Sergey Dovlatovun "Çamadan" romanı çapdan çıxıb
07.01.14

Alatoran Yayınlarından daha bir kitab- yeni dövr rus ədəbiyyatının ən görkəmli simalarından biri olan Sergey Dovlatovun «Çamadan» romanı çapdan çıxıb.
 
Kitabı Vasif Qarayev tərcümə edib.
 
S. Dovlatov (1941-1990) Rusyanın Ufa şəhərində doğulub, atası teatr rejissoru, anası ədəbi korrektor olub. 1959-cu ildə Leninqrad universitetinin fin filologiyası fakültəsinə qəbul olunub, dərslərə davamiyyəti pozduğuna görə universitetdən qovulub. İosif Brodski ilə dostluq edib. Daha sonra 3 illik hərbi xidmətini həbsxanaların mühafizəsi sistemində başa vurub. İosif Brodskinin xatırlamasına görə «Dovlatov əsgərlikdən dönəndə elə bil Tolstoy Krımdan bir bağlama hekayəylə qayıtmışdı və baxışlarında bir sarsıntı vardı». Yenidən universitetə daxil olur, jurnalistikayla məşğul olur, hekayələr yazır. Uzun müddət ədəbi jurnallar onun əsərlərini qəbul etmirlər. Bir müddət Estoniyada yaşayır, təkrar Leninqrada qayıdır. Dissident baxışlarına görə dövlət orqanları tərəfindən təqib edilir, «samizdat» nəşrlərdə və emiqrant jurnallarda əsərləri yayınlanır. Nəhayət təzyiqlərə dözməyərək mühacirətə üz tutur, Nyu-York şəhərində yaşamağa başlayır.
Burada rus dilində çıxan «Yeni amerikalı» qəzetinin baş redaktoru kimi çalışır. Qəzet tezliklə rus mühacirləri arasında böyük populyarlıq qazanır. Bir-birinin ardınca nəsr kitabları işıq üzü görməyə başlayır. 1980-ci illərin ortalarında onun əsərlərinə böyük oxucu tələbi yaranır, ən prestijli jurnallarda dərc olunur. 12 illik mühacirlik dönəmində 12 kitab yazır. SSRİ-dəsə yazıçını yalnız samizdat nəşrlərə görə tanıyırdılar. Sergey Dovlatov  24 avqust 1990-cı ildə, Nyu-Yorkda ürək çatışmazlığından vəfat edir.
Sergey Dovlatov əsəri Azərbaycan dilində ilk dəfə yayınlanır.
/oxuzali.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.