Aqşin Yenisey: “Şair öz dərdini cəmiyyətə sırımamalıdır...” - MÜSAHİBƏ

11.11.13

– Yarıciddi-yarızarafat deyim, Aqşin, nə çox müsahibələr verirsən?

– Qabriel Qarsiya Markes Rusiyada qonaq olanda demişdi ki, müsahibə verməkdən bezmişəm, çünki tükənməkdən qorxuram. Əslində, yazar susanda daha yaxşı yazır. Evdə də, tədbirlərdə də susmağın tərəfdarıyam, danışmaq istəmirəm. Amma bu gün Azərbaycanda az qala hamı danışır. Böyük bir xor kollektivi var. Yaza bilən adamlarsa azdır. Yaza bilənlərin çoxu da ya susan, ya da səsi eşidilməyən yazarlardırr. Kağızla üzbəüz qalan az yazar var. O başqa məsələ ki, özünü şairliyə vurmuşlar, tərcüməçiliyə vurmuşlar, müğənniliyə vurmuşlar isə bütün günü dil boğaza qoymurlar. Düzü, əksərən müsahibə verməkdən boyun qaçırmaq istəyirəm. Ancaq bədbəxtçiliyim orasındadır ki, mənimlə ədəbiyyat söhbəti etmək istəyənlərin çoxu dostlarımdır, onlara “yox” deyə bilmirəm. Yoxsa məndən olsa lal-dinməz oturaram evdə, kitabımı oxuyub yazılarımı yazaram. 

Bir də onu deyim ki, biz danışmayanda cəmiyyət narahat olur, düşünürlər ki, buna nə olub? Hətta evdə danışmayanda evdəkilər narahat olur ki, bu niyə susub? Susanda elə bilirlər, nəsə dərdin var bunlara demirsən, halbuki daha çox kitablarla danışmaq istəyirəm. Danışa biləcəyim adamların çoxu dünyada yoxdur, ancaq kitabları var. Kitabı kitab oxumaq xatirinə oxumuram. Çexovun kitabını oxuyanda elə bilirəm ki, Çexovla söhbət edirəm. Yaxud Tolstoyun hekayəsini oxuyanda elə bilirəm ki, onunla şəxsən danışıram. Bu mənada danışmağa adamlar çoxdur. 

– Əgər danışacağın adamların çoxu dünyadan köçübsə, onda belə çıxır ki, cəmiyyətə deyəcəyin sözün azdır, hə?

– Elə bilməyək ki, hər şeyin ən doğrusunu biz bilirik və hər sözü cəmiyyətə demək olar. Bizim üst mərtəbədəki qonşunun direl səsindən xoşu gəlir, o imkanı ona tanımaq lazımdır, mənim kitabla ünsiyyəti sevdiyim kimi, onun da dəmir-dümür səsindən xoşu gəlir. Kimə nə xoşdursa, bir-birinə mane olmamaq şərti ilə, maksimum rahatlıq təmin edilməlidir. Biz yazarlar isə, ümumiyyətlə, yazı yazanda və danışanda üzümüzü insanlara yox, Allaha tutmalıyıq. Üzümüzü insana tutub yazdığımız mətn bizim eqoistliyimizdən xəbər verir. Yaradıcı adam üzünü Allaha tutub yazmalıdır, ciddi mətnlər belə yaranır. Axmaqlar isə həmişə olub, cəmiyyətin heç nədən qorxusu yoxdur, çünki ibtidai icma quruluşundan bəri cəmiyyət gör nə qədər dövr və hakimiyyət dəyişib. Mənimçün maraqlıdır ki, Qobustan qayalarında niyə görə o qədər adamın içində biri gedib şəkil cızırdı qayalara? Bütün o mərasimlərdən uzaqlaşıb daşla ünsiyyətə can atırdı? Necə oldu ki, ailədə 15 uşaq oldu, onlardan biri şair oldu? Yaxud Qobustan qayalarında biri heyvana ox atmadı, ancaq ox atmağını qayaya cızdı? Bu sirlər maraqlıdır mənə. Məni ibtidai yaradıcılıq hissi və fantaziyası düşündürür. Cəmiyyət həmişə bir-birinin ətini yeyib, həmişə də belə olacaq. İnsan ətyeyəndir. Çənə quruluşu da insanın yırtıcılara bənzəyir. Təbiət də baş verən hadisələrlə, cəmiyyətdə baş verən hadisələr adekvatdır: güclü zəifi yeyir. İndi insan Marsda həyat axtarır ki, orda şərait yaxşı olsa köçüb ora gedək, ora getsək orda da belə olacağıq, bir-birimizin malına göz tikəcəyik, yaltaqlanacağıq, pul qazanmaqdan ötrü min hoqqadan çıxacağıq və s. Bu gün Azərbaycanda gənc yazarların günü heç Qobustan qayalarında şəkil cızan adamın günü qədər də deyil. Azərbaycan cəmiyyətinə istedad lazım deyil, istedadlı adam görəndə tez onu məhv etməyin yollarını axtarırlar. Düşünürlər ki, bu istedadı tez-bazar məhv edib toyumuza gedək, maşın almağa yollanaq, arvad alaq, arvad boşayaq, ev sataq və s. Buna görə də mən üzümü cəmiyyətə tutub yazmağın tərəfdarı deyiləm, çünki kütlə istedada arxasını çevirib.

– Deyirsən ki, üzünü Allaha tutub yazmaq lazımdır. Ancaq şeirlərində “nənəm Allahdan üç yaş böyükdür”, yaxud əcəli Tanrının qatilliyi kimi əks etdirirsən. Bu necə olur bəs?

– Hərdən öz şeirlərimi oxuyuram, görürəm ki, ciddi yazarların arasında ən çox “Allah” sözündən istifadə edən mənəm. Amma qaldı ki, Allahla bağlı şeirlərimdəki sərt məqamlara, deyim, söyməyə cəsarət etdiyim Allah kütlənin Allahıdır, mənim deyil. Bu gün insanlar özləri də bilmədən yanlış Allaha ibadət edirlər, o Allaha görə müharibə edirlər, bir-birini öldürürlər, cürbəcür təriqətlərə bölünüblər, onlarla missioner təşkilatlar yaradıblar. Öz Allahımla heç bir problemim yoxdur, münasibətlərimizsə çox səmimidir və mən hətta bunu hiss edirəm. Heç vaxt öz Allahım haqqında bircə tənqidi fikir də yazmamışam. Mənim Allahım mənə diktə edir ki, sən varsan, səni və dünyanı mən yaratmışam, bu boyda kainatın yiyəsiyəm. Mən yerdəki Allahı tənqid edirəm, o Allah ki, Türkiyədə bir cür düşünür və ya düşündürür, İranda bir cür düşünür və düşündürür və s. Hər gün yuxudan qalxanda pəncərəyə yaxınlaşıb, üzümü gözəgörünməzə tutub deyirəm: “Sənə təşəkkür edirəm”. Mən dünyanın ədalətlə idarə edən, saf və təmiz Allaha inanıram. Qondarma Allaha inanmıram, o Allaha ki, ona görə baş kəsib, cənnətə düşəcəklərinə inanırlar. İnanca görə insan insanı öldürər? Məni yaradan, anamın bətninə yerləşdirən Allahı çox sevirəm, niyyətlərə görə adamlara sərf edən Allahı yox. 

– Şeirlərində Tanrını necə hiss edirsən?

– Elə şeirlər olub ki, mən o şeirlər haqqında düşünməmişəm, ancaq qəfil o şeirin şəklini təsəvvürümdə görmüşəm, qalxıb o şeiri bir nəfəsə kağıza köçürmüşəm. Bəs bu sözləri necə yazdım, hardan yarandı bu fikirlər? Şəxsən bunlar mənə aydın deyil, belə məsələləri ancaq Allah bilər. Gözümlə gördüyüm şeir Allahla ünsiyyətdən yaranıb. Elə olub ki, gecə saat beşdə şeir yazmışam. Evdə də deyiblər ki, yat, işığı da söndür. Qəribədir, şeirin şəkilini görürəm, rəssamlıqla, şairliyi qarışdırmışam biri-birinə, zibil olsun mən görən işin içinə (gülürük).

– Şeirlərinin içində ən çox sevdiyim “Vidalaşma”dır. Doğurdan da, başdan-sona iztirabdan doğan şeirdir. Mənə bir həmkar və oxucu kimi maraqlıdır o şeirin yazılma prosesi.

– “Vidalaşma” şeirini mən ilk qurduğum ailə həyatı dağılanda yazmışam. O vaxtlar nə ailəm, nə dostlarım, nə də məni istəyən insanlar yanımda idi. Deyim ki, gecədən səhər açılan qədər yazmışam o şeiri. Həmişə tək yaşamışam deyə həmişə özümü qorumağa çalışmışam, artıq bu inistiktdə çevrilib. Heyvanlara xas yalquzaqlıq hissi mən də həmişə olub. Bir də görürsən hanısa məclisdə dostlarla problem yaranır, onlar düşünür ki, bir də sənə zəng vurmayacağıq, məni təkliklə hədələyənlər, qorxudanlar yanlış düşünürlər. Mən tək qalmağın öhdəsindən gələ bilən adamam. “Vidalaşma” şeirini yazanda da tək qalmışdım, bircə Allah var idi qəlbimdə. Heç kəs maraqlanmır, maraqlananlar da istəyirdi ki, mən o təkliyin əzabın elə tək çəkim. Mən də bu əzabı çəkdim. “Vidalaşma” şeiri də təkliyin əzabından yaranıb. Məni yada salan adam yox idi. Əgər bəstəkar olsaydım, o şeiri simfoniya kimi yazardım. Proses yadımdadır: Ailə dağılıb, səni axtaran yox, sənlə heç kəs maraqlanmır, sən də bir qədər peşmansan, bəlkə də peşman deyilsən – bax bu duyğular həmin şeiri mənə yazdırıb. İlk dəfə idi ki, ailənin dağılmasını görürdüm və çanağın öz başımda çatlamağının şahidi olurdum. Mənə görə ailə qurulur, ailə dağılmır, əgər dağılırsa, deməli, ailə deyil və heç vaxt da olmayıb, hansısa münasibətlərdir adını da ailə qoyublar. Əslində, iki insan bir evdə yaşamamalıdır, cəmiyyət ailədən imtina edib: qəbilə, ailə və təklik. Bu ilahi bir informasiyadır, sivilizasiya tarixinin xronikasıdır. Mən qohumlarımın ailələrinə getmirəm, nə ad gününə, nə də başqa günlərə. Niyə? Çünki uşaq səsindən beyin tutulur. Adam bezir. Bəşəriyyətin inkişaf xronologiyası təkliyə doğru gedir: Qəbilədən çıxdın, ailə qurdun, lap yaxşı, indi hara gedirsən – təkliyə. Dünyada şüuraltı olaraq hamı tək qalmaq istəyir. Heç kəs ikinci insanla həyatını bölüşmək istəmir. Tənhalıq bəşəriyyətin həqiqətdir. Yazarkən təkliyi sevirəm, yazan adam təkliyə vurğun olmalıdır. Tənhalığı bizim şairlər gözdən salıblar. Allah da tənhadır. İnsan hələlik tənhalıqdan ağır duyğu kəşf etməyib.

– Aqşin, hərdən mənə elə gəlir ki, bizim iztirablarımızdan ədəbiyyat qazanır. Yəni, yazar böyük mənada iztirab çəkmədən dərin əsərlər yaza bilməz. Dərdə tamaşaçı gözü ilə baxıb yazmaqla iş aşmır, məncə.

– Kəndirbaz ip üstündə yeriyir, yerə yıxılsa öləcək, ancaq insanlar ona baxıb əylənirlər. Eləcə də orta əsrlərdə döyüşçüləri döyüşdürüb yüksək təbəqənin nümayəndələri zövq alırdılar. Ancaq ədəbiyyat adamlarının əzablarından zövq almaq düzgün deyil, çünki rəssamın, şairin ağrısı hamının ağrısıdır. Məsələn, ağrılı misra yazanda düşünürəm ki, bu fikirləri kimsə oxusun və ağrısını unutsun, düşünsün ki, bu dünyada tək deyiləm, məndən başqa da biri var, özü də mənimlə həmdərddir. Çünki insan öz oxşarını axtarır həmişə, tapanda sevinir. “İki bədbəxt bir yerdə xoşbəxtdir” fikri həqiqətdir. Özü də insan öz oxşarını uzaqda tapanda qoruyur, yaxında görəndəsə məhv etmək istəyir. Şair deyəndə o adamı düşünürəm ki, o şeirin yazmaqla yanaşı oxucusunun da dərdini çəksin. Bizim şairlərin çoxu kefindən yazır. Ona görə də şeirlərinin əksəri adamın bircə tükünü də tərpətmir. Dostoyevski deyirdi ki, “Dünyada baş verən hər bir şeyin mənə dəxli var”. Yaradıcı adam bu düşüncədə olmalıdır. Yoxsa vərəqdə heyvərələnməyə nə var. Dünya qopur, ancaq bizim şairlər lal qalırlar. Dünyaya, ölkəsinə, insanlara biganə olan adam yaxşı mətn yaza bilməz. Şair əzab hissini sözə çevirməlidir, Nazim Hikmət dünyanın dərdini ürəyinin dilindən verə bilirdi deyə nəhəng şair idi. Şair öz dərdini cəmiyyətə sırımamalıdır, cəmiyyətin dərdini öz dərdi kimi görməlidir. Əzab çəkmədən, iztirab hissinə yad olub yaxşı əsər yazmaq olmaz. Xüsusən, şair üçün dərd vacib məqamdır, ancaq dərdi də gərək gözdən salmayasan. /kaspi.az, Fərid Hüseyn/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.