Oljas Süleymenov - "İpək yolu və türklər"
01.11.13

İpək yolu minilliklər boyu dünyanın Şərq və Qərb (Çin və Roma imperiyaları) kimi iki uzaq qütbünü birləşdirən ən qədim və ən uzun müddətli mədəni-ticarət yolu olub. İpək, saxsı və digər ekzotik mallarla dolu dəvə karvanları heç də həmişə dinc əhalinin məskunlaşmadığı torpaqlardan keçmirdi. Və təbii ki, tacirlər onları müşayiət etmək üçün muzdlu silahlı dəstələrlə yola çıxmalı olurdular. Hesab eləyirəm ki, həmin dəstələr türk xaqanlıqlarından seçilirdi. Hansı ki, onların hücumlarından qorunmaq üçün bütün dünya birləşib bu gün Böyük Çin səddi adıyla məşhur olan nəhəng müdafiə sipəri qurmuşdu. Bizim eranın I minilliyinin əvvəllərində türk-monqollar üzəngini ixtira edib ən mobil qoşun növü - süvari dəstələr yaratmışdılar. Ağır silahların əvəzinə yüngül qılınclar meydana gəldi. Üzənginin ixtirası geyim formasını da dəyişdi. Uzun ətəkli paltarlar şalvarlarla əvəzləndi. Üzənginin ayağa sürtülməməsi üçün uzunboğazlar, ayağın üzəngiyə yaxşı pərçimlənməsi üçün isə dikdabanlar yarandı.

At köçəri xalqlar üçün hər şey demək idi. At həm də uzun məsafələri qısa zamanda dəf etmək, ərzaq ehtiyatı, ordunu müşayiət etmək üçün bir vasitə idi. Ərzaq daşınanda ləngliyə yol vermək olmazdı. Bütün gücüylə irəli atılan qoşunlarla nə mal-qara, nə də qoyun sürüsu ayaqlaşa bilərdi. İndi orduyla yanaşı, at ilxısı da gedirdi ki, onların bir vəzifəsi də fasilə zamanı döyüşçülərin qarnını doyurmaq idi. Beləliklə də köçəri xalqlar at ətiylə həm də qidalanmağa başladılar. Atın nadir hallarda rast gəlindiyi ərazilərdə onun ətindən yeməklərdə məhdud hallarda istifadə olunurdu. Çünki oraların insanları at əti yeməyə öyrəşməmişdilər.

Beləliklə, həmin bu türk dəstələri ipək aparan karvanı müşayiət edirdi. O vaxt onları serik (müşayiətçi) adlandırırdılar. Onlar karvanları Romaya qədər gətirib çıxarırdılar. Ola bilsin, bu  qeyri-adi mal məhz bu səbəbdən də onları Romaya gətirən bu vahiməli dəstələrin adını - serik adını aldı.

Fikrimcə, etimoloqlar latıncada olan serica (ipək parça, yaxud don), sericus (ipək) sözlərinin mənşəyini axtararkən bu mülahizəni də nəzərdən qaçırmamalıdırlar. Bu təyinin bir başqa mənası serikus (Çin malı) deməkdir. Çünki romalılar bu malı çinlilərdən alırdılar və onu serik, serikum adlandırırdılar.

Müşayiətçi dəstələrin tərkibində çox güman ki, ən təcrübəli, ən bacarıqlı döyüşçülər olurdu. Necə deyərlər, o vaxtın xüsusi təyinatlıları.

Türkoloqlar serik (müşayiətçi, döyüş yoldaşı), seri (pəhləvan, döyüşçü) kimi qazax sözlərinin genezisini aydınlaşdırmaq üçün xeyli iş görməlidirlər. Onlar cerik, ceri (ordu) burdan da əmələ gələn eniceri (yeniçərlər, hərfi mənada yeni ordu) kimi türk sözləriylə əlaqəlidirmi? Mən bu mövzunu burda geniş işıqlandırmayacağam.

... Ən sanballı etimoloji lüğətlərdə müəyyən Avropa ölkələrində ipəyə verilən adların geneologiyası çoxdan müəyyənləşdirilib. Bu mülahizəyə görə, Avropa ipəyinin bütün yolları Romadan başlanır. Belə məlum olur ki, ingiliscənin silk-indən (ipək) tutmuş ruscanın şyolk-una qədər bütün “kartavitli” variantlar latıncanın serik sözündən törənib. Amma bəs onda italyancanın seda, ispancanın sede, yaxud qədim almancanın sidi sözləriylə nə edək? Görünür, Avropa bazarlarının heç də hamısı bu malı Romadan almayıb. Yəni tay-tay ipəklər bəzi bazarlara başqa yollarla daşınıb gətirilib.

Qısaca da olsa, öz etimologiyamı ərz edim. Bunu gərək məntiqi sxemlə gerçəkləşdirək. İpəyi ilk dəfə Çində kəşf edib istehsalına başlayıblar. Deməli, ipək adını da orda alıb. Sonra onu dəvələrdə atlı dəstələrin müşayiətilə yadelli ölkələrin arasından keçərək, aparıblar. Dəllallarla və alıcılarla görüşüb sövdələşmə zamanı bu mal hansı adla təqdim olunub- həm dəllallar, həm də alıcılar tərəfindən? Doğrudanmı, alıcılar ona yeni bir ad düzüb qoşmuşdular? Axı, bu parçanın hardasa yaddaşda əminliklə deyə bilərik ki, mütləq tacirlərin istinad etdikləri əsl adı da olmalıydı. Bizlər axı, süfrəmizə gələn ekzotik meyvə və tərəvəzlər üçün əlüstü bir ad fikirləşmirik, adətən bu məhsullarla birlikdə gələn öz orijinal adlarından istifadə edirik. Kokos, banan, kakao, ananas və s.kimi. İpəyin də aqibəti belə ola bilməzdimi? Axı sözlərin yayılma mexanizmi minilliklər boyu çox az dəyişib.

Mən etimoloqların görməli olduqları işi görüb Çin lüğətinə baxdım: si (ipək), sidi (ipək parça).

Qərb bazarlarında ipək yox, ipək parçalar, ipək libaslar və başqa mallar satırdılar deyə burada təyin təbii şəkildə mübtədaya da çevrilmişdi. Sidi - (ipək, ipək parça) (qot dilində). Və kökü saxlanılan digər sözlər: sede - (ispanca ipək), seda (italyanca ipək). Florensiyadakı italiyalılara ipək (Florensiya dialekti İtaliyanın əsas dili kimi qəbul olunurdu) Romadan yox, İspaniyadan gətirilmişdi. İspaniyaya isə ipəyi qədim almanlar olan qotlar gətirmişdilər. Deməli, qotlar ipəyi birbaşa Çin tacirlərinin özlərindən əldə etmişdilər? Belə çıxır.

Yazılı mənbələrdə göstərilməyən, amma ağızdan-ağıza keçərək müxtəlif dillərdə yaşam hüququ qazanmış ipəyin adının əsl mənzərəsini təqdim etmək üçün belə bir süjet təklif edirəm.

... Türklər III-IV əsrlərdən başlayaraq imperiyaların sərhədlərində, tutaq ki, Monqolustanda ipək karvanlarını müşayiət edir. Bu marşrutlardan biri (onların sayı bir neçə idi) ost-qotların (şərqi qotlar) yaşadığı Krıma gətirib çıxarır. Burada mal gəmilərə yüklənir və ardınca bu gəmiləri tutaq ki, Balkan sahillərinə qədər qotlar müşayiət edir ki, burada da gəmiləri dəvələr və atlar əvəz edir. Qotlar karvanı Əndaluza gətirib çıxarırlar və burada məskunlaşan vest-qotlara təhvil verirlər. Və onlar ipəyi İspaniya boyunca, Aralıq dənizinə qədər yayırlar. Ardınca isə artıq ispan tacirlərin gəmiləri ilə sede (ipək) İtaliyaya gəlib çıxır və burada da italyanca seda adıyla piştaxtalara düzülür.

İpək yolunun yüzilliklər boyu təşəkkül tapdığını, onun üstündə müəyyən münasib yerlərdə karvansaraylar, at tövlələri, tranzit yüklərin saxlanması üçün ambar, quldur dəstələrindən qorunmaq üçün müdafiə divarı tikənlərin özlərinə yaşayış məskənləri salmalarını nəzərə alsaq, deməli, qot marşrutunda da yəqin imperiyanın muzdla tutduğu yüzlərlə, bəlkə də minlərlə insanın daimi yaşayış yeri olan güclü müdafiə sistemli mərkəzlər var idi. Hansı imperiyanın? Çox güman ki, Çinin. Çünki belə yükboşaltma məntəqələri hər şeydən əvvəl malın İstehsalçısına və Satıcısına lazım idi. Bu mükalimələr Krımda məskən salan qədim almanların (ost-gotw) və Əndaluzun (ost-gotw) adlarının etimologiyasını da Çin lüğətinə cəlb etmək üçün əsas verir. Orada go (dövlət, imperiya), tu (torpaq, ərazi) kimi sözlər var. Tez-tez bu tərkibdə işlənir: gotu (imperiya, dövlət ərazisi).

Böyük İpək yolunun marşrutları elə qətiyyətlə mənimsənilirdi ki, belə ərazilərin (yükboşaltma məntəqələrinin) yaradılmasının mümkünlüyünü inkar etmək çətindir. Bu mənada, bu torpaqlarda Çin adlarının olması da təbiidi.

Bu Yolda türk terminologiyasından da istifadə olunurdu. Məsələn, alban (rüsum, vergi, sədəqə) terminləri sərhəd, gömrük xidmətlərinin mövcud olduğu ərazilərdə istifadə edilirdi.

Çinlə sərhəddə məskunlaşan qazaxların alban tayfaları da ola bilsin, nə vaxtsa bu fəaliyyətlə məşğul olublar. Xəzərin qərb sahilində olan ölkə (bu günkü Azərbaycan ərazisi ) eramızın III  əsrində Alban adlanıb. Fikrimcə, Yolun marşrutlarından biri oradan keçib. Güman ki, Gotu (amma alman olmayanlar) tayfalarından hansısa birinin limanı manqışlaq sahilinin üstündə yerləşib. Ordan barjlar vasitəsilə yükü Albana, ardınca isə dəvələrdə və atlarda indiki Zaqafqaziyaya, yaxud İrana, Bizansa daşıyıblar. Əsas məsələyə diqqət edək. Yerli sakinlər o vaxt özlərini alban adlandıra bilərdilər. Çin lüğətində azebay-jen (albanlı) sözünün Azərbaycan sözüylə oxşarlığı  təsadüfdürmü? Ola bilsin türklər bu Çin ifadəsini bu cür mənimsəyiblər. Çinlilərin, ümumiyyətlə, istifadə etmədikləri “p” səsini əlavə etməklə determenativ jen ((insan (əşya və heyvanla dəyişik salmamaq üçün insanın adına hər dəfə əlavə olunur)) ifadəsini dəyişib djana gətirdilər. Məhəmməd, Əli, Halim və başqa müsəlman (uyğur, dunqan) adlarını da Çində mütləq determenativ jen (insan) ifadəsiylə yazırdılar. Bizim dilimizdə isə bu adlar Məhəmmədcan, Əlican, Həlimcan kimi səslənir.

Amma “albanlı” sözünün Çin dilində tələffüzü mənim üçün yalnız Azərbaycan sözünün mənşəyini deyil, həm də onun Albaniya torpaqlarının qədim adı ilə birbaşa əlaqəsini təsdiq edir. Əksər tarixçilər heç bir əlaqənin olmadığını iddia edirlər: Qafqaz Albaniyası ayrı, kifayət qədər sonralar yaranmış türk Azərbaycanı tamam ayrı. İndi onlar meydana çıxan bu informasiyanın izahını versinlər.

Türklər Balkan ölkələrini də Alban adlandırırdılar. Çox güman ki, ticarət yolunun bir marşrutunun  burdan keçməsi bu yerlərdən də rüsum tutulması ilə əlaqədar idi. Bu işi görməyə etibar edilmiş xalq isə alban adlanırdı. Albanların türklərlə əlaqəsi təxminən XX əsrə qədər davam etdi ki, bu da onların həm dilində (Skepetar - onların özlərinə verdiyi ad) həm də dinində öz təsirini göstərdi.

Yol müxtəlif marşrutlarla alman torpaqlarına daxil olurdu. Onlardan biri olan Qotu artıq qeyd etmişik. Avropanın müxtəlif yerlərində gömrük hüququna malik digər almanlar da var idi. Onlarla adətən dillərində dodaq samitlərindən (b/m) biri o birini əvəzləyən türk tayfaları ünsiyyət saxlayırdı. Elə məhz onlar da bu milləti ilk öncə alman (=alban) adlandırmışdılar. (Fantastika? Ola bilər, amma araşdırmaq lazımdı, üstəlik, bu türk mənşəli adın digər etimologiyası hələ ki, mövcud deyil).

Əgər YUNESKO-nun Böyük İpək Yolu layihəsi bir neçə formal iclasla kifayətlənməyib müvafiq elm sahələri vasitəsilə bu məqamları ölü nöqtədən tərpətsəydi, bəşəriyyət özü haqqında xeyli yeni və maraqlı məqamlar aşkara çıxara bilərdi ki, bu keçmiş həm də onun gələcəyinə işıq tutardı.

Və bu qeydlərin yekununda.

Türklər ipək parçanın (sidi)  adını çinlilərdən mənimsəyib onların -di suffiksini özlərinin -lik suffiksi ilə əvəz etdilər. Və onlar artıq sidi (qotlar kimi) yox, silik sözünü yaymağa başladılar. Və məhz bu əlamətə görə də türk süvarilərinin müşayiətilə Çin karvanlarının Avropaya yolunun hansı marşrutlarla olduğunu müəyyən etmək olar. İngilislər orijinala daha yaxın olanını saxlayıblar: silk - (İpək). Bu, şimali almanlara, baltikalılara, ruslara da yaxın formadır. Müxtəlif dialektlərdə isə dəyişmə baş verib - selk, seolk, setik.

Hansı ölkələrdəsə, əminəm ki, bu qiymətli mal serik, serik, cerik adlandırılıb. Və bu söz çox güman ki, heç də sülhməramlı, nizami ordu kimi fəaliyyət göstərməyən müşayiətçi dəstələrə aid edilib. Onlar peyda olduqları ərazilərdə yəqin ki, yerli camaata vahimə gətirirdilər. Və onlar silik (sirik, cirik, serik) sözünü eşidən kimi doğma yurd-yuvalarını tərk etdiklərindən bu ərazilərdə həmin dəstələrin ardınca gələn türk tayfaları məskunlaşırdı.

Xalqların məskunlaşması epoxası - sonradan böyük adlanacaq İpəklə özlərinə yol açanların ilkin dövrləri ilə üst-üstə düşür. Bu mənada, türkdilli xalqların İpək yolu boyu Monqolustandan Bizansa qədər yayılması təsadüfdürmü? Həm də əsas yollar boyu. Başqa məqamları dillərdə buraxılan izlər vasitəsilə bərpa etmək olar.

Mən get-gedə daha əminliklə düşünürəm ki, ipəyin türkcə adı (si-di>si-lik) müşayiətçi dəstələrin adından götürülüb, sonradan ümumi anlam kəsb etdi (cirik - qoşun, ordu (monqolca)) > cerik, ceri bu da (türkcə). Qazaxcada daha erkən məna saxlanılıb (cepik - müşayiətçi) həm də bu sözə yaxındı (cepi - pəhləvan, cəngavər). Hesab eləyirəm ki, bu malın türkcə adı Romaya artıq təhrif olunmuş formada gəlib çatıb. Bu ad malı gətirən və onu müşayiət edən adamların üzərinə köçürülüb.

 

... İpəyin türkcə adı olan silik türkdilli xalqların heç birində saxlanılmayıb. Mən bu adı yalnız səkkizinci əsrin mətnlərində silik kyz (silik kız) - gözəl qız kimi həmişə uzlaşmada aşkar etdim. Bu, hardasa qədim rusların “gözəl qız” ifadəsi kimi idi. Bəli, ipək gözəllik rəmzi olub. Qədim türklər hamar və əlbəttə ki, parlaq parçalardan gözəl heç nə tanımırdılar.

Sonralar türklər özləri ipək istehsalı texnologiyalarını mənimsəyəndə  parçaları üçün jib (ip) sözündən jibek (ip, ipək - türkcə) adı yaratdılar. Qazaxların Kız-Jibek (İpək qız) poetik adı da bu vaxt yarandı. Bu adı yalnız gözəllərə verirdilər.

... Ümumiyyətlə, ipəyin tarixi Qədim Avrasiya tarixinin ən maraqlı səhifələrindən biridi və mən şadam ki, mədəniyyətlərin yaxınlaşmasının Onilliyi mərasimi YUNESKO-nun böyük İpək Yoluna həsr edilmiş konfransıyla Qazaxıstanda öz işinə başlayır.

Paris Şəhəri,

9 oktyabr 2013-cü il

/525.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.