Özbəkistanda Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin özbək dilinə tərcümə olunmuş “Maxzan-ul-Asror” kitabının təqdimatı olub
09.12.13

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərinin özbək dilinə tərcümə olunmuş "Maxzan-ul-Asror" kitabının təqdimat mərasimi keçirilmişdir.

Təqdimat mərasimində Özbəkistanın tanınmış elm və mədəniyyət xadimləri, Daşkənddəki ali məktəblərin tələbələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq Nizami Gəncəvinin yaradıcılığı haqqında məruzə ilə çıxış etmiş və Özbək dilinə tərcümə olunmuş "Maxzan-ul-Asror" kitabının Özbək oxucuları üçün maraqlı olacağına əmin olduğunu qeyd etmişdir. Sonra Nizami yaradıcılığına dair qısa sənədli film, habelə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan stendlərdə Nizami Gəncəvinin əsərlərindən çəkilmiş miniatürlər nümayiş etdirilmişdir.

Akademiklər Əziz Kayumov və Bori Raximov, professor Xomidcan Xomidi, şair Bəhrəm Rözimuxammad, alim Mahkam Maxmud məruzələrində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı və onun yaradıcılığının şərq ədəbiyyatına, xüsusən də Özbək ədəbiyyatına təsiri haqqında söhbət açmışlar.

Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərinin Özbək dilinə tərcümə olunmuş "Maxzan-ul-Asror" kitabı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə çap olunmuşdur. Kitabın tərcüməçisi alim Olimcan Buriyev, ön sözün müəllifi akademik Əziz Kayumovdur. Kitab Özbəkistanın aparıcı kitabxanalarına, elmi tədqiqat və təhsil müəssisələrinə hədiyyə olaraq veriləcəkdir.

Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.