Alber Kamünün "Xoşbəxt ölüm"ü çap olundu
12.11.13
Məşhur fransız yazıçısı Alber Kamünün"Qanun" nəşriyyatı tərəfindən "Xoşbəxt ölüm" adlı yeni kitabpı çap edilib.
Müəllif bu əsərində insanın tədricən yadlaşmasının, özgələşməsinin fəlsəfi-psiхoloji meхanizmini açmağa çalışmışdı. Əsər bütün həyatı boyu xoşbəxtliyə can atan, ətrafındakıların onu “bədbəxt” adlandırmasına baxmayaraq öz səadətinin ardınca gedən və onu tapan, ona bəxş edilən ömür payını mənən azad, sərbəst yaşamağa çalışan bir insan taleyindən bəhs edir.
Kamü bu əsərində insanı daima izləyən vicdanın mühakiməsindən qaçılmaz olduğunu göstərmişdir.
Kitabın tərcüməçisi Vaqif Azəryar, nəşriyyat redaktoru isə Təhminə Bədəlovadır.
192 səhifəlik "Xoşbəxt ölüm" 1000 tirajla çap edilib. Qiyməti 5 AZN-dir
|