Mayakovskini ağlar qoyan evli qadın - Lilya Brik
09.10.13

Lilya Brik və əri Osip Maksimoviç gənc Vladimirin poetik istedadını hamıdan hiss eləyibmiş. Çox sonralar bəzi tədqiqatçılar hesab etdilər ki, Mayakovski şöhrətin açarını daim sənət adamlarının toplaşdığı bu evdə tapıb. Heç kəs Vladimirin çap olunmasına razılıq verməyəndə bunu Osip Brik edir və "Şalvarlı bulud” poeması işıq üzü görür. Özü də kitabın ilk səhifəsində Mayakovskinin bu ithafı ilə: "Sənə, Lilya”.

Bu ailə ilə Vladimiri Lilyanın kiçik bacısı Elza (o, sonradan fransız yazıçısı Elza Triole kimi tanındı – red.) tanış eləmişdi, Mayakovski əvvəllər bu qadınla maraqlanır, onun evinə gedib-gəlirmiş.

Bir dəfə Elza bacısıgildə olanda Vladimiri də ora qonaq dəvət edir. Hər şey də elə o nəhs gecədən başlanır...

Lilya - onun əsl adı Lili idi, "Lilya” adını isə ona Mayakovski vermişdi - dəyişkən təbiətli qadın idi; həm kədərli, həm qayğısız, həm şıltaq, həm qürurlu, həm yelbeyin, həm də ağıllı olmağı bacaran idi. Maraqları da tez-tez dəyişirdi: ali məktəbin riyaziyyat bölməsinə daxil olsa da, çox tezliklə marağının sönməsi nəticəsində Lilya incəsənət fakültəsinə sənəd vermiş, sonra baletə meyl etmişdi - hətta məşhur balerinaların birindən dərs almağa başlamışdı.
 
Gənc, subay Lilinin növbəti sevgi romanı hamiləliklə nəticələnəndə o, uşağı saldırmağa məcbur olmuşdu və bundan sonra tale ona övlad bəxş etməmişdi.

Tez təəssürata qapılan, həssas qəlbli Mayakovski bu evdəki diqqət və sevgiyə meyl etməyə bilməzdi. Ömrünün sonunadək də - şəxsi münasibətlərin korlanmasına rəğmən – o, himayədarlarını minnətdarlıqla xatırlamış və hətta vəsiyyət-məktubunda ailə üzvləri arasında Lilya Brikin də adını çəkmişdi.
 
1918-ci ilin may-iyun aylarında Lilya filmə çəkilir. Filmin ssenari müəllifi, həm də qadının tərəf-müqabili Mayakovskinin özü olur. Məhz bu ərəfədə şair sevgilisinə üzərində "LYUB” hərfləri cizilmiş üzük hədiyyə edir, üzüyün iç hissəsində isə "Volodya” ismi olur.

Tezliklə şair Briklərlə birgə yaşamağa başlayır, onların evinə qeydiyyata düşür və sonra da onlarla Peterburqdan Moskvaya köçür. "Liliçka” ilə Mayakovskinin münasibətləri artıq heç kəsə sirr olmur. Hətta bir dəfə hansısa məmur Lilya barədə nalayiq sözlər danışanda Vladimir onun sifətinə yumruq ilişdirib çığırıbmış da: "Lilya Yuryevna mənim arvadımdır, bunu yadınızda saxlayın”.

Vladimirlə tanışlıqlarının üçüncü ilində Lilya ərinə şairi sevdiyini etiraf edir. Qadının dediyinə görə, artıq Osip Briklə ailədəki münasibət ər-arvadlıqdan çıxmış, dostluğa çevrilmişdi. Təbii ki, Osip Brikin də kənarda ailəsinin olması kimsəyə sirr deyildi...

Lilya Brik qocalanda Andrey Voznesenskiyə belə bir etirafda bulunmuşdu: "Biz Osiplə sevişəndə Volodyanı mətbəxin bağlı qapısı arxasında saxlayırdıq. O, çırpınır, bizim yanımıza gəlmək istəyir, qapını cırmaqlayır və ağlayırdı”.

Özü də bu qadın zaman-zaman hamının içərisində Mayakovskini alçaltmağı sevib. Məsələn, öz tanışlarına deyirmiş: "Təsəvvür edirsiniz, Volodya o qədər darıxdırıcıdır ki, hətta qısqanclıq zəminində dava salır” və ya: "Volodya ilə arabaçı arasında nə fərq var? Biri atı idarə edir, o biri qafiyəni”. Şairin hisslərinə gəlincə, görünür, bu, Lilyanı az maraqlandırıb: "Əzab çəkmək Volodyaya xeyirdi, əziyyət çəkəcək və yaxşı şeirlər yazacaq”.

Bir neçə il sonra Mayakovski bu qadına qarşı olan hisslərindən qurtulanda isə yazacaqdı: "Mən indi sevgidən və şüarlardan azadam”.

Nə baş vermişdi? Təbii ki, Lili başqasına aşiq olmuş və bunu Vladimirə açıq şəkildə demişdi. Şair isə sevdiyi qadının yeni romanlarını görməmək üçün başını götürüb Parisə, Londona, Berlinə, Nyu-Yorka qaçırdı. Səfərlərini pulunu isə imkanlı Brik ailəsi verirdi. Eyni zamanda şair də az qazanmırdı və gəlirlərini onlarla bölüşürdü.

Deyilənlətə görə, Lilyanı unutmaq üçün Vladimir çox sayda qadınlarla görüşüb. Bəzən bu, alınırdı da. Şair kiməsə dəlicəsinə vurulurdu.

Mayakovskinin sirli intiharı zamanı Lilya əri ilə xarici səfərdə olub. Şairin ölümqabağı məktubunda bu sətirlər vardı: "Yoldaş hökumət, mənm ailəm - Lilya Brik, anam, bacılarım və Veronika Vitoldovna Polonskyadır. Onlara babat həyat qura bilsən, çox sağ ol”.

Lilya şairin dul qalmış qeyri-rəsmi arvadı hesab olunurub, kitablarını tərtib, redaktə, şərh edib. Mayakovskinin ölümündən sonra onun şeirləri unudulmağa başlayanda qadın "ellər rəhbəri"nə həyəcan dolu məktub göndərmiş və Stalin onun xatirəsinin bərpa olunması ilə bağlı qəti sərəncam vermişdi. Lilya Brik təzyiqlərə məruz qalanda isə "ellər rəhbəri" demişdi: "Mayakovskinin arvadına toxunmayaq”.

Maraqlıdır ki, Lilya da dünyadan intihar etməklə gedib. Dərmanlar, ölümqabağı bir-iki kəlməlik vida məktubu, vəssalam...

Qadının vəsiyyətinə görə, onu xristian qaydası ilə dəfn etməyiblər. Lilya belə istəyib: "Öləndən sonra məni dəfn etməməməyi, külümü küləklərə səpməyi vəsiyyət edirəm. Bilirsiniz niyə? Məni ölümümdən sonra da incitmək, məzarımı təhqir etmək istəyənlər olacaq”. /Rəbiqə Nazimqızı, ann.az/

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.