Cəlil Cavanşir yeni kitabını çap etməyə hazırlaşır
05.11.13
Yazıçı Cəlil Cavanşir yeni əsərini bitirmək üzrə olduğunu deyib.
Əsərə “Afroditanın göz yaşları” adını verdiyini deyən yazar bu adın şərti olduğunu, roman bitənə yaxın adın dəyişə biləcəyini də qeyd edib. Roman intihar etmiş gənc şair, onun ölümü ilə bağlı araşdırma aparan psixoloq və şairin sonuncu sevgilisi Afroditadan bəhs edir”. Yazar kitabın hansı nəşriyyatda və nə qədər tirajla çıxması haqqında hələ konkret bir qərara gəlmədiyini deyib: “Bu barədə hələ dəqiq qərar verməmişəm. Bir neçə təklif var, onları dəyərləndirməyə çalışıram”. Xatırladaq ki, bu günlərdə Cəlil Cavanşirin “Dinlər, təriqətlər, peyğəmbərlər” kitabı “Hədəf” Nəşrlər Evində çapdan çıxıb. /axar.az/
|