"Cənubi Azərbaycan ədəbiyyatı tarixi"nin 2-ci cildi çapdan çıxıb
19.12.13
"Cənubi Azərbaycan ədəbiyyatı tarixi"nin 2-ci cildi çapdan çıxıb.
Kitab “Cənubi Azərbaycan Ədəbiyyatı tarixi”nin ikinci cildidir. Burada 1900-cu ildən bəri Cənubi Azərbaycanda yaranmış ədəbiyyat, mətbuat, folklorşünaslıq, ədəbiyyatşünaslıq və publisistikanın inkişafı təhlil və təqdim olunur. Bu ədəbiyyat tarixinin əsas məqsədi ilk növbədə o tayda yaşayıb yaratmış, mübarizələr aparmış yazıçı, şair və alimlərin, mətbuat xadimlərinin işıqlandırılmasıdır. Kitabda hər konkret dövrə aid icmal oçerklər və dövrün aparıcı ədiblərinin portretləri verilir. Burada Hacı Rza Sərraf, Səid Səlması, Şeyx Məhəmməd Xiyabani, Ceyid Cəfər Pişəvəri, Şəhriyar, Həbib Sahir, Məhəmməd Biriya, Səhənd, Sönməz, Nasir Mənzuri və b. görkəmli ədiblər haqqında əhatəli ocerklər verilir.
Kitabın birinci cildi 2009-cu ildə Bakıda “Nurlar” nəşriyyatında çapdan çıxıb.
Avanqard.net
|