Xalq şairi Söhrab Tahirin barmaqlarını kəsiblər
12.11.13
“Ayağımdan əməliyyat olunmuşam. 3 aydır ki, evdən bayıra çıxa bilmirəm. Çeçələ barmağımın hər ikisini kəsiblər. Bir yandan qocalıq, bir yandan da şəkər”. Bunu açıqlamasında 87 yaşlı xalq şairi Söhrab Tahir bildirib.
Xalq şairi uzun müddətdir ki, evdən bayıra çıxa bilmədiyini deyib. Söhrab Tahir səhhətinin bu cür olmasında yaş amilini də səbəb gətirib. Hətta müsahibə almaq istəyimizi bildirərkən belə, əhvalının ona imkan verməyəcəyini qeyd edib: “O əhvalda deyiləm. Biz sizinlə əvvəl də bu barədə danışmışdıq. Amma bu saat hövsələsizəm. İnşallah, yaxın zamanlarda müsahibə məsələsini həll edərik”. /modern.az/
|