"Qanun" nəşriyyatı iki yeni kitab çap edib
27.11.13
KREMLİN ARVADLARI - Larisa Vasilyeva
Rus yazıçısı L.Vasilyevanın «Kremlin arvadları» kitabı 1917-ci ilin oktyabrından 1991-ci ilin avqustuna kimi, əvvəlcə XKS – bolşevik, sonra da SSRİ – kommunist diktaturası rəhbərlərinin həyat yoldaşları-arvadlarına həsr olunmuşdur. Son dərəcə əhatəli və əsrin axırlarında SSRİ dağılana kimi arxivlərin xüsusi bölmələrində tamamilə və həmişəlik məxfi möhürü ilə saxlanılan partiya və dövlət təşkilatların rəsmi sənədlərindən, faktiki materiallardan lazımınca istifadə etmiş müəllif, qalın Kreml divarları əhatəsində baş vermiş qadın faciələrinin səbəbləri və səbəbkarları haqqında oxuculara ətraflı məlumat verir. İ.Stalinin həyat yoldaşı Nadejda Alliluyevanın intiharından sonra, Kreml rəhbərləri arvadlarının həbs edilib ölüm düşərgələrinə sürgünə göndərilmələrinin miqyasları günü-gündən genişlənərək, onun ölüm gününə kimi davam etmişdir. Üç hissə, 664 səhifə və 150-dən artıq personajdan ibarət kitabda bir nəfər də olsun bədii obraz yoxdur, bir dənə də müəllif uydurması təsvir olunmamışdır; hamısı Kreml rəhbərləri arvadlarının faciəli həyatlarının şərhidir. Məhz buna görə də müəllif, sovet-kommunist diktaturasının çoxsaylı cinayətlərinin bir qismi olan, Kremldə ancaq partiya və dövlət rəhbərlərinin arvadlarına qarşı həmin o diktaturanın güc strukturları tərəfindən törədilən cinayətləri ustalıqla sadalayaraq, oxucuları həm bu faciələrin, həm də diktator və diktator ətrafının qeyri-insani fəaliyyət haqqında daha da dərindən düşünməyə dəvət edir.
Лариса Васильева КРЕМЛЕВСКИЕ ЖЕНЫ Larisa Vasilyeva KREMLİN ARVADLARI Bakı, Qanun Nəşriyyatı, 2013, 664 səhifə.
Ruscadan tərcümə: Abdulhəlim Mikrağvi Nəşriyyat redaktoru: Anar Mahmudoğlu Qiyməti 11.60 AZN
MƏHƏBBƏT YUVASI - Ziqfrid Lents
Müharibədən sonrakı dövr alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Ziqfrid Lents (1926) yalnız dünya şöhrətli “Alman dili dərsi”, “Diyarşünaslıq muzeyi” və s. romanların müəllifi deyil, həm də “kiçik janr”ın böyük ustası kimi tanınır. Tədqiqatçılardan birinin “Yolu tez qət etməyi xoşlayan sprinter” adlandırdığı Lents öz hekayələrində müasir insanı düşündürən problemlərə toxunur, onların ictimai-siyasi, mənəvi-psixoloji problemlərinin köklərini araşdırır. Yazıçının qəhrəmanları əsasən “kiçik adam”lardır, ancaq onlarla yaşadıqları cəmiyyət, bu cəmiyyətdəki həyat tərzi, əxlaq normaları, sosial mühit arasında həmişə böyük təzadlar olur və Lentsin əksər hallarda istehza, bəzən də kövrək duyğularla qələmə aldığı hekayələrin süjetləri də məhz bu cür təzadlar üzərində qurulub...
SİEGFRİED LENZ EİN HAUS AUS LAUTER LİEBE ZİQFRİD LENTS MƏHƏBBƏT YUVASI Bakı, Qanun Nəşriyyatı, 2013. 100 səh., 1000 tiraj
Alman dilindən tərcümə: Vilayət Hacıyev Redaktor: Rövşən Hacıbəyli
Qiyməti 3.40 AZN
Avanqard.net
|