Muxtar Kazımoğlunun «Portretlər»i çap edilib
01.11.13
Filologiya üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanovun (Kazımoğlu) «Portretlər» kitabı işıq üzü görüb.
Kitab iki bölmədən ibarətdir. «Yazıçılar» adlanan I bölmədə «Zövqü səfa şairin tənhalığı», «Hüseyn Cavid və mifoloji düşüncə», «C.Məmmədquluzadə və xalq gülüş mədəniyyəti», «Ədəbiyyatşünaslar» adlanan II bölmədə isə «Dünənin, bu günün və sabahın ədəbiyyatşünası», «Elmi düşüncədə və ictimai fəaliyyətdə genişlik», «Cavabdehlik», «Kərkük sevdası», «Mətnlərdən ciddi mətləblərə doğru» kimi elmi məqalələr yer alıb. Bildirək ki, Muxtar Kazımoğlu eləcə də «Müasir Azərbaycan nəsrində psixologizm» (1991), «Gülüşün arxaik kökləri» (2005), «Xalq gülüşünün poetikası» (2006), «Folklorda obrazın ikiləşməsi» (2011), «Epos, nəsr, problemlər» (2011) adlı elmi kitabların müəllifidir. /modern.az/
|