Yazıçılar Birliyi saytını onlayn rejimə keçirir
30.10.13
“Hazırda mətbuat xidmətini işini aktivləşdirməklə məşğuluq". Bunu Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib. Qurumun sözçüsü hazırda əsas diqqətin məhz, bu istiqamətə yönəldiyini və onlayn aləmdə də aktivliyini artırılmasına yönəldiyini vurğulayıb.
Xəyal Rza bu məqsədlə ilkin olaraq xeyli vaxtdır ki, fəaliyyət göstərməyən ayb.az saytının bərpa etdiklərini qeyd edib:
“Yazıçılar Birliyinin elektron ünvanı olan ayb.az saytının qeydiyyata alınması üçün müraciət etdik və onu qeydiyyatdan keçirdik. Qısa bir zamanda ən aktiv saytlardan biri olacaq. Orda nəinki Yazıçılar birliyi, həmçinin Azərbaycan və dünya ədəbiyyatı ilə bağlı müxtəlif məlumatlar veriləcək. Ümumiyyətlə, ədəbi və mədəni gündəm orada çox yaxşı əks olunacaq”.
|