Seymur Baycanın yeni kitabı çap olunub
08.11.13
Yazıçı Seymur Baycanın yeni kitabı çap olunub.
Kitabda keçən ilin noyabr ayından bəri yazdığı iki kiçik roman (povest) və yeddi hekayə toplanıb. Kitab "Ana ürəyi” adlanır. Kitabın adını götürdüyü "Ana ürəyi” povesti iki gəncin uğursuz məhəbbətindən, puça çıxmış arzulardan, xəyallardan bəhs edir.
S.Baycan bildirir ki, kitabda kiçik də olsa müharibə motivləri də var.
Qeyd edək ki, kitab "Alatoran yayınları" seriyasından çap olunub.
Xatırladaq ki, "Ana ürəyi” kitabını şəhərin kitab mağazalarından əldə etmək olar. /kult.az/
|