Yazıçılar Birliyi: “Seyid Əzim Şirvaninin nəvələrinə yardım etməyə hazırıq”
28.11.13
“Bizə bu barədə müraciət daxil olsa, təbii ki, əlimizdən gələn köməyi edərik”. Bunu açıqlamasında Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.
Qeyd edək, XIX əsr Azərbaycan maarifçi şairi Seyid Əzim Şirvaninin Daşkənddə açınacaqlı şəraitdə yaşayan nəvələri vətənə qayıtmaq üçün ölkə prezidentindən yardım istəyib. Seyid Əzim Şirvani faktorunu nəzərə alaraq bu istiqamətdə hər hansı köməyin edilib-edilməyəcəyi, hakim dairələrlə əlaqənin qurulmasına yardım göstərilib-göstərilməyəcəyi ilə bağlı Yazıçılar Birliyinə müraciət etdik.
Birliyin mətbuat xidmətindən isə bu barədə quruma heç bir müraciətin olmadığını, olarsa yardım edəcəklərini vurğulayıb: "Bu barədə Yazıçılar Birliyinə heç bir müraciət daxil olmayıb. Əgər olarsa birlik əlindən gələni etməyə hazırdır." /modern.az/
|