Aqşin Yeniseydən yeni şeir
11.10.13

Yeseninin özünü asdığı çardaqda

Yesenin, “moy brat!”
Əllərini qəbirdən uzat.
Bura kənddir, gecədir, zülmət elə qatıdır ki,
Elə bil, Tanrı bu qaranlıqla dünyanı gizləmək istəyir kimdənsə.
Sönmüş işıqlar yuxu görür evlərin qapısı ağzında.
Hətta itlər belə hürmür naməlum səsə.
Hamı öz ürəyini qucaqlayıb yatır.
Mənsə,
yuxusuzluqla dalaşıram, evdəki güzgülərə baxıram.
Heç bir güzgüdə özümü görmürəm.
Güzgülərdəki əksim də atıb gedib məni!
Darıxıram... darıxıram... Onun olmadığı yerlərdə mən də yoxa çıxıram.
Yesenin, “moy brat!”
Mən onu yox, onun gəlməməyini gözləyəcəyəm.
Şəhərdə tanıdığım bütün ağacları gül kimi dəstələyib
yuxusuna göndərəcəyəm.
Küçələrdəki bütün yiyəsiz itləri arxasınca hürdürəcəyəm.
Onun gəlmədiyi hər yerə gələcəyəm.
Ürəyimə damıb ki, o günü görəcəyəm:
Mən də sənin kimi - əliboş öləcəyəm.
Yesenin, “moy brat!”
gecədir, işığın qadını əynini soyunur küçədə
yatmağa hazırlaşır qaranlıq xanım.
göy üzünü üstünə örtür yer üzü
Hamı Tanrını unudur bir anlq.
yuxusu ərşə çəkilir gecənin
yadına düşür sevdiyi səhər -
heç vaxt bir yerdə olmayıblar,
amma həmişə bir-birilərini seviblər.
Yesenin, “moy brat!”
Qarları yağmadı bu qışın
Amma biz küçələrdə üşüdük...
Yağışları yağmadı bu payızın
Amma biz etiraz aksiyalarında şaquli deyil,
Üfüqi yağan polis yağışlarında islandıq...
Gülləri açmadı bu yazın
Amma biz məhbəs həyətində solduq...
İstiləri tez düşdü bu yayın
Amma biz, iki yalqız,
Bir-birimizə sarılıb donduq.
Yesenin, “moy brat!”
gecədir, hər yerimə qaranlıq çökür
sevdiklərim taleyimin arxasında batır.
sən demə, hamı getmək üçün gəlirmiş insanın həyatına.
indi bu qədim kənd kimi qərq oluram qaranlığa.
niyə belə tez öldünüz, ümidlələrim?
arzularım, niyə belə tez qocaldınız?
Sən demə, sevginin vurma cədvəli beləymiş:
"iki vur iki" bərabərdi " iki yalqız".
yaşamamaqdan ötrü elə darıxıram ki...
qorxuram ölüm də bu xiffəti unutdura bilməsin.
pəncərədən baxıram.
Heç kimin qulaq asmadığı küncdəki qəmli nəğmə kimi yalqızam.
Bu gecə qaranquşları qayıtmayan bir yazam,
Köçən durnalarının arxasınca əl yelləyən payızam.
Amma xahiş edirəm, bunu orda kimsəyə deməyin,
Bunu kimsə bilməsin.
Pəncərədən baxıram,
köçməyə hazırlaşan sonuncu sığırçınlar həyəcanla uçuşurlar,
sanki, göylərdə axtarırlar
dünyanın itkin düşmüş yiyəsin.
Yesenin, “moy brat!”
Sevdiyim insanların çoxu
bir yerdə çəkdirdiyimiz şəkillərdə itkin düşdü, yoxa çıxdı.
vaxtilə sevdiyim qadınla yanaşı çəkdirdiyim şəklə baxıram.
o, indi şəkildə də yoxdu. Şəkildə də tək qalmışam.
Sevdiyim qadınların hamısı o idi.
İndi tək qalan bütün adamların hamısı mənəm.
Gözləri yuxuma girir hər gecə və üzr istəyir:
“Bağışla, biz kor idik, görə bilmirdik”.
Yesenin, “moy brat!” sənə bir sirr açım:
onun uzaqlığından başqa bir yaxınlığın qoxusu gəlir.
onun olmadığı hər yerdə
Mənim sevgimin yuxusu gəlir.
Hər dəfə sevməyə başlayanda hiss edirəm ki,
Ömrümün növbəti "yoxu”su gəlir.
İndi mən elə lal-dinməz gözləyirəm ki,
Sağ qalmış canımın sol tərəfinə,
Tanrının yox olmaq ağrısı gəlir.
Amma ağlamıram, mənim gözümdən
Dünyanın "niyə"si, "nədən"i, "axı"sı gəlir...
Yesenin, “moy brat!”ağlaya da bilmirəm daha.
gözlərim buz bağlayıb.
bədənimin buzlaşma dövrü başlayıb.
mən indi, sadəcə, bütün unudulmuş insanların dostuyam.
o insanların ki
hətta indi özüm də onları xatırlamıram.
Yesenin, “moy bart!”
Əllərini qəbirdən uzat!

/kulis.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.