“Anar müəllim postunu Rəşad Məcidə təhvil versə, yaxşı olar” - MÜSAHİBƏ
25.10.13

Varis: "Bu cür ucuz yollara oliqarx yazıçılar gedirlər"

Onunla iş otağında görüşdük. Müsahibəyə başlamazdan öncə məni kitab rəfində səliqə ilə yığılıb səhifələnmiş qovluqlarla tanış etdi. Bu qovluqlarda dünyanın müxtəlif ölkələrindən gələn oxucu məktubları toplanıb. Müsahibimiz oxucuların fikirlərinin onun üçün mühüm olduğunu bildirdi. Sən demə, o, bütün bu məktubları yığaraq “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir. Beləliklə, qonağımız Azərbaycanda ən çox kitabı satılan yazıçılardan biri - Varis Yolçuyevdir.

-Azərbaycan oxucusu ən çox sizin kitablarınızla maraqlanır. Yaradıcılığınızda nə kimi yeniliklər var? Hazırda nə yazırsınız?

-Hər şey plan üzrə getsə,  noyabrın sonunda yeni  kitabım çapdan çıxacaq. Səkkizinci romanım “Son məktub” adlanır. Burada xarici ölkəyə üz tutmuş bir mühacirin həyatını oxuculara çatdırmaq istəmişəm. Roman siyasi motivdə yazılmayıb. Daha çox ümidsizliyə qapılmış, öz həyatını burada qura bilməyən və nəticədə xaricə gedən bir qadının həyatından bəhs edir. Bunu hardasa mənim birinci romanımın davamı kimi də qəbul etmək olar. Bildiyiniz kimi, mən ədəbiyyata 2008-ci ildə “Sonuncu ölən ümidlərdir” romanı ilə gəlmişəm. Yeni romanım da elə bu əsərin davamıdır. “Sonuncu ölən ümidlərdir” romanımdakı qəhrəmanlarımın həyatının davamı desək, daha doğru olar. Ancaq birinci romanı oxumamış da ikinci romanı oxumaq mümkündür. Çünki bu iki roman arasında heç bir asılılıq yoxdur. Bir də hazırda mənim “Sənə inanıram” romanımın ssenarisi əsasında serial çəkilir. Artıq 6 seriya hazırdır. Bundan başqa ingilis dilinə iki kitabım tərcümə olunur. Bu romanlarım ilkin razılaşmaya görə, Amerika Birləşmiş Ştatlarında çap olunacaq. Mənim “Əzilmiş fotoşəkillər” romanımı ingilis dilinə tərcümə edib Amerika nəşriyyatlarından birinə göndərdik ki, redaktə və korrektə olunsun. Elə həmin nəşriyyatdan bizə bildirdilər ki, biz bu romanı çap etmək istəyirik. Ümumiyyətlə, mən kor-koranə şəkildə kitabımı xarici dövlətdə çıxarmağın əlehinəyəm. Bizdə istənilən bir insan çox aşağı səviyyədə olan kitablarını götürüb öz imkanları daxilində orta məktəb müəlliməsinə tərcümə etdirir. Nəticədə çox bəsit bir tərcümə alınır.  O bilir ki, onsuz da kitabı xarici ölkədə satılmayacaq. Onlar bunu daha çox ad üçün edirlər. Bunu, əlbəttə ki, bizim çox istedadlı gənc yazarlarımız edə bilməz. Çünki onların maliyyəsi yoxdur. Bu cür ucuz yollara yazıçılıq adından istifadə edən məmur yazıçılar, oliqarx yazıçılar gedirlər. Necə ki, burada onlar özləri haqqında mif yaradırlar. Eləcə də, istəyirlər özlərini camaata dünyada tanınan yazıçı kimi təqdim etsinlər.

-Romanınıza serial çəkildiyini dediniz. Serialların səviyyəsindən razısınızmı?

-Bu gün dünyanın aparıcı televiziyalarının proqram cədvəlinə baxsanız, efir vaxtının əsas hissəsini serialların tutduğunu görərsiniz. Bizdə də bu tendensiya getməlidir. Düzdür, bizdə çəkilən seriallar primitiv və bəsitdir. Mən bir tamaşaçı kimi deyim ki, “Bir ovuc torpaq” serialından mən tam şəkildə narazı qaldım. Elə o biri teleseriallar da, demək olar, hamısı eyni səviyyədədir. İstər aktyor ifası olsun, istər rejissor işi, istərsə də operator işi çox bəsitdir. Ancaq bununla belə mən əminəm ki, bir müddətdən sonra yaxşı teleseriallar çəkiləcək. Bayaq da dediyim kimi, mənim “Sənə inanıram” romanıma serial çəkilir. Bu serial Azərbaycanda bəlkə də, bir ilk olacaq. Çünki çəkilişlərdə professional kameralardan istifadə olunacaq. Ən azından bu serial o birilərindən bir addım üstün olacaq.

-İlk romanınızla böyük uğura imza atdınız. Qısa müddətdə oxucuların rəğbətini qazandınız. Bu uğurunuzun səbəbi nədir?

-90-cı illərdə hələ Bakı Dövlət Universitetində oxuyarkən İsmayıl Şıxlı mənim ilk hekayələrimi oxuyub “Ulduz” jurnalına vermişdi. Hələ o vaxt yazmışdı ki, ədəbiyyatımıza yeni bir imza gəlir. Məni çox tərifləmişdi. O dövrlər cəmiyyət çox siyasi idi. Mətbuat məni daha çox cəlb edirdi, nəinki yazıçılıq. Ancaq 2008-də özüm də ədəbiyyatda bir boşluq olduğunu hiss elədim. Mənim belə bir fikrim var: “Özünün ən güclü zərbələrini yaşadığın dövrün ən zəif vaxtına saxla”. Artıq 2008-ci ildə latın qrafikası ilə oxuyan çoxlu insanların olduğunu hiss etdim. Ancaq bu insanların tələbatını ödəyən kitablar elə də çox deyildi. Ümumiyyətlə, “bestseller” əsər yaratmağın öz nəzəriyyəsi var. Bunun birinci qaydası oxucu qrupunu təyin etməkdir. Bizdə də mütaliə edənlərin əsasını gənclər təşkil edir. Bizdəki oxucuların potensialı iyirmi-otuz min tirajla kitab çap etdirməyə imkan verir. Mən də bütün bunları nəzərə alıb sevgi mövzusunda yazdığım ilk romanı böyük risk edərək on min tirajla çap etdirdim. Bu on minin iki minini biz oxuculara hədiyyə etdik. Satış uğurlu oldu. Biz “Sonuncu ölən ümidlərdir” romanını 5 dəfə yenidən çap etdik. Bununla yanaşı kitabın pirat nüsxələri də çox idi. Əvvəllər mən kitabımın pirat nüsxələrinin çıxması ilə fəxr edirdim. Mənə deyirdilər ki, bu sənin uğurundur. Çünki onda piratçılar yalnız Çingiz Abdullayevin kitablarının nüsxələrini çıxarırdılar.  Ancaq indi bu pirat satışlar bizə yalnız ziyan vururlar. Mən artıq bununla mübarizə aparıram.

-Azərbaycanda ən çox kitabı satılan yazıçılardan biri də sizsiniz. Bununla belə yazıçılar sizi qeyri-ciddi ədəbiyyat yaratmaqda günahlandırır. Bu barədə nə deyə bilərsiniz?

-Hər dövrün öz ədəbiyyatı olur. Düzdür, klassika həmişə oxunur. Ancaq bu gün Dostoyevskinin, Borxesin, Mirzə Cəlilin dövrü deyil. Üçüncü minillikdə durub Kafka tərzində yazmaq, onları təqlid etmək mənim düşüncəmə görə yersizdir. Bu yaxınlarda Nigar Köçərlinin bununla bağlı çıxışı var idi. Bu çıxışdan sonra uzun müddət polemikalar getdi. Həmin polemikalara fikir verirəm, görürəm ki, orada Borxeslə Koelyonu müqayisə edirlər. Eləcə də mən və yaxud da Çingiz Abdullayev barəsində bu cür müqayisələr aparırlar. Deyirlər ki, onlar ciddi ədəbiyyat yazmırlar. Əvvəla, onu deyim ki, ədəbiyyatın müxtəlif janrları var. İstər dedektiv olsun, istər fantast janrında yazsın, istərsə də mənim kimi drama janrında - bunların hamısı ədəbiyyatdır. Bu cür müqayisələr etməyin tam əleyhinəyəm. 
Mənim indi yazdığım kitablar bu dövrün romanlarıdır. Mən gözləmirəm ki, bu romanlarla klassikləşə biləcəm. Bizdə bir səhv düşüncə var. Bizi bəyənməyən yazıçıların arqumenti odur ki, siz kütlə üçün yazırsınız. Ancaq bizi öləndən sonra başa düşəcəklər. Onlara demək istəyirəm ki, öləndən sonra populyarlaşmaq yalnız bir, ya da iki yazıçıya qismət olur. Yazıçı üçün şöhrət maksimum iyirmi il gecikə bilər. Yazıçı ən birinci oxucu üçün yazmalıdır. Bir romanıma baxıb mənə qiymət verməsinlər. Bu yazdıqlarım mənim işığımın zəif kölgəsidir. Ümumiyyətlə, barəmdə fikir bildirmək istəyən adamlar gərək əsərlərimlə tanış olsunlar. Mənim “Yetmiş yeddinci gün” romanımı oxumadan yaradıcılığımla bağlı fikir bildirmək nadanlıqdır. Bu romanı Türkiyənin böyük bir nəşriyyatının naşiri gecə səhərə kimi oxuyub hönkür-hönkür ağlamışdı. Yazıçılarımıza məsləhət görmək istərdim ki, ümumiyyətlə, əsər yazıb gündəmə gəlsinlər. İntriqalarla gündəmdə qalmaq lazım deyil. Ədəbiyyatı şou-biznesə döndərməyin.  Birdə ki, bir yazıçıya "pisdir" deməyə onlara heç kim ixtiyar verməyib. Ola bilsin ki, onlar kiminsə yazılarını bəyənməsinlər. Ancaq bu, onlara ixtiyar vermir ki, kiminsə haqqında "bu zəif yazıçıdır" desinlər. Ümumiyyətlə, Azərbaycanda kiminsə pis yazıçı olduğunu ancaq və ancaq Anar,  Elçin deyə bilər.

-Bu yaxınlarda Ədəbiyyat üzrə Nobel mükafatının qalibinin adı açıqlandı. Ümumiyyətlə, bu mükafata münasibətiniz necədir? Nobel mükafatı almaq istəyərdinizmi?

-Nobel mükafatına cəmiyyətdə yanaşma birmənalı deyil. Elə Orxan Pamukun timsalında götürək. O, erməni genosidini qəbul elədi. Bundan sonra ona bu mükafatı verdilər. Bu sahədə, belə deyərdim ki, yazıçı ilk növbədə öz mentalitetini, xalqını, ideologiyasını  tapdalamamalıdır. Hansısa yazarımız buna gedirsə, deməli, o, vətən xainidir. Elə bil ki, ön cəbhədə öz əsgər yoldaşına güllə atırsan. Ancaq elə adamlar da var ki, məsələn, sülh tərəfdarı olduğu üçün Nobel alır. Mən istəyərdim bizim yazarlardan biri Nobel mükafatı alsın, dünyada tanınsın. Bizdə adətdir, Qarabağ haqqında kitab çap edib, orada erməniləri söyürlər. Guya bu adamlar Qarabağ problemini dünyaya çatdırmaq istəyirlər. Ancaq bu kitablar çox primitiv olur. Mənim “Bir ovuc torpaq” romanım tamamilə başqa mövzuda yazılmış bir əsər olsa da, erməniləri daha çox qıcıqlandırırdı. Hətta bir London ermənisi var idi, facebook sosial şəbəkəsində məni lənətləmişdi. Romanda on beş yaşlı bir gəncin qalib ölkənin iki hərbçisini məhv etməsini yazmışdım. Bu bütün erməniləri bərk əsəbləşdirmişdi. Məncə, mən o, Qarabağ mövzusunda yazanlardan daha çox xeyir verə bilmişdim bu mövzuda.

-Bir yazar kimi Azərbaycan Yazıçılar Birliyi haqqında düşüncələriniz necədir?

-Mənim sevdiyim iki yazıçı var. Bunlar AYB-nin sədri Anar və İsmayıl Şıxlıdır. Azərbaycan ədəbiyyatında Anar bir zirvədir. Mən onu “Beş mərtəbəli evin altıncı mərtəbəsi” , “Sizsiz” xatirə romanı ilə zirvə hesab edirəm. Bugünkü yazdıqları ilə o, əvvəlki Anar müəllim deyil. Bəlkə də, bunun səbəbi vaxtının və enerjisinin böyük bir hissəsini Yazıçılar Birliyinə xərcləməsidir. Düşünürəm ki, o, ömrünün sonuna kimi Azərbaycan ədəbiyyatı üçün çalışacaq. Əgər siz soruşsanız ki, Anar müəllimdən sonra kimi sədr vəzifəsində görürsünüz, onda mən Rəşad Məcidin adını deyərəm. Şəxsən mən özüm bu quruma rəhbər olmaq istəmərəm. Çünki gərək onda yazarlığı atım, yalnız bu işlə məşğul olam. Mən niyə Rəşad Məcidin adını çəkdim? Çünki o, Yazıçılar Birliyinə yaxın bir insandı və gənclərlə işləməyi bacarır. Onun çıxardığı “525"-ci qəzet” daha çox ədəbiyyatla məşğul olur, nəinki Ayaz Vəfalının “Ədəbiyyat” qəzeti. Düzü, mən bu qəzetin fəaliyyətini bəyənmirəm. Məhz Rəşad Məcidin ədəbiyyat üçün etdiklərinə görə düşünürəm ki, Anar müəllim postunu Rəşad Məcidə təhvil versə, yaxşı olar. /teleqraf.com/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.