Kənan Hacı - Yeni il gecəsi tənha qalanlara...
30.12.13
Həyat alın yazısını əzbərlədir bütün tənhalara, tənha adamların təkadamlıq xəyalplov qazanının dibində yanmış arzular qalır... toz basmış tavandan hörümçək torutək asılır alın yazıları, özünü asmaq da olmur alın yazılarından... axşam evə dönəndə görürsən otağa dadanmış pişik yumrulanıb yatıb kirli, soyuq yatağında, alın yazısını murdarlayıb deyəsən, bilmir ki, alın yazısını dəyişmək olmur... düymələri sökülmüş palto kimi yaxası bağlanmır sovxa ümidin, üşüyürəm, üşüyürəm, tərslikdən alın yazısını yandırmaq olmur...
Avanqard.net
|