rəcək. Çaylarınızı için, Quran tapşıracayıq, sonra da qəbir üstə gedərik.
Tapşırma bitməyə az qalmış sonbeşik oğlan gəlib sakitcə ya¬nında oturdu.
– Allah səndən razı olsun. Amma dayanmır, görəsən çox çəkəcək, – xısın-xısın güldü.
– Qoy ürəyini boşaltsın! – heç halını pozmadı.
Qəbiristanlıqdan qayıdandan sonra, fatihə verildi, hamı dağılışdı.
Böyük marketin qabağında sahibi Vadar arxası yola tənha durmuşdu. Onu görcək çevrildi.
– Hamının möhübünü düzüb-qoşursan. Kənd danışır ki, Aleksandrı ovundura bilmirlər. Səbəbini bilən olmasa da, savabını səndə görürlər.
– Kənddən sirr çıxmır, özün bilirsən ki... Deməyin nədir? – duruxdu.
– Mənim işimə də əncam elə, başına dönüm, açıb-ağartmaram, dərd içimi yedi qurtardı... Yazığın gəlsin, o hadisədən bəri bir nəfər də olsa, həndəvərimdə dayanmır.
– Belə baxanda sənin işin lap asanmış, – elə bil nəyisə xatırladı. – Obeddə girmişdim yenə... Dünya praktikasında oxşar hadisələr çox olub...
– Necə yəni?..
– Ştirlisi tanıyırdın? Yəni kinosuna baxmısan da...
– Həə...
– Onu oynayan aktyoru necə?
– Tixonovu o vaxtı hamı tanıyırdı...
– O şərəfsiz də özü gəlib arvadını məşhur yazıçı ilə tutub, eynən sənin kimi, fərq burasındadır ki...– siqaret çıxarıb damağına qoydu. – Fərqi sənə başa salmaq lazım deyil...
– İndi çıxır üzə?
– Bizim zəmanədə hamı hər şeyi bilir. Çoxu üzə vurmur, lakin fürsət düşəndə kitab yazır. Arvad oynaşına haqq qazandırıb, “noolsun sən məşhur və yaraşıqlısan, quru olduğundan mənə vaxt da ayırmırsan.” Belə-belə işlər... Bu traktorist it oğlu, adama-zada da oxşamır, əli-üzü latar-latardır. Mən kişiliyim-nən ona tamah salmazdım. Qancığın dədəsi yas yerində oturub abırdan-ismət-dən danışır...
– Elə bu?
– SSRİ-nin əvvəl-axır prezidentinin də arvadı ayağısürüşkən imiş, babalı yazanın boynuna, guya ər əlbəəl təhvil verirmiş asılı olduğu böyük adama...
– O xallı kişini deyirsən də...
– Boğazını arıtla... Hmm... Arvadı çoxdan dünyasını dəyişib, kişi qırığı hələ durur, qurban olduğum bunun da mükafatını belə verir. Odur ki, çox dərinə getməyinə dəyərmi, yoxsa yox, uje sənlikdi, – dodaqlarını dəyirmilədib tüstünü yuxarı üfürdü. Göz¬ləri yaraşıqlı marketin üstündəki iri hərflərə sataşdı.
– Bu nədir belə?..
– Oğlanın adıdır... Onun şərəfinə “DƏYANƏT” qoymuşam,– qımışmaq istədi.
– İmkan olsa, dəyişərsən, oğlanın adında işin olmasın, – şlayapasını başından qaldırıb market sahibinin başına keçirdi, – heç olmazsa buna heyfin gəlsin, iyunun günəşi yandırır axı. Gedim görüm netdə nə var, nə yox?!





Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.