Musa Yaqub: "Həyat özü manelərlə doludur" - MÜSAHİBƏ
23.12.13
- Musa bəy, səhətiniz necədir? - Bilgəhdə yerləşən istirahət mərkəzində həm dincəlirəm, həm də müalicə alıram. Bir zamanlar qocalıq məndə qorxurdu, indi mən qocalıqdan qorxuram. İnsanlar qocaldıqca daha da kövrək olurlar. Qocalar xatırlanmaq və əzizlənmək istəyir. Əsasda hörmət istəyir.
- Musa Yaqub çoxmu kövrəkdimi? - Tək Musa Yaqub deyil, tanıdığın və tanımadığın şairlər kövrəkdilər. Məni ən xırda sevgi, hörmət və.s kövəldə bilər. Fəsilərin arasında payız çox kövrəkdir.
- Musa Yaqub və payız... - Payız sevdiyim fəsildi. O zaman mən çox duyğulu oluram. Mən ən gözəl şeirlərimi payızda yazıram. Payıza aid belə bir şeirim var: Bir sarı budaqdır il ağacında Görən bu payızın yaşı neçədir? – Bir qıvrım duman da qalıb solanda, Yaddaşı necədi, huşu necədi – Sarıköynəkləri dözmədi qaçdı; Amma həmin torpaq, həmin ağacdı, Qüdrəti qalıbmı bir gül bitirsin, Ya bir xəzəlini yerdən götürsün. Bir dilim yemişi aypara bilsin Bir quşu yolundan qaytara bilsin – Çağırsın geriyə şirin dilləri, Əlini uzatsa qış tərəflərə İsidə bilərmi soyuq əlləri?.. Görəsən payızın yaşı neçədi?..
Payızın yaşı çoxdur. Amma payız gəldikcə insanlar bir yaşda qocalır.
- Sizin şeirlərinizin əsas mövzusu ayrılıqdır... - Ayrılıqdan söz düşmüşkən ayrılığı və hicranı özündə cəmləyən şeirlərimdən birini demək istəyirəm... Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir birimizi, Xatirəm yadında qalmayacaqsa, Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa, Sən allah,özünə oyrətmə məni, Hicran qoxusuyla göynətmə məni.
Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə, Üzümü üzünə öyrətmə belə.
Mən bir az baharlı budaq kimiyəm Bir azda sadəlövh uşaq kimiyəm, Bala anasına qovuşan kimi, Leylək yuvasına qovuşan kimi, Ari gül çiçəyə uyuşan kimi, Eh,mən də adama tez yovuşanam, Sevgi atəşində tez alışanam. Amma ki,sönməyim çox çətin olur, Sevgidən dönməyim çox çətin olur, Öyrətmə özünə öyrətmə məni!
Bəlkə gözləmirdik bu xoş görüşü, Yaman qəribədir dünyanın işi, Heç vaxt yollarında dayanmadığın, Heç həndəvərində dolanmadığın, Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur!
Bir şirinim acı olacaq isə, Bir qismət çiçəyim solacaq isə, Oyrətmə özünə öyrətmə məni
Könlümdə yerin var,qopmaz yerindən, Bir əkiz ləçəyi,haça budaği, Ayırmaq olmursa biri birindən Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə öyrətmə məni, Yox buna taqətim,yox buna tabım, Əlimi əlindən üzmək əzabım, Sonra bu əzaba dözmək əzabım... Yoxsa da könlümün sınıqlari var, Hicranın köz basmış yanıqlari var, Mənim dərdlərimin ayaqları var, Harda olsa gəlib tapacaq meni, Yaxıb yandiracaq bu ocaq məni. Gəl məni özünə öyrətmə belə, Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə... Bu şeir əslində tam sevgiyə və sevgiliyə aid deyil.
- Axı şeirin misralarında sevgiliyə həsrət və hicran duyulur... - Belə izah edim. İki dost bir-birinə bağlana bilər. Zaman gələr ayrıla bilər.
- Musa bəy, doğurdanmı sonda ölən ümiddir? - Mən belə düşünürəm ki, ümid heç vaxt ölmür. O zaman ölə bilər ki, insan hər şeydən bezsin. Və arzusu və istəyi olmasın.
- Sizin müxalif fikirlərinizə görə ailənizə basqılar olubmu? - Şair hər zaman müxalif olmalıdır. Sözünü çəkinmədən deməlidir.
- Sizin “Mən müxalifətəm” şeirinizi neçənci ildə yazmısınız? - 1992-cı ilin Sentiyabr ayında yazılıb.
- Adı çəkilən şeiriniz sizin faliyyətinizə manel olubmu? - Bu həyat özü manelərlə doludur. Həyat mübarizə aparanındır... Müxalifətəm
Gül olub ya gərək solub tökülüm, Varamsa tikanla müxalifətəm.
Cismimi öldürüb ruhum uçursa, Cismimdəki canla müxalifətəm.
Zaman ömrüm alır, dövran canımı, Mən də bu dövranla müxalifətəm.
Demə ki, düzəldi, yox düz əyildi, Qələm, qələmdanla müxalifətəm.
Haqqın yolu birsə, qanun mindirsə, Qanunla, fərmanla müxalifətəm.
Şah taxtı hələ haqq dərgahı deyil, Mən bəylə, mən xanla müxalifətəm.
Hökmün hüzurunda işlək bəndəyəm, Demək hökmranla müxalifətəm.
Aldanmış Adəmin parasıyam mən, Həmişə şeytanla müxalifətəm.
O şeytan çox qəlbə girə bilirsə, İnsanam, insanla müxalifətəm.
Ələm, tərəziyəm, çəki daşıyam, Mizansız mizanla müxalifətəm.
Min ildir çağırram vicdan ayılmır, Ayılmaz vicdanla müxalifətəm.
Şimşək köynəyimi cırıb tökmüşəm, Çünki asimanla müxalifətəm.
Od canımdan çıxır, tüstü başımdan, Dağdakı dumanla müxalifətəm.
Qulamsa üsyanım qaynar içimdə, Şahamsa üsyanla müxalifətəm. /1937.az/
|