"Dünya ədəbiyyatı" seriyasından 5 yeni kitab
06.11.13
“Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından buraxılan kitabların sayı 84-ə çatdı.
1. Jorj Simenon, Seçilmiş əsərləri
Məşhur belçikalı yazarın bu kitabının içindəkilər: "Striptiz", "Başın qiyməti", "Meqrenin qəlyanı" romanları və hekayələr.
2. Moris Meterlink, Seçilmiş əsərləri
Bu kitabda 1911-ci ilin Nobel mükafatçısının "Arıların həyatı" romanını, "Göy quş", "Çağrılmamış qonaq", "Müqəddəs Antoninin möcüzəsi" və başqa pyeslərini oxumaq olar.
Qeyd edək ki, Azərbaycanda bəziləri Cəlil Məmmədquluzadənin "Ölülər" pyesini Meterlinkin "Müqəddəs Antoninin möcüzəsi" pyesininin plagiatı adlandırır. Oxuyub özünüz qərar verə bilərsiz.
3. Mixail Şoloxov, Seçilmiş əsərləri
Kitaba rus yazıçının "Yol-iz", "İnsanın taleyi" povestləri, "Don hekayələri" daxil edilib.
4. İvan Bunin, Seçilmiş əsərləri
Kitabda mühacir rus yazıçısının "San-Fransiskolu cənab", "Qurudərə", "Kənd" povestləri və onlarla hekayəsi toplanıb.
5. Redyard Kiplinq, Seçilmiş əsərləri
Kitaba ingilis yazıçının Hindistan hekayələri və balaca nağılları daxildir. /oxuzali.az/
|