Ədəbiyyat üzrə Nobel mükafatı kanadalı yazıçı Alice Munroya verildi
10.10.13
Ədəbiyyat üzrə Nobel mükafatı kanadalı yazıçı Alice Munroya verilib.
Məlumata görə, Alice Munro 1931-ci ildə anadan olub. Nobel Komitəsi "müasir qısa hekayə janrındakı ustalığına görə" Alice Munronu qalib elan edib. Alice Munronu "Kanadanın Çexovu" adlandırırlar. On üç hekayə kitabından başqa bir roman müəllifidir. Hekayələrində Kanadanın kiçik qəsəbələrində yaşayan insanların həyatlarından bəhs edən Munro sevgi və ölüm kimi mövzuları ön plana çıxarıb. Munronun hekayələrində ana xəttində qadınlar dayanır. Ana-qız, qız-ana-nəvə, ata-qız münasibətləri Munro yaradıcılığının əsasını təşkil edir. Munronun qadın obrazları mədənidir, kitab oxuyandır, Virciniya Vulf, Ceyms Coysu oxuyub müzakirə edirlər. Məsələn, “Kortes Adası” hekayəsindəki kiçik gəlin obrazı yazıçı olmağa çalışır. “Bəzi qadınlar” kitabındakı “Hekayə” adlı yazısında da yazıçı olan Kristinadan danışılır. Alice Munro 78 yaşında "Man Booker" alıb. /kulis.az/
|