Mövlud Mövlud - Detektiv oxuyaqmı?
22.11.13

Mən detektivi ciddi ədəbiyyat saymıram. Deyə bilərsiniz ki, sən kimsən ki? Sən dünəndən sayma. O cür ədəbiyyatın milyonlarla oxucusu var. Yaxşı, mən yer üzünün ən çıxdaş adamıyam. Adam içinə çıxarılası deyiləm.

Neynək, canınız sağ olsun. Bəs Səfər Alışarlıya nə sözünüz? O ki Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 20-ci əsrin ən ciddi yazıçılarından biridir. Görün, bu barədə nə deyir: "Detektiv əyləncə axtaranlar və evdar qadınlar üçündür".

İradə Tuncay Məmməd Arazın evində böyüyüb. Gözünü açandan kitabların içində olub. Azərbaycanda ən çox oxuyan jurnalistlərdən biridir. O detektiv barədə qaynar.info saytında keçirilən sorğuya qısa və konkret cavab vermişdi: "Detektivi ciddi ədəbiyyat saymıram, əyləncədir".

Salam Sarvanı tanıyırsınızmı? Salam Sarvanı. 90-cı illər şeirimizin ən parlaq imzasını. Mən onun kitabını başdan-ayağa əzbər bilən onlarla adam tanıyıram. Yaxşı, tutaq ki, mən özüm oxucusu olmayan qələm adamıyam və detektiv yazıb məşhurlaşanlara paxıllıq edirəm. Salam ki hamıdan çox oxunub, hamıdan çox sevilib. İndi bir görün, Salam bəy nə deyir: "Detektiv daha çox əyləncə janrıdır. Çünki bu janr əsasən, tapmaca effekti üzərində qurulur. Onun kütləviliyi də elə bu tapmacalıqdadır. Tapmaca effekti ciddi bədii mətnlərdə də ola bilər. Amma detektivdəki tapmaca məişət səviyyəlidir. Cavabında dərin psixoloji, fəlsəfi, ruhani qatların açılmadığı tapmacadır.

Hərçənd yaxşı detektiv yazmaq üçün də istedad tələb olunur. Məsələn, bu janrın dünyadakı bəzi nümunələrində yazıçının detektiv təxəyyülü adamı heyran da edə bilər. Həm də həmin nümunələrdə qəhrəman emosiyası, xarakter cizgiləri olan şəxsiyyətdir, bizdəki detektivlərdə olduğu kimi, yalnız sosial rolda olan robot deyillər.
Amma bunu da deyim ki, mən indi ən istedadla yazılmış detektivi də oxuya bilmərəm. Ümumən, əhvalatçılıq üzərində qurulan, süjeti üzdə olan nəsr maraqlı gəlmir".

Siyahını uzada bilərəm, amma məncə, ehtiyac yoxdur. Bircə onu deyə bilərəm ki, görün biz nə günə qalmışıq ki, camaata detektiv ədəbiyyatın ciddi sözə dəxli olmadığını sübut etməyə çalışırıq. Azərbaycanın ən qiymətli qələm adamlarını belə xırda-xuruş işlərlə məşğul edirik. Adamlar isə anlamaq istəmirlər.

Anlamaq istəmirlər ki, detektiv də, seks də, din də, bir sözlə, bütün süjetlər, bütün təmayüllər əsl ədəbiyyata xidmət etməlidir. "Cinayət və Cəza"da detektiv, "Lolita"da seks, "Karamazov qardaşları"nda din ədəbiyyata xidmət edən kimi. Ədəbiyyatı bunların hansınınsa ayağına vermək üçün ədəbiyyatdan uzaq adam olmalısan. Mahiyyətinə varsaq, görərik ki, Markes siyasi roman dediyimiz "Patriarxın payızı"nda dediyi sözləri pornoqrafik roman dediyimiz "Melanxolik fahişələrimin xatirələri"ndə davam etdirir. Əsl ədəbiyyatın çəyirdəyi birdir. Qabığı başqa olsa da.  /teleqraf.com/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.