Anardan Elçin Hüseynbəyliyə dəstək
19.11.13

Yazıçı Elçin Hüseynbəyli maraqlı bir təkliflə çıxış edib. Məlumatına gərə, yazıçı görkəmli ədib Yusif Vəzir Çəmənzəminli və repressiya qurbanları barədə iki təkliflə çıxış edib:

“Bir müddət önsə, daha dəqiqi “Ulduz” curnalının 2005-ci il mart sayında Yusif Vəzir Çəmənzəminli barədə məqalə yazmış və bir çoxları kimi mən də “Əli və Nino” romanının onun qələminə məxsus olduğunu söyləmişdim. “Əli və Nino: Azərbaycanın kimlik kartı” adlı yazıda bildirmişdim ki, bu əsər müəllifin “Studentlər” romanı, bəzi pyes və hekayələrilə səsləşir.

 Onu da demişdim ki, ermənilər və gürjülər bizim yerimizə olsaydı, özününküləri qoya-qoya, milləti və kimliyi bilinməyən yad bir müəllifi bu məşhur əsərə sırımazdılar. Sözüm bunda deyil, yəni bu barədə polemika açmaq fikrim yoxdur.

Mən Yusif Vəzirin “İki od arasında”, yaxud “Qan içində” əsəri barədə danışmaq istəyirəm. Əsəri bu yaxınlarda bir daha oxudum və bir azdan deyəcəklərimi də elə həmin oxu prosesində düşündüm. Bəri başdan onu da deyim ki, məqsədim bu əsəri də dərindən saf-çürük etmək deyil. Sadəcə bu, mənim sonradan deyəcəklərimə bir körpüdür.

Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanı “Qarabağnamələr”, xüsusən də Mirzə Camal Cavanşirin “Tarixi Qarabağ” əsəri əsasında yazılıb və tarixin bədiiləşdirilmiş güzgüsü rolunu oynayır.

1936-cı ildə yazılmış bu əsər bir növ proqram xarakteri daşıyır, rus və erməni məliklərinin Azərbaycanı necə parçaladığını açıb göstərir. Və bu işdə xanlıqlarımız arasında olan dartışma və çəkişmələrin də böyük rol oynadığını ürək ağrısı ilə qeyd edir. Bu qənaətlərin üstündən cəmi 50-55 il keçəndən sonra rus-erməni birləşmələri yenidən Azərbaycanı parçalamaq siyasəti aparır və istədiklərinə nail olur. Və yenə də özümüzünkülərin başısoyuqluğu və məsuliyyətsizliyi üzündən.

Yusif Vəzir Çəmənzəminli musavatçı və “pantürkist” damğası ilə sürgün olunsa da, heç şübhəsiz onun repressiyasının əsl səbəbi “İki od arasında” romanı, musvatçılıq və öz xalqının gələcəyilə bağlı məqalələridir. Yəni o, hansısa dövlətin cəsusu kimi yox, daha çox rusların və ermənilərin əleyhinə çıxdığı üçün sürgün edilib. Bu böyük ədib və mütəfəkkir milli qeyrətin və Vətən təəssübkeşiliyinin badına gedib. Əlbəttə, mənim məqsədim bütün bunları sübuta yetirmək deyil. Çünki görünən bağa bələdçi gərəkməz.

Yusif Vəzir təkcə romançı kimi yox, həm də gözəl hekayəçi kimi tanınır. Onun ədəbiyyat tariximizə və folkşünaslığımıza verdiyi tövhələr də göz qabağındadır. Bircə onu deyə bilərəm ki, Yusif Vəzirin “İki od arasında” əsəri onun canı və qanı ilə yazılıb və həyatı bahasına başa gəlib.

Keşməkeşli həyat keçirən, ağrılı-acılı günlər yaşayan, zaman-zaman Vətənindən didərgin düşən və bütün bu çarpışqmalarda yüksək təhsil alan Yusif Vəziri Qırmızı imperiya nökərləri Özbəkistanın əyalət şəhərlərindən birində tutub, Vətənə gətirib və sürgün ediblər. Çünki ona öz Vətənində yer yox idi.

Bütün bunları Yusif Vəzirin bioqrafıyasından öyrənmək mümkündür. Ona görə də dərinə getmək və yenidən Amerika kəşf eləmək fikrində deyiləm.

Sözümün canı nədir? Azərbaycanın ədəbiyyat tarixi və tarix ədəbiyyatı sahəsində böyük xidmətlər göstərmiş, bizlərə sənət nümunələri qoymuş, vətənpərvərlik örnəyi nümayiş etdirmiş Yusif Vəzir Çəmənzəminlinin nəşinin qalıqları hələ də vətənə gətirilməyib.

Onun sürgün edildiyi yer də (Nijni Novqorod) vəfat etdiyi kənddə (Suxobezvodnaya), dəfn olunduğu qəbristanlıq da (Betluqa çayının sahili) məlumdur. Təklifim: Yusif Vəzirin nəşinin qalıqları vətənə gətirilsin: əgər həmin qəbristanlıq və məzar durursa. Onun adı bir daha əbədiləşdirilsin, heykəlləşdirilsin. Bir daha ona görə deyirəm ki, Yusif Vəzirin əsərləri orta və ali məktəblərdə tədris olunur, adına küçə də var.

 Bu təklifin davamı olaraq repressiya qurbanlarına bir park yaratmağı da təklif edirəm. Azərbaycanın ədəbi-mədəni, ictimai, siyasi, elmi -hərbi həyatında mühüm rol oynamış, dəyər vermiş insanların da nəşinin qalıqları (məzarları məlumdursa) vətənə gətirlisin, həmin parkda dəfn olunsun və onlara abidə, yaxud abidə kompleksi ucaldılsın. (Repressiya olunmuş yazıçı və şairlərin barelyefi AYB-də var). Çünki ziyalı elitasının repressiyası soyqırımdan da betərdir.

Bildiyimə görə, ikinci təklifi bəndənizdən qabaq da səsləndirənlər olub. Mən onu bir daha aktuallaşdırmaq istəyir və bu məsələdə məni dəstəkləyəcək ziyalılarımıza və bu işi gerçəkləşdirəcək dövlətimizə arxayınam. Bizim repressiya qurbanlarına bir soydaşlıq və yurddaşlıq borcumuz var. 14.11.13 Bakı”.

Azərbaycan Yazıçılar Birliyinin katibi Anar Publika.Az-a açıqlama verərək, təklifləri dəstəklədiyini bildirib: “Y.V.Çəmənzəmənlinin nəşinin Bakıya gətirilməsi təklifinə və ümumiyyətlə represiya qurbanlarının, hansının qəbri məlumdursa, vətənə qaytarılmalarına tərəfdaram. Bu həm də Ulu Öndər Heydər Əliyevin vaxtilə Cavidin nəşinin Bakıya gətirilməsi yolunda gördüyü nəcib işin davamı olardı.

Represiya qurbanlarına həsr olunmuş bir parkın yaradılması, onların şərəfinə abidə qoyulması, o cümlədən Y.V.Çəmənzəmənlinin də Bakıda heykəlinin ucadılması yaxşı təklifdir.

Dəfələrlə qaldırdığım bir məsələni də yenidən gündəmə gətirmək istərdim; Bakıda xalqımızın başına gətirilmiş bütün müsibətləri əks etdirən ŞƏHİDLƏR MUZEYİ-nin yaradılması çox vacibdir”!

Tənqidçi Vaqif Səmədoğlu E.Hüseynbəylinin bu təkliflərini ikiəlli dəstəklədiyini bildirdi: «Yusif Vəzir Çəmənzəminli Azərbaycan ədəbiyyatının stunlarından biridir. Milli duyğusu olan bir şəxsiyyət, həm də yazıçıdır. Onun nəşinin qalıqlarının Azərbaycana gətirilməsi hadisə olardı. Nəinki Yusif Vəzir Çəmənzəminlinin nəşinin qalıqları Azərbaycana gətirilməlidir, ümumiyyətlə, repressiya qurbanları üçün memorial bir abidə yaradılmalıdır. Hələ Azərbaycanda o qurbanlar üçün memorial abidə ucaldılmayıb. /publika.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.