Xəyalə Sevil - Bir qadın sevir səni
27.12.13
Sənə oxşayan biri var
Sənə oxşayan biri var, Bir azca sən varsan onda. Baxışından bir azca var, Gülüşündən bir azca var, Hər işindən bir azca var...
Baxışlarım sığallanır İllər sonra, Həsrətim təzələnir. Könül yaram,yox, Bu dəfə ağlamıram yoxluğuna. Baxma ki,yanağım yaş, Gözlərim qışlaq yeridi, Əriyir yavaş-yavaş.
Yolları göndərdim arxanca…
Gün günü, ay ayı, il ili qovur, Ömrünü dağ kimi çıxıb aşırsan. Üzün yaddaşımda iyirmi üçdü, Özün otuz üçə yaxınlaşırsan.
Haradasan, qayıt səbəb de mənə, Düzünü saxlayım,əyrindən keçim, Bir ondan qorxuram,qocalaq,bir gün Səni tanımayım, boyründən keçim.
Yolları göndərdim arxanca sənin, Bilirəm başını əyib gələcək... Boyunu ölçsələr məhəbbətimin Mənim ürəyimdən böyük gələcək.
Həsrətin ərköyün uşaq kimiydi, Birtəhər başını qatmışam mən də. Arxaya atılan ehtiyat kimi Səni ürəyimə atmışam mən də.
Bir qadın sevir səni
Səndən bu qədər,məndən Yox,hələ davamı var. Köçkünəm ürəyindən, Yurdmu var, yuvamı var...
Qoy xəbərin olmasın, Bir qadın sevir səni. Gizlənib ürəyində Hür qadın, sevir səni.
Neçə ildi gözləri, Su çıxaran quyudu. Yoluna yağan yağış, Gözlərinin suyudu.
Qoy xəbərin olmasın, Elə bil, unudubdu. Sənin məhəbbətini, Qarğış kimi tutubdu...
Avanqard.net
|