Rəhim Əliyev - Türkologiyada çığır açan araşdırma
23.10.13

Kitablar və rəylər
 
Dörd il əvvəl, 2009-cu ildə  İstanbuldakı Kabalçı yayım evi “Hürufilik” adlı bir kitab buraxıb. (Fateh Usluer, Hurufilik, İstanbul, Kabalçı, 2009). Bu kitabda Azərbaycan hürufişünaslığı üçün ciddi bir yenilik vardır. Bu yenilik Diyarbəkirli mətnşünas və alim Əli Əmirinin 1500-dən çox türkcə və farsca  hürufi mətnlərinin toplandığı kataloqdur. 1925-ciildə vəfat etmiş bu alimin kataloqu 1973-cü ildə qeyd edilən Nəsimi yubileyi zamanı bizim alimlərə məlum deyildi. Təəssüf ki, indi də bizim elmi dövriyyədə yoxdur. Alimlərdən az bir qismi isə indi Əli Əmirini Mahmud Kaşğarinin “Divanilüğət ət türk” lüğətinin  Türkiyədə  üzə çıxaran bir şəxs kimi tanıyırlar. Lakin onun hürufişünas kimi nəhəng fəaliyyəti, xüsusilə Kataloqu bizdə tanınmayıb. Halbuki belə bir kataloqun mövcudluğu hürufişünaslığın mətn sərhədini aydınladır, türkologiyanın bu sahəsini yeni elmi mövqeyə çıxarır.
Fatih gəncdir, 2009-cu ildə kitabı çıxandacəmi 33 yaşı var idi. O fars, ərəb, fransız, ingilis dillərində elmi ədəbiyyatdan geniş istifadə edir. Onun kitabının unikallığı isə bir də ondadır ki, bütün tədqiqatları birinci mənbələrə - kataloqlardakı əlyazmalarına əsaslanır. O Parisdə Sosial Elmlər Akademiyasında “Şeyx Qalib və Nizami Cedid” mövzusunda namizədlik işi müdafiə edib, 2007-də Sarbonna Universitetində “Hürufilik”mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2009-da çıxan kitab doktorluq dissertasiyasının geniş variantıdır. Suriyanın Şam universitetində və İranın Qum şəhərində islam təriqətləri ilə bağlı ixtisas-təcrübə kursları keçib. Hazırda Ankara universitetlərindən birində çalışır.
Fatih Usluərin hürüfişünaslıq tarixində ən əsas xidməti  hürufi mətnlərini əlyazma nüsxələrindən oxuması və onları küll halında elmi dövriyyəyə gətirməsidir. O müasir  hürufişünaslığı mətn mənbələri dəqiq bəlli olan bir kurs kimi təqdim edir. Bu, talesiz hürufilərin öyrənilməsində bir mərhələ kimi qəbul edilməlidir. Cəsarətlə demək olar: ilk mənbələrə bələd olmaq və onları elmi vicdanla işıqlandırmaq baxımından o bu gün  dünyada bir saylı hürufişünasdır. Dəqiqlədək: söhbət hürufilıyi necə anlamaqdan getmir, onun elmi və mətn faktlarına bələdlikdən gedir. Düzdür, ona qədər hürufi mətnlərinin kataloqu Türkiyədə 1989-da Əbdülbaqi Gölpinarlının adından dərc edilmişdir. Lakin Fatih bəy hürufi Kataloqunun əsil müəllifi kimi Əli Əmirini qəbul edir və onun onun elmi xidmətlərini özünə qaytarmağa çalışır. 1989-ci il Kataloqunu dərc edənlər bu mətnlər haqqında bir küll halında fikir deməmişlər və bu iddiada olmamışlar.
Fatih Usluər isə cavan bir tədqıqatçı olmasına baxmayaraq bunların hamısını oxumuş, nüfuzuna baxmadan özündən qabaqkı alimlərin mətnlər barədə dəqiq olmayan qeydlərini belə düzəltməyə çalışmışdır. Onun Nəsimi mətnlərinin çapındaki xətalar barədə böyük bir məqaləsi də vardır. O, öz “Hürufilik” kitabına belə bir başlıq altı da vermişdir: “İlk əldən qaynaqlarla doğuşundan etibarən”. Yəni yarandıqdan bəri bütün əsas mətnləri araşdırmışvə  623 səhifəlik bir kitabda əhatə etməyə çalışmışdır.
Alim göstərir ki, orijinal hürufi əsərlərinin yaranması prosesi XY11 əsrə qədər davam edir. Bu əsərlərin üzününköçürülməsi və toplanması işi isə X1X əsrin ortalarına qədər indiki Albaniya ərazisində yaşamış hürufi icmaları tərəfindən davam etdirilmişdir. Güman etmək olar ki, hürufi icmaları İran və Əfqanıstan ərazilərində də X1X əsrə qədər mövcud olmuşdur.
Biz bu alimə belə yüksək dəyər verəndə onun hər şeyi düz yazdığına və hürufilər demiş, düz yorumladığına görə vermirik. Biz bir çox şeydə onunla razılaşmırıq. Amma bu onun alim hünərini gözdən sala bilməz. Bu hünər isə onun ilk mənbələrilə ancaq klassik ailmlər – Fuat Köprülü, Səlman Mümtaz, Əli Əmiri, Krımski və başqaları kimi tükənməz  eşqlə, yoruldum demədən işləməsidir. 2012-ci ildə  o “Cavidannamə”nin türkcəyə bir dərviş tərəfindən tərcümə edilmiş mətnini latı nəlifbasına çevirib nəşrə hazırlayıb “Kabalçı” nəşriyyatında  çap etmişdir. Sayıram ki, iki nüsxə əsasında görülmüş   bircə bu iş türkologiyada sayılan bir iş olaraq qalacaqdır. Onun Əli Əmirinin hürufu Kataloqundan nəşrə hazırladığı daha altı kitab “Kabalçı”da çapdadır və buraxılacaqdır.  Fatih bəyin mühüm xidməti Əli Əmirinin və onun Kataloqunun elmi əhəmiyyətini üzə çıxarması, Diyarbəkirdə yaşamış bu alimin halal haqqını özünə qaytarmağa çalışmasıdır.
Son dövrlər türkologiyanı miflərdə və ya  elmi kitablarda  axtarma meyli fəaldır. Amma əsl türkologiya budur, doğma dildəki əlyazma xəzinəmiz! Öz mətnlərimizdən kənar heç bir əsil türkologiya və onun tarixi yoxdur.
Fatih bəy kitabda hürufişünaslığın tarixindən də qısaca bəhs edir və burada  da onun elmi faktlara tam bələd olduğu aşkar görünür. Hürufiləri sufi mətnlərindən ayırıb ayrıca bir məzhəb kimi öyrənilməsiE. Braun kimi Avropa alimlərinin təşəbbüsü ilə başlanmışdır. Düzü, kitabdaəvvəlki tədqiqatlara analitik qiymət verilmir, amma bunların Türkiyəyə aid əsasqismi ortaya gətirilir. Fatih bəy cəsarətli bir qələm sahibidir, özündənqabaqkı araşdırma və kitablara, buraxılan mətnlərə tənqidi yanaşır.
Fatih Usluər bütün hürufi mətnlərini həm fars, həm də türk dilində araşdırdıqdan sonra belə nəticəyə gəlir ki, türkcə ilk hürufi əsərləri fars mətnlərinin təbdil və tərcüməsi kimi yaranmışdır və bu səbəbdən onlarda çoxlu paralelliklər vardır. Lakin Nəsimi, Rəfii və başqa hürufi şairləri orijinal əsərlər yaratmaqla türkdilli divan ədəbiyyatının incilərini yaratmışlar. Məhz hürufilər türkcə divan ədəbi dilinin  fəlsəfi üslubunu yaradıblar, bu üslubda din iekhamların bütün incəliklərini ifadə ediblər. Bu fikirlər Azərbaycan hürufişünaslığında mövcud ideyalara uyğundur, hərçənd ki, Fatih Azərbaycan hürufişünalığına tam bələd deyildir. Bizdə Cahanşah Həqiqiyə aid edilən hürufi məslək türkcə Divan iki dəfə çap edilmişdir. Fatih bəyin kitabında bu divan və Cahanşah özü hürufi müəllifi kimi xatırlanmır. Alimin Cahanşah dövründə hürufi hərəkatı haqqında qısa xülasəsi də Cahanşahın sözü gedən Divanın müəllifi olmasını şübhə altına qoyur.  Amma Cahanşahın xocası və mədrəsəsinin rəhbəri  Cəlallədin Dəvvaninin öz hökmdarına həsr etdiyi farsca “Risaleyi hüruf” adlı əsəri xatırlanmışdır.
Belə məlumatsızlığın səbəbi isə sovet dövründə Türkiyə ilə elmi əlaqələrə qoyulan qadağalarla, türkologiyaya mənfi münasibətlə bağlıdır. Təəssüf ki, indi də Türkiyə ilə elm ibağlar zəifdir, xüsusilə elmi informasiya mübadiləsi baxımından. Hamı  birlikdən danışır,  amma bu birliyi göstərən kitabxanalar yaradılması, kitablar basılması ilə məşğul olan azdır.
Cavan alimin hürufişünaslıq tarixində  ikinci xidməti hürufilikdə hərflərlə bağlı problemi ilk dəfə elmi dəqiqliklə qoyması və bu barədə Fəzlüllahın “Cavidannamə”də qoyduğu bu problemi düzgün anlaya bilməsi və nəticədə,  doğru şərh də edəbilməsidir. Doğrusu, kitab boyu cavan alimin bu problemə xüsusi məhəbbəti görünür. Bunun nəticəsi ki, alim hürufilikdə və ümumən qədim elmlərdə  hərflər və rəqəmlər məsələsini elmi bir problem kimi şərh edir. Məsələnin mahiyyətini düz anladığı üçün oxucunu da maraqlandıra bilir. Bu ciddi məsələdir: hürufiliyin yanlış qəbul edilməsit arixən çox vaxt  hərflər haqda Fəzlüllah tərəfindən yaradılmış ehkamların yanlış başa düşülməsi ilə bağlı olmuşdur.
Biz Nəsimi haqqında monoqrafiyamızda qeyd etmişdik ki, “hürufi” sözü Fəzlüllahın ardıcıllarına istehza ilə verilmiş aşağılayıcı bir deyimdir. Bizə tam aydın olmadığına görə bu barədə o zaman kitabda ciddi bəhs açmamışıq. Fatih bəy kitabının 127-ci səhifəsində hürufilərin  necə adlandırması barəd tam bir siyahi vermişdir. Bu siyahiya Nəsiminin özünə dediyi “Adəmiyəm” adını da əlavə etmək olar.
Azərbaycan hürufişünasları, onların ən ciddiləri olan Zümrüd Quluzadə və Mirzə Abbaslı  bubarədə bəhs açsalar da,  Azərbaycan dilində  “28 və 32 həriflər” terminini işlədiblər. Bu isə dəqiq deyil və hürufi ehkamlarında “ilahi kəlimə” (Allahın sözü) anlayışını qeyri-ciddi tərzdə təqdim edir. Niyə?
Ona görə ki, “Cavidannamə”də və digər hürufi mətnlərində, o sıradan türkcə mətlərd əhərf, hürufat yox, “ilahi kəlimə” anlayışı işlənir. İkinci tərəfdən, Fatih bəyin prinsipial məqam kimi bir qeydi tam doğrudur: o göstərir ki, “Fəzlüllahda İbn Ərəbiyə bənzər şəkildə hərfləri Allahın sifəti olaraq dəyərləndirir.”(s. 113). Bizə tanış terminlə desək onlar Allahın atributudur, ondan ayrılmaz tərkibidir. Buna görə bu məsələni sadələşdirib “hərflər” haqda ehkam kimi təqdim etmək olmaz, ona görə ki, Allahın sözü ehkamı monoteizmin hər üç dinində olan mühüm elmi anlayışdır.
Lakin monoteizmdən əvvəl bu Platondan gələn qədim görüşlə bağlıdır: şeylərdən əvvəl onların adları, məfhumları olmuşdur. Monoteizmdə buna “əsmai ilahi” adı verilmişdir. Əgər sözlər, adlar Allahdan ayrılmazdırsa, onları təşkil edən səs qovuşuqları, diftonq və fonemlər də həminxassəyə malikdir.
Bu ehkam ilk dəfə Tövrata şərhlər yazmış talmudçular tərəfindən yeni eradan əvvəl 2-ci əsrdə ortaya gətirilmişdir. Onlar ilk dəfə təsdiqlədilər ki, Tövratın ilk şifahi variantı Sina dağında Musa peyğəmbərə şifahi göndərilmişdir. Allahın insanlara sözü, tapşırığı və əhdi olan bu kitab çox-çox sonralar, nəhayət, yazıya alınmışdır.
Məhz musavilikdə ilk dəfə Tövratın Allahın kitabı və yazısı olması və onun tərəfindən insanlar üçün göndərilməsi barədə sözügedən ehkam qəbul olunub. Bu ilahi mətnlər və ehkamlar anlayışını ortaya qoymaqla əvvəlcə, dini mətn yaratma və mətnqoruma, sonra isə dünyavi mətnçilik tarixində misilsiz əhəmiyyət kəsb edib. Sadə şəkildə desək, bu ehkam ən qədim mətnlərin və yazıların qorunması üçün hüquqi və mədəni baza olub. Sonra isəm ətnləri öyrənmək və birmənalı anlamaq üçün zəruri olan müasir orfoqrafiya anlayışı, Allahın sözlərini identik şəkildə yazmaq tələbi yaranıb.
 “Allahın sözü” bir anlayış kimi  monoteizm inikinci dini olan xristianlıqda yeni ehkamlarla genişlənib. İlk baxışda Allahın kitabı sözünün  Allahın sözü (kəliməsi) anlayışı ilə əvəzlənməsi adi bir sinonim kimim görünür. Amma bu belə deyildir. Xristian ədəbiyyatında İsa Məsihi nişan verən Allahın sözü məhfumu geniş işlənmişdir, eyni adlı nəğmələr kilsə xorlarının ifasında  əsas yer tutmuşdur. 
Bu ehkam İncildə, Yəhyanın müjdəsi kitabında İsa Məsihə aid edilmişdir. (Bax:Yəhya, 1:1,2, 14) Allahın sözü anlayışı onlar tərəfindən İsa Məsih anlayışının sinonimi kimi işlənməyə başlayıb. Nəsiminin “Söz” rədifli qəzəli də İsa Məsihə həsr edilib və onu Allahın sözü kimi təqdimvə tərənnüm edir.
Allahın kəliməsi (sözü) monoteizmin üçüncü kitabı olan Quranda da özünə yer tapıb (3,45/ 4,171 və s.), həzrəti Məryəm və İsa peyğəmbər haqqında ayələrdə dəfələrlə işlənibdir, İsa Allahın ruhundan doğulmavə Allahın sözü (kəliməsi) olaraq göndərilmiş – adlandırılıbdır.
Fateh Usluərin hürufişünas kimi böyük xidməti odur ki, o ilk dəfə olaraq hürufilikdə ilahi kəlimə anlayışını geniş araşdırmış, bu ehkamın monoteizmin digər kitabları ilə əlaqələrini açıqlamışdır. Ola bilsin ki, Türkiyə hürufişünaslığında ona qədər ilahi kəlimə anlayışı hürufişünaslıq ehkamları araşdırılarkən işlədilmişdir. Amma qəti demək olar ki, hürufilikdə, xüsusilə “Cavidannamə”də  ilahi kəlimə anlayışının nə qədər geniş inkişaf etdirildiyini və yer tutduğunu o açıb göstərmişdir.
Məhz ilahi kəlinə ehkamını Fəzlüllahın öz kitabında inkişaf etdirməsi “Cavidannamə”ni monoteizmin böyük və müqəddəs kitablarından biri saymağa imkan açır və onun peyğəmbərlik və allahlıq statusunun düzgün yerini təsəvvür etməyə və qiymətini verməyə imkan açır. Türkcə mövcud olan hürufi əlyazmalarında, xüsusilə,   Dərviş Mürtəza  tərəfindən 1638/9 illərdə türkcəyə tərcümə  edilmiş “Cavidannamə” kitabında Fəzlüllahın monoteizm tarixində və peyqəmbərlər sırasında statusu yorumçu kimi göstərilir. Yorumçu – müasir dilə Allah ehkamlarını, ilahi və müqəddəs kitab və yazıların sirlərini insanlara açan mənasındadır.
Fəzlüllahın yormçuluğunun bir tərəfi onun Allahın insanlara göndərdiyi müqəddəs kitabların – Tövrat, İncil, Quranın sirlərini bilməsi, onları açmaqla Allahın insanlara tanıdılması missiyasını tamamlamaqdır. Bu iş “Cavidannamə”də görülüb.
İkinci tərəfdən Allahın kitablarının yorumlanması və tamamlanması ancaq onun özü tərəfindən icra ola bilərdi. Fəzllüllah özünü belə tanıyır və yazdığı bütün kitablarda belə  tanıdırdı. Ardıcılları da onun İsa Məsihdə nsonra ikinci Allah-insan kimi qəbul edirdilər. “Cavidannamə”ni də Allahın növbəti və tamamlayıcı kitabı sayırdılar. Bu kitab isə əslində Allahın sözü  ehkamı üzərində və onun inkişafıkimi qurulmuşdur və özündən əvvəlki ilahi kitablardan fərqi də bundadır.
Fəzlüllaha qədər əsasən Allahın kitabı və Allahın sözü anlayışları vardı. Tövratın “Varlıq” fəslində dünyanın yaradılması Allahın ayrı-ayrı sözləri çağırması kimi baş verir. Bu ehkam bir qədər fərqli şəkildə Quranda da “Kon” feli iləbağlı davam edir.
Fəzlüllah Allahın sözü anlayışını özü üçünv acib olan digər bir fundamental hürufu ehkamına görə  irəli sürür. Hər ilahi kitab Allahın özünü insanlara tanıtmasında bir mərhələrdir. Bu mərhələliyin əsaslandırılması həm də Fəzlüllahın öz Allahlıq statusunun əsaslandırılması idi. Bu, ilahi sirrlərin yorumçusu və tamamlayıcısı statusu idi. Bu məqsədlə Fəzlüllah söz, hərf və rəqəm simvolikasına geniş yer verir. Hərf və rəqəm simvolikası hürufilikdə elm deyildir, bunlar Fəzlüllahın İlahi sirlərə bələdliyinin dəlilləridir, yəni onun Allahlıq statusunu əsaslandıran ehkamlar sırasıdır. Məhz bu ehkamlara etirazolaraq ortodokslar Fəzlüllaın davamçılarına istehza ilə “hürüfçular” damğasıvurmuşlar.
Şübhəsiz, Fəzlüllah ən böyük əlifba, fonem və qrafem tarixçilərindən biri kimi qəbul edilməlidir. Onun bu istiqamətdəki yorumları ehkam və dəlil yaratma məqsədi ilə deyilsə də, elmi və dünyavi əhəmiyyət də kəsb edir. O müqəddəs kitablardakı hərf saylarına ehkam kimi məna verir. Məsələn, suriya əlfbasında yazılmış Tövratda 22, Yunanca yazılmış İncildə  24, ərəbcə yazılmış Quranda 28, farsca yazılmış Cavidannamədə isə 32 hərf  olduğunu xüsusi vurğulayır.  Bu həm də Musa, İsa, Məhəmməd peyqəmbər  və Fəzlüllah arasında varisliyi təsdiqləyir. Digər tərəfdən bu təsnif fonetik yazının tarixində fonem yaranma və variantlanma prosesini izləmək üçün külli miqdar faktik material verir. Bu, fonetik yazının yaranmasını mərhələlər kimi aydınlatmaq üçün əsas araşdırma yoludur.
“Cavidannamə”də  sağdan sola yazılan əlifba hərflərinin şəklinə görə təsnifi barədə də külli miqdar müşahidələr vardır. Əsil və onlara dıyişiklik edilməklə yaranan törəmə hərflərin araşdırılması fonemlərdən əvvəl qədim əlifbaların hansı sait və samit diftonqları əsasına qurulduğunu aydınlatmağa imkan açır. Fonem əlifbalarından əvvəl diftonq əlifbalarını mövcudluğunu ortaya qoyur. Bu əlifbalara xas həriflərin şəkilcə təsnifi, tutuşdurulması onların real tarixi təkamülünü izləmək, qrafemaların elmi tarixini yaratmaq üçün çoxmaraqlıdır və bizim dilçilərin marağına tuş gəlməyib.
Hürufilər insan üzündə də ilahi hərifləri nizlərini axtarırdılar. Bu da onların fundamental bir ehkamını əsaslandırmalıdi. Bu ehkam  Allah və insan arasında ayrılmaz rabitənin varlığını göstərməli idi. Bu rabitəni göstərmək üçün Fəzlüllah hərf rəqəm və insan sifəti simvollarından geniş istifadə etmişdir. Bütün bu simvolikaya ilahi dəlil dəyəri verilirdi. Məqsəd bir idi: insanların öz yaradıcısı olan Allaha qayıda, dönə bilməsi, onunla müvəhidliyə nail olmasının mümkünlüyünü əsaslandırmaq. Bu, hürufiliyin və onların dininin əsas ehkamı idi. Ən kamil insanlar (hürufilər) üçün Allaha qayıdıb ona qovuşmaq vəə bədilik qazanmaq şansı real sayılırdı.
Bu səbəbdən hürufi qəzəllərinin ilk beytləri Fəzlüllahın üzünün ilahi əlamətlərini göstərən epitetlərlə başlanırdı. Onun üzüdə Allahlığının dəlili, bəlkə ən mühüm dəlili sayılırdı.  Fəzlüllahla görüşlərində ən etiqadlı hürufilər onun üzünün təsirilə baylırdılar. Buda onun ilahiliyinin dəlili sayılırdı.
Fatihin kitabının sonunda  müəllif sanki mətnlərdən uzaqlaşır və islam ayin və anlayışlarının  (namaz, oruc, zəkat, dəstamaz, və s.) şərhinə keçir. Burada o çox yerdə tələsik olaraq hürufiləri islam çərçivəsinə yerləşdirməyə səy edir və bu səylər bəzən qeyri-ciddi bir tələskənliklə edilir. Əsərin bu hissələrinə “Hürufilik və islam” da demək olar. Fatih Quranı, hədisləri gözəl bilir, sevir və yorumlayır. Mövzu çox vaxt onu aparır. Amma o bir alim kim inam usludur və əqidəsinə zidd olan mətn parçalarını da misal gətirir və son nəticədə, hürufiliyə bir mədəniyyət, fəlsəfə, monoteim tarixinin parlaq bir səhifəsi kimi yanaşır.  Bu da əsil alimə, əsil elm adamına və əqidə sahibinə xas olan keyfiyyətdir. Biz də bu kitabdan islam və hürifilik barədə xeyli öyrəndiyimizi təsdiqlirik.
Müasir alim hürufiliyə öz əqidəsi baxımından qiymət vermək istəsə, o elmdən kənara çıxmış bir  təriqətçiyə çevrilir. Elm üçün, türkologiya üçün hürufilik - mətn mədəniyyətidir, özəl dil və düşüncəmizin və bəşəriyyətin haqq və həqiqət axtarişlarının bir mərhələsidir. Onlar öz Allahlarını necə anlayırdılar, bu düz ya səhv idi? – bu sual türkologiyaya aid deyildir. Belə məsələlər hürufi mətnlərinin çap edilib üzə çıxarılmasına, öyrənilməsinə mane olmamalıdır. Təəssüf ki, əvvəllər bu, olmuşdur. Qoy bu barədə də mübahisələr olsunvə mütləq olacaqdır, davam edəcəkdir.
Amma Fatih Usluərin və ona yardımçı olan digər Türkiyə alimlərinin, vəqflərinin, naşirlərinin fəaliyyəti bir nəticən iaşkar ortaya qoyur: türk dilli  hürufi mətnlərinin çapı və öyrənilməsi türkologiyada yeni bir yol açır və bundan sonra heç bir xürafatçılıq bu yolu bağlaya bilməz. Bu, həm də müasir, açıq və yeni müsəlman düşüncəsinin, özünüdərkinin yeni bir mərtəbəsidir. Çünki müsəlman təriqət və məzhəbləri də bizim taleyimizin və mənəvi axtarişlarımızın bir parçasıdır. Onlardan kənarda açıq,  “xalis” vəhdət yoxdur. Biz keçmişi anlamaqala bu günü və sabahın reallıqlarını daha doğru başa düşəcəyik.
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.