Aşıq Ələsgərin şeirləri Təbrizdə ərəb qrafikası ilə nəşr olunub
08.11.13
Təbrizdə “Aşıq Ələsgərin şeirləri” kitabı ərəb qrafikası ilə nəşr olunmuşdur. Tədqiqatçı Məhəmməd İbadi Qaraxanlı tərəfindən çapa hazırlanmış kitabda ustad aşığın şeirlərindən seçmələr toplanmışdır.
“Axtər” nəşriyyatı tərəfindən çap edilmiş 302 səhifəlik nəfis tərtibatlı kitab min nüsxə tirajla buraxılmışdır. /AzərTAc/
|