Varis: “Qaraqaplan məni əsəbləşdirir”
01.11.13

“Ədəbiyyatla bir balaca məşğul olan insan ədəbiyyatı dərk eləməlidir, bilməlidir ki, ədəbiyyatşünaslıq nədir. İndiki yazarlar özlərindən başqa heç kimi oxumur. Başqalarını, Elxan Elatlını, Qaraqanı, Çingiz Abdullayevi oxumadan bunlar zəifdir, yaza bilmir demək gülməlidir. Ən böyük yazıçı birinci növbədə ən böyük oxucu olmalıdır. Yazıçı ki, başqalarını oxumursa, ədəbiyyatşünaslığın nəzəriyyəsini bilmirsə, ondan heç vaxt güclü yazıçı ola bilməz. O, ən azından özünü camaata güldürər” – bu sözləri açıqlamasında Space televiziyasının “Üz-üzə” verilişində “Azərbaycan yazıçıları niyə oxunmur” polemikasında Şərif Ağayarın “Varis Azərbaycan dilində cümlə yaza bilmir” fikrinə münasibət bildirərkən yazıçı Varis Yolçuyev deyib.
 
Verilişin aparıcısı Azadə Balayevadan narazılıq edən V. Yolçuyev ədəbiyyat haqda veriliş hazırlayan insanların ancaq bir cəbhənin adamlarını dəvət etməsini qəbuledilməz hal sayır: “Nigar Köçərli ədəbiyyat adamı deyil, o biznesmendir. Nigar xanım deyir bu yazıçıların kitablar satılmır, bu yazıçıların kitabları satılır. Bir cəbhədən olan insanlar arqument irəli sürürlər ki, onlar nə yazır axı? Bu düzgün deyil də. Elə verilişlərdə ədəbiyyatşünas, tənqidçi olmalıdır. Ən azından başa salmalıdır ki, ay insanlar, gülünc sözlər danışırsınız. Ədəbiyyat budur, detektiv də ədəbiyyatın növləri sırasındadır.
 
Çingiz Abdullayev, Elxan Elatlı detektiv yazır, bestseller yazır, bu ədəbiyyat deyil, onların da oxucusu səviyyəsizdir demək gülüncdür. Ümumiyyətlə, oxuculara səviyyəsiz deyən öz səviyyəsini göstərir. Yəni, bu ağlasığmaz söhbətdir. Mən Şərifi də, Aqşinə də oxumuşam, yaradıcılıqlarına da hörmət edirəm, ancaq o söhbətlərindən sonra onların əsərlərinin səmimi olmağına şübhə etməyə başlamışam. Qoy gedib birinci ədəbiyyat nəzəriyyəsi oxusunlar. Oxusunlar ki, ədəbiyyat nədir, detektiv nədir, bestseller nədir, janrlar nədir gedib bunları öyrənsinlər. Hələ orda biri var idi, Əsəd Qaraqaplan, mən ən çox ona əsəbiləşdim. Aqşinlə Şərif doğurdan da yazardır, mən onları qəbul edirəm. O, Şərif və Aqşinin yanında xeyli aşağıdadır”.
 
Ədəbiyyatı şou-biznesə çevirməyin qəti əleyhdarı olan yazıçı bu gün bütün dünyada hadisə ədəbiyyatının fikir ədəbiyyatı üstələdiyi qənaətindədir: “Dünyada da belədir, heç vaxt fikir ədəbiyyatı hadisə ədəbiyyatından çox satılmır. Bu normal bir şeydir. Siz də əgər pul qazanmaq istəyirsinizsə  sintez edin. Yazdığınız fəlsəfi fikirlər oxuculara çatmırsa, bestseller janrından nəsə götürüb qoyun öz əsərinizə. Bu gün nəsr norma tanımır, nəsrin çərçivəsi yoxdur. Bu gün sadəcə oxucuya yol tapmaq lazımdır. Bu gün sən normal yazıb oxuculara yol tapa bilmirsənsə çalış öz üzərində işlə. Mənim iki kitabım Türkiyədə çap olunub və Türkiyənin 550 nöqtəsində satışa çıxarılıb. Yüksək səviyyəli iş ortaya qoyuruqsa, deməli bizdə alınır. Buna qara yaxmaq düzgün deyil”. /kulis.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.