“Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları” kitabı çap olunib
06.11.13
“Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları” kitabının I cildi çapdan çıxıb.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Azadə Musabəylinin “Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları” kitabının I cildi “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
Yeni nəşrdə Azərbaycan əlyazma kitablarının yaranma-yayılma arealı, tarixi təkamülü, spesifikası, elmi təsnifatı, ədəbiyyatımızın başlıca qaynağı olması ilə bağlı araşdırmalar aparılmış, Türkiyə, Misir və İraqda yaranan Azərbaycan, ölkəmizdə yaranan Türkiyə ədəbiyyatının nadir əlyazma qaynaqları ilk dəfə kompleks şəkildə tekstoloji-filoloji baxımdan müqayisəli tədqiq edilmişdir.
Kitabın elmi redaktoru, professor Möhsün Nağısoyludur.
Avanqard.net
|