Fərid Hüseyn - Burda yağışlar küçələri qab-qacaq kimi yuyur
02.12.13

Moskva gülləri

Səsi ciyərindən üzülmüş adam kimi,
xırıldayır Moskva sübhü.
Naməlumluğa yollanan gəmi,
mənim nəyim var ki,
sənin arxanca yelləmək istədiyim əllərimdən başqa?
O da bir qadın ovcunda külə basdırlmış kartof kimidi...
İndi...


***
Gəmi, sən üzüb uzaqlaşdıqca,
geridə qalan suları Tanrı arxanca atır, – uğur olsun.
Burda yağışlar küçələri qab-qacaq kimi yuyur – büllurlandırır.
Öpüşlər soyuqla əlbirdi – bədənləri allandırır.
ilk öpüşdən qızarmış qadın boynudur Qırmızı Meydan.
Özümü Yer Kürəsi hesab edirəm,
yanımdakı gözəlsə sinəmə Ay kimi doğub.


***
Təşbehsiz gözəllikləri sevirəm –
Allahın adları kimi...
İçimdəki şeiri ağzımdan çıxan buxar oxuyur havaya
Bu vaxt bir incə səs
öz zərifliyinə sadiq qalaraq soruşur: “nə düşünürsən?”
Mənsə doğulan gündən bu sualın cavabını
hazırammış kimi dərhal “səni” deyirəm.
Çiynimə bir baş enir, uçur göyərçin ağrılar.


***
“Kor qocayam, hər səhər yollanıram
günəşin doğuluşunu seyr etməyə.
Gözlərimi itirsəm də, itaətdə əvəzsizəm”,
və görmədiklərimi də sevirəm, Sahibinə görə.
Allaha şükr etməyə o qədər səbəblər var ki,
bir-bir sayası olsaq, çox şeyi unutmaq şərtiylə qocalarıq.
İndi mən “səni sevirəm” söyləsəm
qarşılığında “mən də səni” deyən yox,
mənim dualarıma “Amin” deyəsi birini arzulayıram.


***
Dünya – bu qədim qəbiristanlıq, gülür bizə.
Bizim bu dünyagirliyimizə, “ölümsüzlüyümüzə”.
İnsanları gerçəklər yox, xəyallar yaşadır,
Odur ki, ilk insan ölümünü ustufca unutmuşuq.


***
Müəllim kimdir? – Suallara cavabı olan.
Deməli, həyat müəllim deyil,
o sual verməyi öyrədir.
Bir də var, sualsız yaşamaq – buyrulduğu kimi –
Onda da məntiq çözülür: deməli,
suallar həm də düzgün yaşamayanda doğulur.


***
Moskva, gəmisi suyuna yaraşan şəhər,
Üşütməyə soyuğun, isitməyə çayın var.
Qədəhlərin dolu, şüşələrin boş,
Nar gilələri – səpələnib küçələrə adamlar.


***
Hərdən elə bilirəm kiminsə yuxusudur ömrüm,
Həmin kəs oyanacaq və ömrüm bitəcək.
Qəribədir, olur ki, doğrudan da, inanıram bunlara.
Onda rənglər divarlardan axır,
sular solur,
Pəncərələr örtülür –
çəkilirəm taleyimin mənzərəsi önündən.


***
Olur ki bəxt, siqaret də verir, alışqan da –
Hətta odlayır – canına cəfa basıb.
Sən bu qulluqdan xoşhal olmaya bilmirən
Fəqət anlayanda ki, bütün bunlar sənin ziyanınadı
Hətta gözəl günlər də ömründən çıxılır,
onda ya susursan,
ya da ustadın kitabındakı sözləri xatırlayırsan:
“Kökünüz kəsilsin, ikiayaqlılar”.


***
İnsan qəfil qocalsaydı,
bəlkə də, həyatın qədrini daha yaxşı bilərdi.
Ömürsə şəkildəki kimidi –
tərpənmir – köhnəlir sakitcə.


***
…daha öz həyatımla özümü yormuşam.
Nə pisdi oyun olduğunun bilə-bilə oynmaq.
Nə deyim,  – onsuz da, doğrusun O bilir.
Mənsə bildiklərimlə həyata yalan qatmaq istəmirəm – susuram.


***
Həyatı “həya at” sözüylə səhv saldız:
Soyunduz – soğantək soyulduz,
ancaq vicdanınız göynəmədi.
İsmətsiz qadınlar rahathulqumdu:
Yeyilir – doydurmur kişini.
Nə də ki, doldurmur kiminsə yerini.


***
Ürəksə qoy olsun doktorun –
Mənimki bir qırıq könüldü.
Sevdalı, daha çox hislərə nabələd.


***
Tanrı bilir – bir insan bəs edir bir insan.
Odur ki, qolumuz, qoynumuz bir yerlik.
Bax indi, Moskva, siqaret yandırım
Acısı canıma –
Tüstüsü də sənə, üzərlik.

/facebook.com/feridhuseyn/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.