Cəlil Cavanşir "İtirilmiş əlyazma"sı haqqında

11.11.13

Bu dəfə öz yazarlarımızdan olan Cəlil Cavanşirin “İtirilmiş əlyazma” romanı haqqında olan düşüncələrimi yazmaq istəyirəm. Kitabı “28 Mall”da keçirilən kitab yarmarkasından aldıqdan sonra yoldaşımla mağazaları da gəzmək qərarına gəlmişdik. Kitabın arxasında etiket olduğundan mağazaya daxil olanda siqnalizasiya işə düşdü. Orada nəzarətçi kitabı əlinə alıb Azərbaycan yazarı dedi və kitabın etiketini çıxarmaq istədi, sonra da əlavə etdi ki, mağazanın satılmayan, əl dəyməyən “lazımsız” kitablarını gətirib burada bir manata satırlar. İnsanlarda bizim öz ədəbiyyatımıza olan mənfi münasibətin çox şahidi oluruq.  Məsələn götürək, “Qanun”un hər ay ən çox satılan kitablarının siyahısını.. Təsadüfən Azərbaycan ədəbiyyatı nümunələri o siyahıya daxil olur. Bəs bu nədəndi həqiqətənmi bizim ədəbiyyat incilərimiz maraqsızdı, yoxsa bizmi bunu qiymətləndirə bilmirik?! Onun üçün  Azərbaycan ədəbiyyatından oxuyub fikirlərimi sizlərlə bölüşəcəm.

İndi isə əsərin özü haqqında olan fikirlərimə keçmək istəyirəm. Əsər janrına görə tarxi romandır. Şirvanşahlar dövlətinin tarixi geniş və bədii şəkildə qələmə alınıb. Hadisələr  tarixi şəxsiyyətlərin- Şirvanşah İbrahim, Əmir  Teymur, Nadir şah, Hacı Çələbi xan, Qarabağlı Pənahəli, Yəhya Bakuvi, Nəimi, Nəsimi və başqa şəxsiyyətlərin ətrafında cərəyan edir . Romanının əsas süjet xətti dəri əlyazmadır – nəsildən-nəsilə keçən Şirvanşahların tarixi yazılan əlyazma… Romanda hadisələr iki xətlə inkişaf edir – birincisi, müəllifin öz həyatı, romanı yazmaq üçün yaşadığı çətinliklər, dəri əlyazmanın axtarıb tapılmaması, sonda da “itirilmiş əlyazma”nın yazılması. Digər hissə isə tarixi hadisələr, Şirvanşah İbrahimin Hüsnüaya aşiq olması, Azərbaycanın parçalanması və s. kimi tarixi hadisələr öz əksini tapır.

Əsərin baş qəhrəmanının uşaqlıqdan tarixə böyük həvəsi olur və babası Musadan öyrəndiklərini beyninə həkk edib gələcəkdə tarix yazmaq istəyir, lakin kitabın hazır olması üçün əlyazmanın vacib olduğunu düşünür. Əlyazma isə dayısındadır. Əsərin sonunda “itirilmiş əlyazma” tapılmasa da müəllif özü artıq babasının kitabını yazmış olur.

Diqqətimi çəkən bir neçə mövzu vardı. Onlara toxunmadan keçmək istəmirəm. Məsələn, müəllifin müəllimlərlə bağlı yazdıqları… Müəllimin necə hörmətli insan olması, maaşı çox olmasa da hər kəsin onların hörmətini saxlamaları diqqətimi çəkdi.

“Müəllimlərin çoxu nisyə ərzaq, pal-paltar ala bilir, müəllimlərin çoxu belə dolanırdı. Üç dörd ayın maaşını birdən alıb dükanlara olan borcumuzu qaytarırdıq. Çoxu kolxozçu olan kənd camaatının arasında ziyalının, müəllimin hörməti vardı.“

İndi ilə o vaxt arasında hazırda yerlə göy qədər uçurum var. O vaxtlar müəllimlərə həqiqətən də hörmət edilib, sayılıb sevilən olub. İndi belə olmamasının iki səbəbi var, məncə.

1) İndiki zamanda öz peşəsinin adını layiqincə daşıya bilməyən “müəllimlər”, həmkarlarına ləkə gətirənlər.

2) Öz işini şərəflə, vicdanla yerinə yetirə bilən müəllimlərin düzgün qiymətləndirə bilməmək.

Müəllif həm də ölkədə yazarlara qiymət verilməməsi məsələsinə toxunur.

“Çalışdığım redaksiyada aldığım azacıq maaş, məişət qayğıları  məni işdən uzun müddət soyutdu.”

“Həyatın qarmaqarışıqlığı içində biznesi, dövlət qulluğunu deyil, yazmağı seçmişdim. Hələliksə, yazdıqlarım mənə heç nə vəd etmirdi. Yüzlərlə yazarlardan biri idim.”

celil-cavansirBəlkə də, müəllif elə yazının əvvəlində qeyd etdiyim nüansları özü açıqlayıb, öz yazarlarımızın oxunmaması ölkədə yazarlara qiymət verməmək, insanların onları qeyri-ciddi hesab etdikləri üçündür. Kimsə soruşanda hansı kitabı oxuya bilərəm bir öz, digəri xarici yazar deyirəm. Cavabında çox sağ ol mən öz yazarlarımızdan oxumuram yaxşı budur ki, mən filan xarici yazarı alım.

Nadirin şahın ölümündən sonra Azərbaycanın birləşdirilməsi yerinə əksinə parçalanması acı şəkildə ifadə olunub.

“Biz də qocalırıq, Hacı Çələbi xan! Cavanlıqda Azərbaycanı birləşdirmək, vətəni birləşdirmək haqqında düşünərdik. Amma indi? Hərəmiz öz torpağımızda bir şah olmuşuq. Görəsən bütün bunlar nəyə lazım idi?” Cəlil Cavanşir ermənilərdən onların, gələcəkdə hakiyyətdə iddia tələb etmələrindən yazıb, bu günki ən aktual mövzuya da toxunub. “ Erməniləri Qarabağdan qovmağı məsləhət bilirəm. Ermənilər gələcəkdə Şuşaya sahiblənmək, Qarabağı ələ keçirmək istəmələrindən çox qorxuram. Erməni hiyləsi və erməni məkri çox təhlükəlidir.” Erməniləri heç bir gücü olmayan, təhlükə kimi görmürdülər, lakin kimdən ziyan gəlməz deyirsən onlardan ən böyük zərbəni alırıq. Əsərin dili sadə idi, tarixi əsərlər çox oxumasam da məni yormadı, anlaşıqlıdır. Məni yoran tək şey eyni abzasda eyni cümlələrin işlədilməsi oldu, bu bəlkə də cümlələrin təsir gücünü artırmaq üçün yazılsa da təkrarçılıq xoşuma gəlmədi. Hətta bir cümlə var ki, (səh 105) cümlə eyni sözlə bitir, digəri də həmin sonluğun təkrarı ilə başlayır. Əsəri “Qanun” nəşriyyatı çap edib.

/Jalə Səmədova, kitabadasi.wordpress.com/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.