Orta əsrlər ədəbiyyat tariximizə dair bir neçə dəyərli mənbənin əlyazmasının surəti tapılıb
20.11.13
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu orta əsrlər ədəbiyyat tariximizə dair bir neçə dəyərli mənbənin əlyazmasının surətini əldə etmişdir.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, farsca divanının surəti İranın Məşhəd şəhərinin Astane-Qüdse-Rəzəvi Kitabxanasından əldə edilmiş Mürtəzaqulu Sultan Şamlu Səfəvi hökmdarı Şah Süleyman taxta çıxarkən (1666) qorçubaşı, sonralar Qum şəhərinin hakimi təyin edilmiş, təxminən 1693-cü ildə vəfat etmişdir. Şikəstə-nəstəliq xəttinin yaradıcısıdır. Mürtəzaqulu Sultan şeirdə böyük mütəfəkkir şairimiz Saib Təbrizinin davamçısı olmuş, onlar bir-birinin şeirlərinə nəzirələr yazmışlar. Saib “Səfinə” adlı cüngünə onun da şeirlərini daxil etmişdir. Divanın sonunda şairin ana dilli şeirləri də vardır.
Farsca divanı İstanbulun Topqapı Sarayı Muzeyindən əldə edilmiş XVII əsrin ikinci yarısı – XVIII əsrin birinci yarısında, Nadir şah Əfşarın hakimiyyəti dövründə yaşayıb-yaratmış Nəşə Təbrizi dövrünün görkəmli alim və sənətkarlarından, Saib Təbrizi ədəbi məktəbinin davamçılarından olmuşdur. Təxminən 1774-cü ildə vəfat etmişdir. O, Nadir şahın sifarişi ilə İraqın Nəcəf şəhərində Həzrət Əlinin qızıla tutulmuş məzar qübbəsinə Azərbaycan dilində bir maddeyi-tarix yazmışdır. Nəşə Təbrizi divanında da onun ana dilində şeirləri vardır.
Yeni əldə edilən materiallar içində ədəbiyyat tariximizə dair dəyərli bir mənbənin – əlyazması Tehran Universiteti Kitabxanasında saxlanan Əbdürrəzzaq Dünbülinin “Nigaristani-Dara” əsərinin surəti də vardır. İndiyədək əlyazması 327 vərəqdən ibarət bu əsərin kiçik bir hissəsi İranda nəşr edilmişdir.
|