Rasət Pirisoyu - Yubiley
07.01.14

Romandan parça

Yubiley -
       Yu!... biley!...
(F. S.)
               

BAŞÇI

    -Nə var, nə yox?
    İş günü  çoxdan başa çatmışdı,  axşam çoxdan  düşümüşdü.  İcra hakimiyyətində başçıdan və  bir də   Dadaşbala  Qəhrəmanovdan   savayı heç kəs qalmamışdı.
    -Sağlığınız, Sərxan müəllim.
    -Yenə də olsun!
    Bu o demək idi ki,  Dadaşbala  Qəhrəmanov hətta ciddi hesab eləmədiyi  xəbərləri  də  başçıya çatdıra və ondan  tapşırıq ala bilərdi.
    Başçı qarşısındakı  müxtəlif cərəzlərələ  dolu  vazadan  qoz  ləpəsi  götürüb ağzına atdı:
    -Sən də ye…
    Bu isə o demək idi ki,  başçı  onu daha yaxına,  arxasında əyləşdiyi  stolunun  qabağındakı stula dəvət edirdi.
    O keçib başçı  ilə üzbəüz əyləşdi.
    Başçı soruşdu:
    -Bu Cavanşir Aslanoğlu  kimdir?
    Dadaşbala  Qəhrəmanovun  dalağı sancdı. Cavanşir Aslanoğlu bir on - on beş gün  əvvəl onun qəbuluna  gəlmişdi. Yubleyinin keçirilməsini  istəyirdi.  Özü də iddialı   ğəlmişdi.  Türkiyədə  təzəcə çapdan çıxmış kitabını da özü ilə gətirmişdi:
    -İndi heç kəs deyə bilməz ki, Cavanşir Aslanoğlu əyalət yazıçısıdır. Artıq mənim yaradıcılığıma beynəlxalq  maraq durmadan  artır.
    Dadaşbala  Qəhrəmanov kitabı əlinə  alıb samballamışdı,  ora - burasını vərəqləmişdi,  gözucu Cavanşir Aslanoğlunun sifətinə baxmışdı,  Cavanşir Aslanoğlunun   sifətindəki  ifadə Dadaşbala Qəhrəmanovun atasına od vurmuşdu.
Dadaşbala Qəhrəmanov təbrik əvəzinə Cavanşir Aslanoğlunu sancmaq qərarına gəlmişdi.
-Bunu  niyə belə ucuz kağızda çap eləyiblər ?
Dadaşbala  Qəhrəmanovla  Cavanşir Aslanoğlu çoxdanın tanışıydılar.  Demək olar ki, bir yerdə böyümüşdülər.  80-ci illərdə rayonda  fəaliyyət göstərən ədəbi  birliyə  bir yerdə getmişdilər.  Necə deyərlər,  bir yerdə yazıb yaratmışdılar.  Dadaşbala  Qəhrəmanov  mətbuatda bir -iki hekayə çap etdirəndən sonra yazmağın  daşını birdəfəlik  atıb partiya işinə keçmişdi.  Cavanşir Aslanoğlu  isə  sovet dövləti  dağılana qədər  mətbuatda  bir babat  yazı çap etdirə bilməsə də,  elə hey yazmışdı.  Azərbaycan  müstəqillik  qazanandan sonra  Cavanşir Aslanoğluin yaradıcılığı,   bir vaxtlar deyildiyi kimi,  əməlli- başlı çiçəklənməyə  başlamışdı. 
-Yəqin parasını az eləmisən,  kağızın ucuzluğu yəqin ondandır,  ay xətəkar?
Cavanşir Aslanoğlunun  əhvalı doğrudan da pozulmuşdu.
-Demokratik ölkələrdə para ciddi önəm daşımır… -  Cavanşir Aslanoğlu  öz aləmində   Dadaşbala Qəhrəmanova  və Dadaşbala Qəhrəmanovun  timsalında  onun  nümaynədəsi olduğu hakimiyyətə borclu qalmaq istəməmişdi.
    Dadaşbala  Qəhrəmanov Cavanşir Aslanoğlunun sözünü yarıda  kəsib  kitabın  üz qabığını  qulaqlayıb  yuxarı qaldırmışdı:         
-Bunun cildi  də  pis gündədir ki…
    -Nolluub kiii?
    -Bir babat cildləmə işi apara bilmirdimi  nəşriyyat?
    Cavanşir Aslanoğlu  özünü ələ almışdı:
    -Kitabın cildini qalınlatmaq, xüsusi  kağızda çaplamaq  sovet ideolojisindən gəlmə bir şey idi.  Axı o vaxtlar,  bir qayda  olaraq, sovet kitablarının içərisində heç nə olmurudu, ona görə də nəşriyyatlar  kitabın cildi,  kağızı  ilə oxucuları aldatmaq yolu tuturdu. Amma demokraik  ölkələrdə əsas kitabın içərisindəkilərdir. Onlarda  kitabın  cildinə,  kağızına bir o qədər  əhəmiyyət vermirlər.  Heç buna ehtyac  yoxdur.
Dadaşbala Qəhrəmanov Cavanşir Aslanoğlunun  izahından  sonra - «aha»- eləyib  əlini çənəsinə  qoymuşdu və  gözlərini Cavanşir Aslanoğlunun  gözəlrinə dikmişdi.
-İzah üçün çox sağ ol. İzahını başa düşdük.  İndi gəlişinin qəmbərqulusunu  de.
    Cavanşir Aslanoğlu  aylarla  düşündüyü  uzun bir sicilləmə başlamışdı. O sicilləmədə yazıçının  cəmiyyətdə yeri haqqında  mülahizələr öz əskini tapmışdı və yazıçının  yubleyinə  dəqqət cəlb etməyin xüsusi,  həm də dövləti  əhəmiyyət  kəsb etdiyini  əsaslandırılmışdı  və Dadaşbala Qəhrəmanov başa düşümüşdü ki, Cavanşir Aslanoğlu  yubleyinin  keçirilməsini  istəyir.
    Dadaşbala Qəhrəmanov Cavanşir Aslanoğlunun  bir- birindən uzun, nöqtəsi  ilə  vergülü  bir - birinə qarışan,  ayağı ilə başı arasında  tez - tez  əlaqəsi  itən cümələrini kəsərək soruşmuşdu:
- Neçə yaşın var?
-Altımışa   bir neçə ay qalıb?
-Sən istəyirsən ki, biz yubleyini keçirək?
    Sualından sonra Cavanşir Aslanoğlu  Dadaşbala Qəhrəmanova elə bir şey demişdi  ki,  Dadaşbala Qəhrəmanov qalxıb  Cavanşir Aslanoğlunu   ayaq altına salmaqdan  özünü zorla saxlamışdı:
    - Bu təkcə  mənim  deyil,  həm də  mənim  çoxsaylı oxucularımın  arzusudur  və  yazıçının yubileyinə  diqqət, xüsusən  də əyalətlərdə,  xalqla yazıçı, yazıçı ilə dövlət  arasında  əlaqəni gücləndirən, ümummilli  əhəmiyyət  kəsb edən bir məsələdəir.
     Dadaşbala Qəhrəmanov Cavanşir Aslanoğlunun  yarısı qızarmış, yarısı bozarmış  sifətinə baxa-baxa bütün hirsini - hikkəsini içində boğub,  üzünə  mülayim ifadə vermişdi,  hətta bir balaca gülümsəmişdi:
-Sən bilirsən ki,   hər bir  işdə olduğu kimi, bu  işdə də son söz başçıya  məxsusudur.  Ona görə də mən sənə heç bir vəd verə  bilməyəcəyəm.  Amma  başçı sənin xeyrinə  bir kəlmə xoş söz desə, o sözdən tutub səni xeyrinə  dastan bağalamyan köpəyoğludur.
Dadaşbala Qəhrəmanovun  sözündən sonra Cavanşir Aslanoğlu ayağa qalxıb  həm bir az hirsli,  həm  bir az kədərli,  həm də bir az  poetik əhval içərisində  mızıldanmışdı.:
- Hələ bizim demokratik ölkə olmağımıza  çox var. Ölkədə  təşəbbüskarlıq  sıfır səviyyəsindədir. Hamı yuxarıdan  göstəriş gözləyir… Nə isə,  sağ ol…- deyib otaqdan çıxmışdı.
    İndi  Cavanşir Aslanoğlu ilə  başçının  özü maraqlanırdı.  Deməli,  Cavanşir Aslanoğlu  təkcə onun qapısını döyməklə  kifayətlənməmişdi,  arayıb axtarıb başçıya  da  yol tapmışdı.
Yox, bu Cavanşir Aslanoğlu xatalı adama oxşayırdı.
Dadaşbala Qəhrəmanov hər ehtimala qarşı özünü yığışdırdı.
    Başçı cavab gözləiyrdi:
    - Yazardır,  Sərxan müəllim…  -  Dadaşbala Qəhrəmanov  özünə də məlum olmayan bir hissin təsiri altında  Cavanşir Aslanoğluna  «yazıçı»  deməyə  dili gəlmədi…
    -«Yazar» nədir? - başçının  sifətindən  bir narazılıq dalğası keçdi.
    -«Yazar»  «yazıçı»   deməkdi də,  Sərxan  müləllim, son vaxtlar  axı bizdə «yazıçı»ya  «yazar" deməyə başlayıblar… - Dadaşbala  Qəhrəmanov başçıya xoş gəlsin deyə  «yazıçı» sözünü  deyəndə  səsinə bir balaca həzinlik  qatdı.
    Başçı üz - gözünü turşutdu:
    -Sonra?
    Dadaşbala Qəhrəmanov  başçının  bu  «sonra?»  sualı ilə ondan  nə  istədiyni   aydınlaşdıra  bilmədi,  soruşub  dəqiqləşdirməyə  də ürək eləm?di,  ona görə də ağzını açıb  mat - məətəl   başçının  üzünə  baxdı və  bu naməlumluğun  təsiri  altında gözlərində elə qəribə bir nigarançılıq  peyda oldu ki,  başçının  dodaqları  qaçdı,  sualını  konkretləşdirdi::
    - Yəni Cavanşir Aslanoğlu haqqında  daha nə bilirsən?
    -Hə…  - Dadaşbala Qəhrəmanovun  qırışığı açıldı: - Yazıçıdı, Sərxan  müləllim.  Sovet hökumətinin vaxtında  nə yazıbısa,  hamısını  qoltuğuna veriblər…  -   sözünün  təsirini  yoxlamaq  üçün  danışığına  azacıq ara verib  başçının üzünə baxdı. 
Başçının  sifəti  heç nə  ifadə etmirdi.
Başçı  ləbləbi yeyirdi.
      -Amma  son vaxtlar,  gecə - gündüz yazır.  Bir kitabı  Türkyiədə çıxıb,  bir kitabı İranda…  Belə bir hekayə də yazıb: « Qətllər və qatillər»…
    Başçı  çeçədi. Ağzındakı ləbləbini birtəhər ?zib bağazından içəri  ötürdu,  nəfəsi darıla - darıla  soruşdu:
    -Necə yəni,  qətllər və qatillər?...
    Dadaşbala  Qəhrəmonov həvəslə  izaha başladı:   
- Sərxan müəllim, müəllif  bu  məqaləsinin adını məcazi mənada belə qoyub…
    -Məcazi  nədir?
    Dadaşbala Qəhrəmanov  bilmədi  başçı  onunla  məzələnir, yoxsa  doğrudan  da «məcazi»nin  nə olduğunu bilmir.
    -Məcazi… - duruxdu.   Amma başçı doğrudan da  cavab gözləyirdi.  -  Məcazi o deməkdir ki, əslində ortada  nə qətl olur, nə də qatil…   öldürülməli  alam  da   öldürülmür,  adam  diri qalır,  amma  bu  diri  adamın başına elə bir oyun açırlar ki,  bu,  diri  adamı  öldürməkdən də  betər olur, - Dadaşbala Qəhrəmanov hər ehtimala qarşı   “ölüm”,  “qətl”  və “qatil”  sözləri  ətrafinda bir incələmə aparmağı da  zəruri bildi, - yəni qətlə yetmirmirlər,  ortada qatil - filan olmur,  amma həm də adamı öldürmuş  kimi olurlar… 
    -Yaxşı bu yazıçı nə istəyir?
    -Heç nə!!!.  Deyilənə görə bu  yaxınlarda  onun  60  yaşı  tamam  olur.  Gileylənir  ki,  rayonda  ziyalıya hörmət yoxdu.   Ziyalısız ölkə isə  ölkə deyil,  Xomneyinin  məscıdidır.
    Başçı ciddiləşdı:
    -Məscidin  bura nə dəxlı var?
    Sualı  muqabilində   başçı  Dadaşbala  Qəhrəmanovdan elə bir söz eşitdi ki,  mat-qutu qurudu:
    -Ölkədəki  sabitliyi pozmaq istəyir də, Sərxan müəllim…
    Başçı sağ əlininin  şəhadət və baş  barmağı ilə stolun  üstünü  uzun müddət sığalladı, nəzərlərini bir  xeyli Dadaşbala Qəhrəmanovun sifətind? Gəzdirdi,  Dadaşbala Qəhrəmanovun sifətində uşaq  məsumluğundan savayı heç nə tapa bilmədi,  ən nəhayət, növbəti sualı vermək qərarına gəldi:
    -Deyirsən, Bakıda onu tanıyırlar da.
    -Belə deyirlər.
    -Bəs özü necə adamdır?
    Dadaşbala  Qəhrəmanov başçının nəyi bilmək istədyiyni göydə  tutdu.
    -Yekəxanadır.
    -Yekəxanadır, yoxsa yekəbaş?
    Başçının  sualı Dadaşbala Qəhrəmanovun   içərisinə lətifə havası gətirdi. Dadaşbala Qəhrəmanovun  dodaqları qaçdı.
    -Hər ikisindədir, Sərxan müəllim.
    -Yaxşı sən belə elə… - başçının Cavanşir Aslanoğlu ilə  bağlı qərar qəbul  etməkdə  çətinlik  çəkdiyi açıq- aşikar görünürüdü.  Amma  qərar qəbul etməkdən də qaça bilmirdi.  Ən nəhayət,  başçı fikrini qətiləşdirdi:
    -Mənim adımdan Əlibalanı gör, qoy bu yazıçıya  babat bir yubiley-zad  düzəltsin… 
    Sonra bir az da düşündü   
-Hər halda abırlı bir iş görsün… Şairi incitməsin…
Dadaşbala Qəhrəmanov  qulaqlarını  şəkləyib başıçının  dediklərini göydə  dənləyirdi:
-Şairi yox, yazıçını…
-Hə,  yazıçını… bir babat banketdən -zadan…
Dadaşbala  Qəhrəmanov udqundu:
-Baş üstə…
Başçı bir müddət Dadaşbala Qəhrəmanovun   üzünə baxdı, nə fikirləşdisə,  hər etimala qarşı xəbərdarlıq elədi.
- Özü də de ki, banketdə şəxsən  mən  özüm  iştirak edcəyəm… Başa düşürsən də…
-Bəli, Sərxan müəllim…
Başçı   tapşırığını qəribə bir ifadə ilə yekunlaşdırdı:
-Bəli,  Dadaşbala, başa düşməkdən savayı əlacımız yoxdur
Dadaşbala  Qəhrəmanovun  heç  özünə də  məlum olmayan
bir hissin təsiri  altında başçıya yazığı gəldi.
Birdən  başçının  otağını su səsi bürüdü. Hardansa  əməlli - başlı su  axırdı.  Dadaşbala Qəhrəmanov gözələrin geniş açıb qulaqlarını bütün gücü ilə işə saldı;  döyükə - döyükə  su səsinin hardan gəldiyni  dəqiqləşdirməyə çalışdı, nigaran baxışlarını başçının sifətinə dikdi.
Başçının  sifəti  bircə anın  içində  dəyişdi;  suyun  səsində hiss olunan  duruluq, təzə - tərlik,  paklıq  başçının üz - gözünə yayıldı,   başçı  bütün canıyla  qarşısındakı  stolun siyrtməsinə doğru əyildi,  siyrtməni  çəkdi  və  siyirtəmədən  son illərin ən gözəl  telefonlarından birini çıxarıb qulağına apardı.
- Bəli! - 
Su səsi  telefondan gəlirdi.
 Və…   başçı  birdən -birə Dadaşbala  Qəhrəmanovun  otaqda  olduğunu  tamamilə  unutdu,  otaqda heç kəs  yoxmuş  kimi  -bəli, - dedi, -  əlbəttə  mənəm.  Sənin səsin  gələn yerdə  məndən  başqa  kim ola bilər axı…
Dadaşbala Qəhrəmanov başçının  üz- gözündəki  ifadədən, səsindəki mərhəməlikdən  hər şeyi başa düşdü. Durub otağı sakitcə tərk etmək qərarına gəldi. Amma ürək eləmədı..
Başçı  telefonda  danışa - danışa əyilib əlini  stolundakı siyirtmənin  uzaq küncünə apardı,  siyirtmənin harasındansa,  kiçik bir qutu  tapıb çıxardı,    sol əlinin baş barmağı ilə qutunu qapağını açdı,  sınayıcı  nəzərlərlə  qutunu  gözdən  keçirdi,  sonra qutunu qapayıb  ehmallıca  pencəyinin qoltuq  cibinə  qoydu,  telefonu söndürüb,  stolun üstündəki  ləbləbi  dolu vazanı götürdü,  otağın yuxarı başındakı  seyfə doğru apardı,  seyfi açıb  vazanı seyfin  içəçrisinə  itələdi,  geri döndü.  
Dadaşbala  Qəhrəmanovu  otaqda görüb elə bil bir balaca özünü  itirən kimi oldu.  Bir xeyli Dadabala Qəhrəmanovun üzünü baxdı, elə bil  Dadaşbala  Qəhrəmanovun  otaqda olmasının  səbəbini   yada  salmağa çalışdı, ən nəhayət yadına saldı,  sonra   Dadaşbala Qəhrəmanova  heç nə demədən  qapıya yönəldi  və qapını açıb otaqdan çıxdı.
Dadaşbala  Qəhrəmanov otaqda tək qaldı.

 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.