Musa Yaqub: “Bəzən özümə nifrət edirəm…” - MÜSAHIBƏ
31.10.13

- Musa bəy, indiyədək gerçəkləşməsini çox istədiyiniz, amma hələ də gerçəkləşdirə bilmədiyiniz arzularınız olubmu?


- Arzular… Bu mənim həssas yerimdir. Əlbəttə, olub. Dünya varsa, biz yaşayırıqsa, arzular da bitməz tükənməzdir. Mərhum şairimiz Bəxtiyar yaxşı demişdi: “Arzunun özündən doğan arzular”. Həqiqətən də, arzulardan da arzular yaranır. Bu mövzu o qədər genişdir ki, ondan danışmaqla yekunlaşdırmaq olmaz.

 

- Ən çox nəyi arzulamısınız?

 

- Yeganə duyğu arzudur ki, bizi yaşadır. Mən arzulayıram ki, insanlar yaxşı arzular diləsinlər. Hər dilədikləri arzularda xoş niyyət olsun. Ən çox arzuladığım o olub ki, şeirlərim dillər əzbəri olsun. Sevilə-sevilə oxunsun. Şükürlər olsun, arzuma müəyyən qədər çatmışam.

 

Niyyətimdə bir uçarı quşamsa, taleyimdə relsə düşən qataram…

 

Bilirsiniz, dünya çox böyükdür, insanlarla doludur. Bu çoxluq içində əlçatmaz arzular o qədər çoxdur ki, onların hər birini gerçəkləşdirmək mümkün deyil. Amma arzulara xoş niyyətlə yanaşanda gerçəkləşməsinə  içində bir ümid olur. Deyirlər ki, niyyətin hara, mənzilin ora. Amma bəzən bu, heç də belə olmur. Sən niyyətin olan mənzilə çatdıqda artıq orda başqasının oturduğunu görürsən. Bu da taleyin işidir. Belə bir gözəl söz var : “Niyyətimdə bir uçarı quşamsa, taleyimdə relsə düşən qataram”. Mənim arzularıma gəlincə isə, şükürlər olsun, arzularımın əksəriyyəti yerinə yetib. Ən böyük arzum heç kimin qəlbinə dəyməmək olub. İstəyirəm ki, heç kəs məndən inciməsin. Kimsə mən tərəfdən sınıqlıq görməsin.

 

Tale mənə həyat yoldaşımla ömür sürməyə icazə vermədi…

 

Ən böyük arzum ömür yoldaşımla birlikdə ömrümü başa vurmaq idi. Amma nəsib olmadı. Allah, tale icazə vermədi. Qismət… Bəzən insan, taleyi ilə barışmağı bacarmalıdır. Pənaha qalmaq çətindir. Mən bunu şeirlərimdə də yazmışam.

 

- Bildiyimiz qədəri ilə xeyirxahlığı sevirsiniz…Bunu arzularınızın bir hissəsi adlandırmaq olar?

 

- Bəli, çox sevirəm. Bacardığım qədər yaxşılıq etmək istəyirəm. İndi yaxşılıq edən insanlar kifayət qədər var, amma əksəriyyəti sonradan başa qaxınc edir. İnsan etdiyi yaxşılığın ardınca çox baxmamalıdır. Ümumiyyətlə, şairlik elə bir sahədir ki, burada qara niyyət yoxdur. Şairin niyyəti həmişə xoşdur. Həmişə istəmişəm ki, mənim sözlərim dillər əzbəri olsun. Mən bunu, sadəcə, arzulamışam. Amma şöhrət üçün yox. Şükürlər olsun, istədiyim kimi də olub. Mənim şeirlərimi sevə-sevə oxuyan insanlar var. Məncə, şairin bundan böyük arzusu ola bilməz.

 

Bəzən özümə nifrət edirəm

 

- Nəyəsə görə, xalq sözünə, öz sözümə yazılarımda sərhəd tanıyanda  özümə nifrət edirəm.

 

Məni könlümdə olduğum kimi başa düşmürlər…

 

Çox istəyirəm ki, məni könlümdə olduğum kimi başa düşsünlər. Bəzən getdiyim yerlərdə məni düzgün başa düşmürlər. Şairin, yazıçının ən böyük arzusu özünü cəmiyyətə təbliğ etməkdir. İndi ən böyük arzum axıracan sözlərimi deyə bilməyimdir. İstəyirəm ki, sözlərim yarımçıq qalmasın.

 

- Yaradıcılığınızda çatmaq istədiyiniz hədəflər?

 

- Yaradıcılığımda çatmaq istədiyim yerlərin əksəriyyətinə çatmışam. Düzdür, elə də asan olmayıb. Müəyyən çətinliklərlə qarşı-qarşıya qalmışam. Hər şeyə rəğmən bütün çətinliklərə sinə gərə bilmişəm.

 

Şeirlərimin oxunması elə məni yaşatmaq deməkdir…

 

Şükürlər olsun şeirlərimdən, yaradıcılığımdan əldə etdiyim qazanc məni təmin edir. Heç vaxt tamahkar olmamışam. İnsanlara da tövsiyyə edirəm ki, heç vaxt şəxsiyyətlərini tamaha qurban verməsinlər. /axar.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.