Kənan Hacı - Qar qıza məktub
26.12.13

Eh, Qar qız...

İndi daha səmadan ağ çiçəklər yağmır... İçimdə həqiqətə çevrilməsini arzuladığım ən uzun bir nağıl qövr eləyir  – Qar qızın nağılı.

Başıma dolu döyür, soyuq küləklər içimi sızladır, odu söndürüb külüylə oynayıram. Soyuq küləklər sənin nağılını ətrafa dağıdır, söz-söz yığıb gətirirəm. Heç bilmirəm bu məktubu sənə niyə yazıram...

Günəşli gündə qar yağmışdı və mən Günəşə qar topası atmışdım. Ona acığım tutmuşdu, istəmirdim ayağım altında ləzzətlə xırçıldayan qarı əritsin. Səni çox istəyirdim, lap çox istəyirdim, Qar qız!

Bir dəfə atam evə Şaxta baba gətirmişdi, ağlayıb ayağımı hikkəylə yerə döyürdüm ki, bəs Qar qız hanı?! Şaxta babanın hədiyyələri də məni ovuda bilmədi... Kür uşaqlığımın ən dəlisov arzusu sən idin, Qar qız! Səni arzulayırdım, Qar qız! Qar kimi ağ, ləkəsiz qız... Elə istəyirdim ki, gəlib yumşaq dodaqlarınla yanaqlarımdan öpəsən, soyuqluğun canıma od salsın... Eh... Nə sən məni öpdün, nə də mən səni öpə bildim. Öpüş istəyi, şair demiş, “aylara, illərə qaldı”...  Uşaqlar Qar adam düzəldəndə mən qarı ovuclayıb inadla sənin surətini yaratmaq istədim, amma əllərimi donduran qar heç cür Qar qıza çevrilmək istəmirdi...  

Bir vaxt Günəşə qar topası atan oğlan indi başqa hava üstündə köklənmişdi:

Bəlkə məni bu qışdan
sən özün çıxarasan.
Üstünə Günəş düşən
Qar kimi yumşalasan...

Qanadlarını ağır-ağır, yorğun-yorğun tərpədən Günəşin soyuq təbəssümü qanımı dondurmuşdu... Sonra da ulduz-ulduz yaxasını düymələyən göy üzüylə səhərəcən təmtək qalmışdım. İstəyirdim Günəşə deyəm ki, ehey, mən də sən gedən axşama gedirəm! Səsim Günəşə çatmadı... Sənə çatmayan səsimi o da eşitmədi... Səsim öz üstümə düşüb çilik-çilik oldu. Bu qırılmış səs sənin parçalanmış əksin idi, təkliyin hər küncündən mənə baxırdı...

Sonrakı illərdə də Şaxta baba Qar qızsız gəldi. Yəni sənsiz... Şəhərdə bəzəkli yolkanın ətrafında gördüyüm qızlar sən deyildin. Sən artıq əlçatmaz, ünyetməz uzaqlıqda idin. Sən ömürdən uzun bir yolun tükənməyən sevdası oldun.

Hər gələn qış yağan qarıyla köhnə nisgilimi təzələyir, içimdəki ümid hələ də isti-isti tərpənir. Mən yenə səni arzulayıram; heç vaxt gəlməyəcəyini bilə-bilə... Nə vaxtsa sənə yazdığım məktub qarşına çıxacaq və onda gəlib məzarıma qar yorğanını atarsan, üşüməyim...


Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.