2013-cü ildə dünya ədəbiyyatının itkiləri
30.12.13

2013-cü il dünya ədəbiyyat aləmin üçün də maraqlı il oldu. Bu il də yenə narazılıqlar və razılıqlar , oxucu-yazıçı qarşıdurmaları bir birini əvəz etdi.  Bu il də nə Murakami, nə də Umberto Eko Nobel mükafatına layiq görüldü. Əvəzində heç kimin gözləmədiyi  bir halda artıq yazıçılığı buraxan və 87 yaşında istirahət edərək həyatının sonunu gözləyən  kanadalı Elis Munro  Nobelə sahibləndi. Yola saldığımız ildə ədəbiyyat dünyasında da itkilər oldu.  

1. Doris Lessinq – dünya ədəbiyyatının ən tanınmış nümayəndələrindən olan Lessinq yola saldığımız  ildə dünyasını dəyişdi. 2007-ci ildə  ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yazıçı “Qızıl dəftər ” romanı ilə məşhurlaşıb.  94 yaşında dünyasını dəyişən Lessinqin köməkçisinin dediyinə görə ölərkən həddindən artıq hüzur içində olub. İranda anadan olan Lessinqi Böyük Britaniya krallığının bütün ərazilərini gəzmiş və əsərlərində də bu gəzinti nəticəsində topladığı gizli bilgiləri əks edib.

2. Alvaro Mutis
– Qabriel Qarsiya Markesdən sonra Kolumbiyanın ikinci böyük yazıçısı sayılan Mutis də 2013-cü ildə 90 yaşında dünyasını dəyişib. Yazıçı Meksika xəstəxanasında ürək çatışmazlığından vəfat edib. Həmin vaxt Kolumbiyanın dövlət başçısı Xuan  Santos da onun ölümünə kədərlənərək bu sözləri qeyd edib:  “Mutisin milyonlarca dostu və heyranı bu gün onun üçün yas tutur.  Kolumbiya xalqı Mutisi əsla unutmayacaq”. Nobel mükafatı almasa da, Markes qədər sevilən yazıçı 1923-cü ildə Kolumbiyada anadan olub, uşaqlığının çox hissəsini atasının səfir olduğu Brüsseldə keşirib.

3. Riçard  Matheson – “Eşqin gücü” və “Mən əfsanəyəm” romanları ilə dünya şöhrəti  qazanan Riçard  Matheson da “ilan ili”ndə dünya ilə vidalaşanlar arasındadır. Elmi fantastika və qorxu janrının nümayəndəsi olan yazıçı 87 yaşında Los Ancelesdə vəfat edib. Norveçli mühacirlərin oğlu olan Matheson Bruklində böyüyüb və yazıçı kimi formalaşıb. Qeyd edək ki o ikinci dünya müharibəsinin də fəal  iştirakçılarından olub. Maraqlı məqam ondan ibarətdir ki,  yazıçı Amerika televiziyasının  ona verəcəyi mükafatı almaq qismət olmayıb. Mükafat təqdim olunacağı tarixdən iki gün qabaq dünyasını dəyişib.

4. Jak Vans -
Amerikanın digər ünlü fantastı olan Jak Van da 2013-cü il sonuncu il olub. Fantast 96 yaşında rəhmətə gedənə qədər bir –birindən maraqlı 60 kitab yazıb. Nüfuzlu “Nyu –York tayms “ jurnalının apardığı müzakirə nəticəsində Vans  Amerikanın ən fərqli yazarlarından biri kimi göstərilib. Yazıçının türk dilinə yalnız bir , Azərbaycan dilinə isə ümumiyyətlə heç bir əsəri tərcümə edilməyib.

5. Qor Vidal -
XX əsrin ikinci yarısında ABŞ ədəbiyyatının klassiki sayılan 86 yaşlı Qor Vidal vəfat edib. Amerikan ədəbiyyatının ən böyük esseisti  Los-Ancelesdə dünyasını dəyişib. Bu  xəbəri  Vidalın qohumları Twitter-də tvit yazaraq bildiriblər.
Vidal 1968-ci ildə çap olunmuş "Mayra Brekenric" romanından sonra dünyaca məşhurlaşıb.

6. Ahmet Fuad -
Noyabrın 3-də rəhmətə gedən Əhməd Fuad Nehm Misir prezidentləri Hüsnü Mübarək, Ənvər Sadat, Həməl Əbdül Nəsir və Məhəmməd Mürsinin ünvanına yazdığı tənqidi şeirlərdən sonra populyarlaşıb. Hər bir prezidentin hakimiyyəti dövründə həbsxanada yatsa da şerlərini öz adı ilə çap etdirməkdən qorxmayıb. Nehm xalq arasında “Əl Fahumi” yəni “Cəsur”, “Qorxusuz” çağırırdılar. Nəhm “Ərəb baharı”nı dəstəkləyənlərdən biri olub. /Modern.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.